11:33 xeber – Rusiyada azərbayacanlılardan ibarət dəstə zərərsizləşdirilib. ANS PRESS-in RUsiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskva ətrafında tutulan dəstə iş adamının oğlunu oğurlayıb.
Məlumata görə, cinayətkar qrup iş adamlarından birinin 26 yaşlı oğlunu bir ay əvvəl paytaxt Moskvada oğurlayıblar.
Gəncin azad edilməsi üçün polis xüsusi əməliyyat keçirib. Əməliyyat Moskva ətrafındakı Solnecnoqrorski rayonunda olub. Dəstə gənci bir ay ərzində məhz burada saxlayıb. Onun ailəsindən isə girov müqabilində 10 milyon dollar tələb ediblər.
Əməliyyat zamanı 29, 46 və 48 yaşlı 3 nəfər saxlanılıb. Onların hamısı Azərbaycan vətəndaşlarıdır.
İş adamının oğlu adı açıqlanmayan şəxslərin ona müntəzəm olaraq işgəncə verdiyini, döydüklərini və pul ödənilməsə öldürəcəkləri ilə hədələyiblər.
Girov saxlanılan evdə axtarış zamanı tapanca, patronlar aşkar edilib.
Hadisə ilə bağlı “İnsan oğurluğu” və “Dələduzluq” maddələri ilə cinayət işi açılıb. İndi azərbaycanlıların daha öncə də anoloji cinayət törədib törətmədikləri araşdırılır.
.
mənbə :
anspress
Şərh yaz.