04:23 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün rəsmi prezident iqamətgahının həyətindəki “Beştəpə Millət Məscidi”nin açılışını edib. ANS PRESS-in məlumatına görə, açılış tədbirində çox sayda jurnalist iştirak etsə də onlar daha sonra məscidin içinə buraxılmayıblar. Jurnalistlər məscidin içindən görüntü əldə edə bilməsə də AKP millət vəkili məsciddə çəkdiyi şəkli sosial şəbəkədə paylaşıb. AKP-nin Ankara millət vəkili Ertan Aydın twitter səhifəsində prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun arxa tərəfdən çəkilmiş şəklini paylaşıb.
Xatırladaq ki, Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Rayyib Ərdoğanın iqamətgahındakı məscidin açılışı olub. Rəsmi açılış mərasimi cümə namazı zamanı baş tutub.
“Beştəpə Xalq Məscidi” adlanan məscid 5111 kvadratmetr sahəni əhatə edir. Məscidin hər birinin hündürlüyü 59,30 metr olan 4 minarəsi var. 3000 insanın eyni vaxtda ibadət edə biləcəyi “Beştəpə Xalq Məscidi” Ankara şəhərində “Kocatəpə” və “Əhməd Hamdi Akseki” məscidlərindən sonra ən böyük 3-cü məsciddir.
mənbə :
anspress
Şərh yaz.