03:47 xeber – Xalq artisti Faiq Ağayev prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya açıq təşəkkür məktubu ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, sənətçi bu barədə şəxsi “Facebook” səhifəsində “Bakı-2015” Birinci Avropa Oyunlarının uğurla başa vurulması barədə fikirlərini bölüşərkən bildirib.
“Möhtərəm Cənab Prezident! Son 17 gün Odlar Yurdu, Vətənimiz Azərbaycan möhtəşəm idman bayramı, tarixdə ilk dəfə keçirilən Avropa oyunlarına ev sahibliyi etdi. Bu günlərdə tək Avropanın deyil, dünyanın 4 bir tərəfinin diqqəti gənc bir dövlətə, müstəqilliyinin 24 illiyində öz iqtisadi inkişafı və müstəqil siyasəti ilə dillərdə olan Azərbaycana yönəlib.
Qədim Avropanın birləşmiş idman çempionatını bizə etibar etməsi faktı böyük fərəh hissi ilə bərabər, həm də misilsiz həyəcan demək idi. Lakin hazırlıq müddətinə sadəcə 2 ilə yaxın bir zamanın ayrılmasına baxmayaraq, yekdil rəy çox qürürlandırıcı oldu. Hər kəs, gənc Azərbaycanın dostları da, uğurlarımızdan qıcıqlananlar da bir həqiqəti etiraf etməli oldu – ilk Avropa oyunları dünya Olimpiya oyunları səviyyəsində keçirildi.
Lakin bu danılmaz uğurlar bəzən heç də dostluq və xoş niyyət şəraitində əldə olunmadı. Başlıca olimpiya prinsiplərindən olan dostluq, sağlam rəqabət, idmanın siyasətdən üstünlüyü bir çox qüvvələr tərəfindən pozularaq, ölkəmizə qarşı ikili standartlar tətbiq olundu, qara PR kampaniyası aparıldı. Amma bu gün əminliklə demək olar ki, bu savaşda Azərbaycan qalib oldu, qələbənin müəllifi isə Siz oldunuz, Cənab Prezident!
Bu titanık əməyin böyük bir hissəsini sərəncamınız ilə Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva üzərinə götürdü. Və o, minlərlə insanın, yüzlərlə qurumların işini təşkil edərək, bu şərəfli və çətin işi qüsursuz həyata keçirdi, bu unudulmaz səhifəni Sizinlə bərabər tarixə həkk etdi.
Zati aliləri! Bir daha Sizi, Mehriban xanımı və bütün Azərbaycan Xalqını bu möhtəşəm uğur münasibəti ilə təbrik edir, Vətənimizə yeni qələbələr arzu edirəm!” – deyə Xalq Artisti Faiq Ağayev sosial şəbəkədə yazdığı açıq məktubda qeyd edib.
mənbə :
anspress
Şərh yaz.