21:30 xeber – Avropa Liqasında 2015/16 mövsümünə start verilir. ANS PRESS-in məlumatına görə, bu gecə yarışın ilk 3 qarşılaşması baş tutacaq.
Turnirə Maltada yerli “Baltsan”la Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” arasında görüşlə start veriləcək. Günün ikinci qarşılaşması Lüksemburqda baş tutacaq.
Burada yerli “Proqres”lə İrlandiya təmsilçisi “Şemrok Rovers” görüşəcək. Makedoniyanın “Renova” klubu isə Moldova “Daçiya”sını sınağa çəkəcək.
Qeyd edək ki, iyulun 2-də I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 48 qarşılaşma baş tutacaq. Azərbaycan klubları “Neftçi”, “İnter” və “Qəbələ” də ilk sınağına həmin gün çıxacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
21.00 Baltsan (Malta) – Jelezniçar (Bosniya və Herseqovina)
22.00 Proqres (Lüksemburq) – Şemrok Rovers (İrlandiya)
00.00 Renova (Makedoniya) – Daçiya (Moldova)
mənbə :
anspress
Şərh yaz.