05:45 xeber – Bu gün çətin amma şərəfli vəzifə sahiblərinin peşə bayramıdır. Azərbaycan polisi günü Şəkidə xüsusi coşqu ilə qeyd olunub.
ANS TV-nin məlumatına görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan 1695 polis əməkdaşından biri də Mikayil Cəbrayılovdu. Müharibə başlayanda leytinant Mikayil Cəbrayılov da milis əməkdaşı kimi cəbhəyə yollanaraq, döyüşlərdə iştirak edir.
Onunla çiyin-çiyinə vuruşan yaxın dostu Nazim Rəsulovun sözlərinə görə, Mikayıl Cəbrayılov 1990-cı ildə Əsgəran rayonun Çəmilli kəndi uğurunda gedən ağır döyüşlərdə yaralı yoldaşlarını döyüş yerindən çıxarmağa çalışarkən erməni gülləsinə tuş gəlir:
“O, yaralı halda o caamatı döyüş yerindən çıxarıb. Ondan sonra üçüncü güllə onun qolundan dəymişdir. Bu vəziyyətdə o, düşmənlə döyüşməyə davam etmişdi. Sonda güllə onun qarın nahiyəsində dəymişdi”.
Mikayıl Cəbrayılov İkinci dünya müharibəsi zamanı əfsanəvi qəhrəmanlığı ilə seçilən Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğludur. Qəhrəman polis işçısinin oğlu Müşfiq Cəbrayılov da hazırda polis orqanlarında çalışır:
“Mən polis orqanlarına daxil olarkən and içmişəm ki, vətən uğrunda canımdan və qanımdan keçməyə hazıram. Bu xalqa və millətə valideyimlərim qədər xidməti edəcəm”.
Döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olan Mikayıl Cəbrayılov ölkə prezidentinin fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Doğulduğu rayonda olan küçələrdən biri onun adını daşıyır.
mənbə :
anspress
Şərh yaz.