Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“İyirmi beş neferi ele oradaca güllelediler…” – ƏSİR DÜŞƏRGƏSİ

“İyirmi beş nəfəri elə oradaca güllələdilər...” – ƏSİR DÜŞƏRGƏSİ

02/07/2015

15:12


02.07.2015 / 15:10 xeber –

“…dəhşətli səslər gəlirdi”

I HİSSƏ

2014-cü ilin avqustu, Goranboyun Ağcakənd qəsəbəsindəyəm, “Əsir düşərgəsi” üçün qəhrəman axtarıram.

                                                                          

Dağların arasındayam – sağımda yamyaşıl, uca dağ, solumda isə bomboz, bir ot belə bitməyən dolanıb gedən dağ var…

 

Yerli camaat ot bitməyən dağı göstərib “Ermənilər bu dağın arxasındadır” deyir…

 

“Əsarət belə  şeydir… ot da cücərmir…” düşünürdüm ki, telefonum zəng çalır. Bacımın yeddi yaşlı oğlu təlaşla, birnəfəsə danışırdı:

 

– Televizorda eşitdim, cəbhənin sən olan istiqamətində atəşkəs pozulub. Ehtiyatlı ol! Bilirsən də, güllə səsi gələndə müsahibədə də olsan, yerə uzanmaq lazımdır…

 

Davamını dinləyə bilmirəm…

 

İllər öncə tez böyümək, yaddaşımda, həyatımda olan müharibə ilə bağlı bütün izləri silmək, unutmaq arzusu var idi. Elə bilirdim keçmiş nə qədər keçmişdə qalsa, o qədər uzaqda olacaq. Onun bizi qarşıda gözləyəcəyi ağlıma da gəlməzdi…

 

Məşhur mahnıdakı kimi:

 

Görmədik biz gül dəstəsi,

Görmədik biz oyuncaq…

Ata səsi, ana səsi

Eşitmədik doyunca…

 

Sən demə daha dəhşətlisi varmış. Biz körpələrimizə çözülməmiş dərdlər saxlamışıq. Halbuki bu yaşda onların başqa problemləri olmalı idi…

 

Bunları düşünə-düşünə addımlayanda, sağ tərəfdəki darvazanın qarşısındakı torpağa sancılmış dəmir parçası diqqətimi çəkir. Bunu müharibədən öncə Ağdamda görmüşdüm. Bəzi insanlar darvazalarının qarşısına ayaqqabılarının palçığını təmizləmək üçün belə dəmirlər sancırlar. Dolanıb gəldikləri yolların palçığını həyətlərinə – həyatlarına qarışdırmamaq üçün… Təmiz, yüngül və hüzurlu yaşamaq üçün…

 

Bizim – müharibə görən bütün insanların belə bir dəmir parçasına ehtiyacı var. İllərlə üst-üstə yığılan dərdləri ora çəkib, həyata rahat, yüngül, hüzurlu davam etmək üçün…

 

Dəmirin şəklini çəkəndə qonşular ev sahibinin Xocalı faciəsi zamanı ailəlikcə girov düşdüyünü dedilər. Salman Abbasov 1940-cı ildə dünyaya gəlib. Faciədən sonra ər-arvadın heç birinin ayağında barmaq yoxdur…

 

Söhbət edirik. İlk sözlərini olduğu kimi təqdim edirəm:

 

– Müharibə başlasın, mütləq gedəcəyəm. Əsgərlərimiz uşaqdır, ola bilsin yaxşı hazırlıqlı hərbçilərdilər. Yaxşı döyüşə bilirlər. Amma onlar o yolu-izi tanımırlar. Mən oraları ağac-ağac, kol-kol tanıyıram. Ayağım yer tutmasa da, ağacla dabanlarımın üstündə gedəcəyəm. Ordumuzun əsgərlərinə yolu göstərəcəyəm…

 

Keçmişdən söz salanda isə fikrə gedir. Çayından dalbadal bir neçə qurtum alıb, boş stəkanı ovcunda sıxır. Qırıq-qırıq cümlələrlə sözə başlayır:

 

– Kolxozçu idim… Hadisə vaxtı ailəmiz doqquz nəfərdən ibarət idi – iki oğlum, üç qızım, gəlinim, yoldaşım Bəsti, mən və məndən böyük bir bacım var idi, Məryəm… Mənimlə yaşayırdı…

 

– Uşaqlar hamısı böyük idi?

 

– Ən kiçik qızım Nərgizin doqquz yaşı var idi. Böyük qızım Məruzənin isə iyirmi bir…

 

– Hadisə vaxtı harada idiniz?

 

– Artıq aylardır yuxu nədir, bilmirdik. Hər gecə güllə-boran idi… Ekskavatorla həyətdə yer qazdırmışdım, elə ilk güllə səsindən hamımız düşüb otururduq orada…

 

– Necə yer idi?

 

– Torpağın altını qazıb yer düzəltmişdim. Üstünə isə haradasa on “KamAZ” torpaq tökmüşdüm. Dərinliyi iki metr idi, amma uzun yer idi. Təxminən otuz nəfərə qədər adam yerləşərdi. Bütün ailə ora düşürdük. Qonum-qonşu da gəlirdi. Həmin gecə də hamımız ora yığılmışdıq… Dəhşətli səslər gəlirdi… Nə qədər dərinlikdə idik, orada da torpaq tir-tir əsirdi… Arada çıxıb səmaya baxdım, elə bil göydən od tökülürdü… Necə yağış yağar, bax elə idi… Amma od-alov yağırdı…

 

***

 

Aylardır işıqsız qalan Xocalını bu gecə güllələr, mərmilər işıqlandırırdı… Salman gördüyü mənzərədən donaraq gözlərini səmaya zilləmişdi ki, Ahıska türkü olan bir qadın qucağında körpəsi ilə həyətə girdi. Qadın az qala havalanmışdı. İndicə dəhşətli bir hadisənin şahidi olubmuş kimi, təlaşlı idi. Dili topuq vurur, gah qışqırır, gah da pıçıldayırdı:

 

– Ay Salman qardaş, siz hələ buradasınız? Niyə dayanmısınız? Nəyi gözləyirsiniz? Bizimkilərin hamısını tutdular, hamısını… Durmayın, qaçın! Gizlənməklə olmaz, artıq şəhərə giriblər, mühasirədəyik… Qaçaq görək başımıza nə gəlir…

 

Qadın bunu deyib, körpəsini bağrına basıb, yola düzəldi…

 

Salman təlaşla aşağı endi:

 

– Tez olun, çıxmalıyıq! Mühasirədəyik!

 

Onlar ailəlikcə yola çıxıb qaçanda, artıq gecə saat dördün yarısı idi…

 

Hamı kimi Kətik meşəsinə tərəf qaçırdılar. Özlərini Qarqar çayına atıb, meşəyə çıxdılar. Çayda islanmış ayaqla qara girəndə, Nərgiz titrətməyə başladı. Məruzə bacısını kürəyinə aldı…

 

Onlar Kətiyin başına qalxana qədər səhər açıldı…

 

***

 

– Meşənin başından Xocalını rahat görmək olurdu. Səhər açılanda baxıb gördük ki, şəhər od tutub yanır… Ətrafa meyitlər səpələnib… Adamlar yaxınlarını axtarır, nalə çəkirlər… Atəş səsləri qulaq batırır…

 

– Bütün ailə dağın başına qalxa bilmişdi?

 

– Hə, ora sağ-salamat qalxa bilmişdik. Pis vəziyyətdə idik, amma heç kimi itirməmişdik. Evdən rezin başmaqda çıxmışdıq. Elə qara ilk ayağımızı basanda çıxıb qaldı qarda. Qarın içində ayaqyalın idik… Bircə qızım Məruzə balaca qızımı kürəyinə almışdı deyə, onun ayağı yaxşı idi… Bir neçə gün orada qaldıq, qarın içində gəzib, yol axtarırdıq… Sonra artıq günlərin sayını itirdik, neçə gündü burdayıq, bilmirdik… Ağacların ucundan nə tapsaq, Nərgizin ağzına sürtürdük ki, ac qalmasın…

 

– Ailənin bütün üzvləri sizinlə idi?

 

– Yox. İkinci oğlum Şakir polis idi, aeroportda Əlif Hacıyevin yanında işləyirdi, qalmışdı arxada… Biz onu qoyub getmışdık… Sonra biz meşədə olanda başqa bir dəstə ilə gəlib bizi tapdı. Neçə gün sonra da bizimlə olan oğlanlarım – Mərkəzlə Çərkəzi meşədə itirdik…

 

– Necə oldu ki, itirdiniz?

 

– Atışmada qarışıqlıq düşdü, hərə bir tərəfə dağıldı. Sonra bir-birimizi tapa bilmədik. Əsir düşəndə uşaqlarımdan yanımda bircə qızlarım var idi…

 

***

 

Günlər keçir, hava get gedə soyuyur, islaq paltarları donur, acından taqətlərini itirirdilər. Danışmaq istəyərkən dişləri bir-birinə dəyir, titrəyirdilər. Yol axtararkən o qədər güllədən, dondan ölən meyitlərin yanından keçmişdilər ki, artıq nə qədər ömürləri qaldıqlarını bilmirdilər. Bir saatmı, bir günmü… Günlər keçir, onlar isə qarın içində, meyitlərin arası ilə sağa-sola dolaşır, çıxmağa yol axtarırdılar… Bəzən qara batır, bir-birlərinin köməyi ilə oradan çıxırdılar…

 

Kətik dağının arxası ermənilərin yaşadığı kəndlər idi. Bu kəndlər tərəfə gedəndə onlara açılan atəşdən geri qayıtdılar. Araya sakitlik çökəndən sonra geri dönüb baxanda adamlarının xeyli hissəsi qarın üstündə ölüb qalmışdı… Başqa istiqamətə üz tutdular, yenə eyni vəziyyətlə rastlaşdılar. Hər dəfə düşmənlə rastlaşanda dəstələrindən bir az da adam azalırdı… Salman əmin oldu: “Hər tərəfdən mühasirədəyik. Ağdam tərəfə keçmək heç cür mümkün deyil!”

 

Elə donmuşdular ki, qarın üstündə hərəkət etmək daha da çətinləşmişdi. Bu gün də yol tapıb meşədən çıxmasalar, xilas ola bilməyəcəkdilər…

 

Əsgəranın Pircamal kəndinə yaxınlaşdılar. Ya indi, ya da heç vaxt deyib, diqqət cəlb etmədən buradan Ağdama keçmək istəyirdilər ki, balaca Nərgiz acdığı üçün ağlamağa başladı. Uşaq səsi ilə atəş səsləri sanki eyni vaxtda eşidildi…

 

Üstlərinə hər tərəfdən güllə yağırdı. Bu qarışıqlıqda yenə pərən-pərən düşdülər…

 

***

 

– Neçə nəfər idiniz?

 

– Dağın başında yetmiş nəfərəcən idik. Yarısı qadın, yarısı kişi, haradasa on uşaq da var idi… Biri də bizim idi. Balacamız Nərgizin səsinə bizi mühasirəyə salıb güllələdilər. Hərəmiz yıxıldıq qaldıq bir tərəfdə. Kolun altından tökülüb gəldilər, nə qədər adamı tutdular. Elə iyirmi beş nəfəri oradaca güllələdilər…

 

– Sizin ailədən ölən oldu?

 

– Bacım Məryəm, gəlinim Gülzar… Həm də səkkiz aylıq hamilə…

 

– Hamınız eyni yerdə idiniz?

 

– Atışma başlayanda pərən-pərən düşdük. Qaçanda yarımız yuvarlandıq çalaya. Çala çox idi, qızım. Adamlar sürünərək qaçmışdılar, bədənləri ilə qarın içində çala düzəltmişdilər. Elə qaçmağımıza da bu çalalar mane olurdu… Yəni yer elə bil ki, şumluq idi… Üzüstə düşmüşdüm, tərpənməyə heyim yox idi. Elə azacıq başımı qaldırdım ki, adamları necə döyürlər… Qadınlar ayaqlarına düşüb yalvarırdı ki, “burax”, vururdular… Hamısını yığıb yığışdırıb, qabaqlarına qatıb apardlar… Əl-ayağı donmuş, aclıqdan, yorğunluqdan bir təhər olan adamları necə amansızcasına döyərək aparırdılar…

 

– Həmin dəstədən kimlər qaldı?

 

– Mən, yoldaşım, üç qızım və iki başqa yaşlı qadın… Olardı hardasa əlli yaşları… Bir də on bir cavan oğlan. Biz çalanın elə yerində idik ki, bizi görmədilər.

 

– Oğlanlarınız?

 

– Tapmadıq… Yoldaşımla qarın içi ilə sürünərək, bütün meyitlərə baxdıq. Oğlanlarım yox idi… Dedik yəqin onları da apardılar… Qaldıq belə… Çarəsiz…

 

***

 

Meyitlərin arasında övladlarını tapmayan Salman ilə Bəsti qarın içinə çöküb bir-birinə baxırdılar. Gəlin öldü, oğlanları isə yoxdur… Bir neçə günün içində üç oğul əllərindən getdi. Necə oldu bilmirlər, nə meyitləri var, nə də izləri. Ər-arvad elə donmuşdular ki, nə ağlaya bilirdilər, nə də danışa… Fikir eləməyə, dərd çəkməyə, oğul ağlamağa vaxt da yox idi. Çünki bir az aralıda qızları – üç bacı bir-birinə qısılıb oturmuşdu. Salman ilə Bəsti həmişə bir-birlərini baxışlarından anlayırdılar. İndi də elə oldu. Çətinliklə ayağa qalxdılar:

 

– Bu qızları buradan çıxartmalıyıq…

 

***

 

– Elə bir sıldırım yerdə idik ki… Dedim kəndin qırağı ilə getsək, postlar var, bizi tutacaqlar. Gəlin gecə vaxtı kəndin içinə girib, sakitcə gedək… Allah kərimdir, şübhələnməzlər. Rast gəlsələr də, siz susun, mən danışaram. Erməni dilini yaxşı bilirəm, onlarla çox işləmişəm axı… Daşla, qaya ilə sürüşə-sürüşə endik aşağı… Aşağı çatanda da baxdım ki, qızlarımın ikisi yoxdur… Təzədən dəli oldum. Niyə mənim balalarım bir-bir yoxa çıxır dedim. Niyə mən yoxa çıxmıram, niyə hər dəfə balalarım itir…

 

***

 

Qızlarını xilas etmək üçün oğlanlarının dərdinə dözməyə çalışan Salman, artıq dözə bilmirdi. Hönkürərək, nə çətinliklə endiyi qayalara dırmaşıb, geri qayıdırdı. Barmaqları elə donmuşdu ki, yuxarı çıxa bilmir, hər dəfəsində sürüşüb aşağı düşürdü… Günlərdir qarın içində ayağının əti tökülüb, sümüyü qalan Salman qaya parçasına çırpılan daban sümüklərinin xırçıltısını eşidirdi…

 

(Davamı olacaq…)

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles