Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azad Rehimov: “Gelecek oyunların telimat kitabçalarını biz yazdıq" – MÜSAHİBƏ

Azad Rəhimov: “Gələcək oyunların təlimat kitabçalarını biz yazdıq" - MÜSAHİBƏ

01/07/2015

19:26


01.07.2015 / 19:23 xeber –

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov oyunların yekunları ilə bağlı Azərtac-ın suallarını cavablandırıb. Lent.az həmin müsahibəni təqdim edir.

 

– Azad müəllim, birinci Avropa Oyunları uğurla başa çatdı. İstərdik bir qədər əvvələ qayıdaq. Bu Oyunların keçirilməsi barədə qərar qəbul ediləndə hazırlıq işləri üçün cəmi 30 ay vaxt qalırdı. Sizcə, Oyunlara hazırlıq prosesinin çox qısa müddətdə və yüksək səviyyədə tamamlanmasında hansı amillər əsas rol oynadı?

 

– Belə böyük, möhtəşəm tədbirləri həyata keçirmək üçün əsas vaxt aparan və ən mühüm məsələlərdən biri inşaat işləridir. Tikintini vaxtında tamamlamaq ən ümdə məsələdir. Bizdə vəziyyət elə idi ki, Bakı Olimpiya Stadionunun, Bakı Su İdmanı Sarayının tikintisi barədə qərarlar birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsindən əvvəl qəbul edilmişdi. Həmin idman qurğuları gələcəkdə keçiriləcək böyük yarışlar üçün nəzərdə tutulurdu. Bu sıradan ilk mötəbər idman tədbiri məhz birinci Avropa Oyunları oldu.

 

Bundan başqa, “Baku Crystal Hall” kimi mövcud arenalarla yanaşı, müvəqqəti idman qurğuları yaradılmalı idi. Onların da tikintisi vaxtında tamamlandı. Beləliklə, bizi narahat edən ən böyük məsələlər həllini tapdı.

 

İkinci böyük amil və təşkilati məsələlərdən biri də əməliyyat işləri idi. Bakıya çoxlu idmançının, qonağın gəlməsi gözlənilirdi. Onların qarşılanması və yerləşdirilməsi, qidalanması, nəqliyyatla təmin olunması, təhlükəsizlik məsələlərinin həlli kimi mürəkkəb vəzifələrin öhdəsindən yüksək peşəkarlardan ibarət komanda gələ bilərdi. Biz belə bir komanda formalaşdıra bildik. İşlər bütün istiqamətlər üzrə vaxtında və qrafikə uyğun olaraq aparıldı və biz Oyunlara hərtərəfli hazırlıqla başlaya bildik.

 

– Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Şübhəsiz ki, hazırlıq işlərində Təşkilat və Əməliyyat komitələri müstəsna rol oynadı. Bu iki qurum arasında fəaliyyət necə əlaqələndirilirdi? Hər hansı ciddi problemlə qarşılaşırdınızmı?

 

– Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2013-cü il yanvarın 17-də birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı. Əsasən nazirlərdən, dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edirdi. Oyunlara hazırlığın əsas məsuliyyəti sözsüz ki, Təşkilat Komitəsinin üzərinə düşürdü. Buna görə də o, öz işini ciddi plan və qrafik əsasında aparırdı.

 

Təşkilat Komitəsinin qərarı ilə Əməliyyat Komitəsi yaradıldı və ona rəhbərlik mənə həvalə olundu. Ortaya çıxan bütün məsələləri, müəyyən problemləri biz Təşkilat Komitəsinin yaxından iştirakı ilə həll edir, layihələri birgə həyata keçirirdik.

 

Xüsusi qeyd etmək istəyirəm ki, hazırlıq prosesinin uğurla başa çatmasında birinci xanım Mehriban Əliyeva çox böyük rol oynadı. O, Təşkilat Komitəsinin rəhbəri kimi Avropa Oyunlarının hazırlıq məsələləri ilə şəxsən məşğul olur və işlərə bilavasitə nəzarət edirdi. Mən uğurun əsas amillərindən birini məhz Mehriban Əliyevanın sədrliyi ilə vahid komandanın peşəkarlığı, əzmkarlığı və əlbir fəaliyyətlə izah edərdim.

 

– İlk Avropa Oyunları istər Azərbaycanda, istərsə də dünya miqyasında gözlənildiyindən də böyük marağa səbəb oldu. Sizcə, bu maraq nə ilə izah oluna bilər?

 

– Sözsüz ki, hər bir hadisənin ilki insanların diqqətini daha çox cəlb edir. Tarixdə ilk, yeni bir layihə həyata keçirilirdi. Buna görə də “Bakı-2015” dünyada çox böyük maraq doğurdu. Bu yeni layihə, eyni zamanda, ona görə maraqlı idi ki, Avropanın Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq, bu qitənin heç vaxt öz Oyunları olmayıb. Biz də öz növbəmizdə çalışdıq ki, televiziya kanallarında, qəzet və jurnallarda, informasiya portallarında geniş məlumatlar yaymaqla, Avropanın paytaxt şəhərlərində təqdimatlar keçirməklə “Bakı-2015”ə diqqəti daha çox cəlb edək. Mübaliğəsiz deyə bilərəm ki, biz bu məqsədə nail olduq.

 

Digər bir məqam da ondan ibarət idi ki, bu yarışlarda 50 ölkə iştirak edirdi. Qitənin güclü atletləri 20 idman növü üzrə yarışırdılar. Sadaladığım bütün bu amillər Oyunların sözün əsl mənasında idman bayramına çevrilməsini, böyük marağa səbəb olmasını şərtləndirdi.

 

– Oyunların istər açılış, istərsə də bağlanış mərasimləri çox möhtəşəm alındı. Bunu dünya mediasının, idman mütəxəssislərinin rəyləri də təsdiqləyir. Mərasimlərin ideyası, süjet xətti nədən qaynaqlanırdı?

 

– Qarşımıza Oyunları yüksək səviyyədə təşkil etməklə yanaşı, Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini, mətbəxini, xalqımızın qonaqpərvərliyini də dünyaya nümayiş etdirmək məqsədi qoyulmuşdu. Bizim üçün bu imkan daha çox açılış və bağlanış mərasimlərində yarandı. Bu mərasimlərin hazırlanmasına cəlb olunmuş əcnəbi mütəxəssislərə birinci xanım Mehriban Əliyeva tərəfindən tövsiyələr və konkret istiqamət verildi. Onlar muzeylərdə, kitabxanalarda oldular, mədəniyyətimiz, mənəvi dəyərlərimizlə bağlı materialları araşdırdılar. Məşhur bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun ölməz musiqisi elə birinci gündən onların diqqətini cəlb etdi və ideyalarını pərvazlandırdı. Nəhayət, hər birimiz möhtəşəm mərasimlərin şahidi olduq.

 

– Azərbaycan birinci Avropa Oyunlarında 21-i qızıl olmaqla 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutdu. İdman sahəsinə rəhbərlik edən şəxs kimi bu nəticə sizin üçün nə qədər gözlənilən idi?

 

– Bu, doğrudan da gözlənilməz uğur idi. Adətən idman mütəxəssisləri belə böyük yarışlardan əvvəl proqnozlar verməyi xoşlayırlar. Amma mən heç vaxt öz proqnozlarımı açıqlamamışam. Bununla belə etiraf edim ki, ikinci yer tutacağımızı, bu qədər medal qazanacağımızı gözləmirdik.

 

Mən bu parlaq qələbələrin səbəbini ilk növbədə doğma torpaq amili, ruh yüksəkliyi, Vətənin şərəfini uca tutmaq əzmi ilə izah edərdim. Digər tərəfdən, komandamız idmanın bütün növlərində, bir çox çəki dərəcələrində təmsil olundu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, yarışlarda Azərbaycanın 291 idmançısı iştirak edirdi və bacarıqlı atletlərimiz onlara bəslənilən ümidləri doğrultdular.

 

– Prezident İlham Əliyev idmançılarımızın çıxışlarını arenalarda izləyərək onlara şəxsən dəstək olurdu. Prezident keçirdiyi hissləri belə ifadə edib: “Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq”. Azad müəllim, yəqin ki, siz də eyni hissləri keçirmisiniz, kövrəldiyiniz anlar da olub…

 

– Bu, sevinc göz yaşları idi. İdman elə bir maraqlı aləmdir ki, qələbə, yaxud məğlubiyyət istər-istəməz insanın daxilində müəyyən hisslər yaradır. Həmin hisslər bəzən göz yaşları, kövrək duyğularla müşayiət olunur. Elə biz də həmin anları və hissləri yaşayırdıq. Bu, eyni zamanda, böyük qürur hissi doğururdu. Bizim emosiyalarımız məhz keçirdiyimiz həmin hisslərdən qaynaqlanırdı.

 

– Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi, gələcəyə cığır açaraq zəngin miras qoydu. Sizcə, bu standartlar konkret olaraq nədən ibarətdir? Oyunlarda qazanılmış təcrübə, yaradılmış infrastruktur yaxın perspektiv üçün nələr vəd edir?

 

– Həqiqətən də Avropa Oyunlarının standartları müyyənləşməmişdi, konkret təcrübə yox idi. Amma Olimpiya Oyunlarını götürsək, bununla bağlı onlarla təlimat kitabı var. Orada bütün təlimat və qaydalar əksini tapıb. Hər bir addımı ona əsaslanıb atırsan. Biz isə faktiki olaraq bu prosesə sıfırdan başladıq. Demək olar ki, təlimat kitabçalarını gələcək oyunlar üçün biz yazdıq.

 

Cənab prezidentin bizə verdiyi əsas tapşırıq və istiqamət ondan ibarət idi ki, birinci Avropa Oyunlarını çalışıb Olimpiya Oyunları səviyyəsində keçirməliyik. Bütün idman qurğuları, infrastruktur, atletlər üçün yaradılan şərait beynəlxalq standartlara uyğun olmalıdır. Biz buna nail ola bildik. Möhtəşəm Atletlər Kəndi, Media Kəndi, idman arenaları onları görən hər kəsi heyran edirdi. Zənnimcə, bütün bunlar gələcək oyunlar üçün bir standart, nümunə ola bilər.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website