01.07.2015 / 18:47 xeber –
“General Construction” şirkətlər qrupuna daxil olan MMC-lərdən birinin direktoru dələduzluqda təqsirləndirilir
Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib.
APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.
C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.
mənbə :
lent.az
Şərh yaz.