Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Mezarlığa gelin köçü, ölüme doğulan körpeler – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI

Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI

04/07/2015

19:02


04.07.2015 / 16:50 xeber –

Məzarlar arasında doğulub-böyüyən Fatimə, Zəhra və Zeynəbin qan donduran hekayəti Lent.az-da…

Fatimənin 6, Zəhranın 4 yaşı var. Zeynəb isə hələ 9 aylıqdır. Bu bacılar ailəsiylə birgə Yasamal qəbiristanlığında yaşayırlar. İnanmaq çətin olsa da, bu körpələrin evi qəbirlərin arasındadır. Gündüz qəbirlərlə oynayıb, axşam qəbirlərlə yatırlar. Arada başdaşının üstündəki mərmərdə güzgülənir, yorulanda qəbirlərin üstündə əyləşib dincəlirlər.

 

 

Ailə başçısı Eyvaz Qoçiyev Balakənin Qabaqçöl kəndindəndir. Evlənməzdən əvvəl də burada yaşayıb. Qəbiristanlığın içindəki sexdə fəhləlik edirmiş. 2007-ci ildə hər iki ailənin məsləhəti ilə xalası qızı Afətlə evlənib. Onda Eyvazın 20, Afətin isə 19 yaşı olub. İşlədiyi illər ərzində müdirin yanında hörmət qazanmış Eyvaza evləndikdən sonra da bu evdə qalmağa icazə verirlər. O vaxtdan bəri Eyvaz və Afət qəbiristanlıqdakı bu balaca evdə yaşayır.

 

 

“Ev” dediyimiz bu sığınacaq, mətbəxi və sanitar qovşağı olmayan, bir çarpayı, masa və divanın güclə yerləşdiyi balaca otaqdan ibarətdir. Otaqda 6 nəfər yaşayır. Eyvaz, arvadı Afət, 3 uşağı və Afətin anası Asya xala. Ayaqyolu evdən xeyli aralıdır. Hamam isə ümumiyyətlə, yoxdur, onu daşdan tikilmiş balaca dam əvəz edir. Yaxınlıqdakı sexdə işləyənlər mişar daşı, sement, qum veriblər. Evdəki bəzi əşyaları isə Eyvazın müdiri verib. Deyib, nə qədər burda qalacaqsınız, işlədin. İndi onların içi boş böyük soyuducusu və gündə min cür dadlı nemətlər göstərib uşaqları tamarzı qoyan televizorları var.

 

 

Eyvaz qəbiristanlıqda fəhləlik edir. Afət isə şirkətlərin birində xadimədir. Uşaqlara pis-yaxşı Asya xala baxır. Bu gün Afət evdəydi. İşdən öz hesabına 15 günlük məzuniyyət veriblər. Asya xala isə nəvələri üçün ərzaq toplamağa getmişdi. Qəbirlərin üstündən…

 

 

Pəncərəsi olmayan bu dar otaq qışda soyuq, yayda isə havasız olur deyə, günü həyətdə, ətrafı dəmir məhəccərə alınmış qəbirlərin arasında keçirirlər. Körpənin beşiyi də qəbirlərin arasına qoyulub. Burda Zeynəb dünyadan xəbərsiz mışıl-mışıl yatırdı. Səhər çağı bura sərin olurmuş. Günortaya yaxın günəş tam zirvəyə qalxanda beşiyin yerini dəyişəcəklər. Onda da gün düşməyən digər qəbirlərin arasına.

 

 

– Afət, necə dolanırsınız?

 

 

– Şükür, ac qalmırıq. Uşaqlara hər gün nəsə tapıb verirəm. Hərdən ət də bişirirəm. Bayramlarda. Yoldaşım fəhləlik edir, mən xadiməyəm. Anam da pensiya alır. Qəpiyi qəpiyin üstünə qoyub, pis-yaxşı dolanırıq.

 

 

– Əlavə gəlir yeriniz var? Qohum-əqrəbadan.

 

 

– Yox, bacı, yoxdu. Allah qeybətə yazmasın, qayınatam içən adamdı. Gediş-gəliş var. Amma ondan bizə kömək yoxdu.

 

 

Gözlərini açandan qəbir gördüklərindən uşaqlar burda heç nədən qorxmurlar. Amma Afət bura təzə gələndə qorxurmuş. Ölülərdən yox, dirilərdən. Əri gec saatlara qədər işlədiyindən, bəzən də işi səhərə qədər uzandığından bəzən Eyvaz evə gələ bilmirmiş. O zaman Afət işıqları söndürüb oturarmış. Kimsə burada yaşayanın olduğunu bilməsin deyə. Axı gecə qəbiristanlıq elə də güvənli yer deyil…

 

 

– İlk dəfə bura gələndə çəkindim bir az. Sonra uşaq oldu. Zamanla alışdım. Zarafat deyil, səkkiz ildi burda yaşayırıq. Uşaqların boğazından kəsib Hökməlidə balaca torpaq sahəsi almışıq. Anam xəstədi. Özünü müalicə etdirmir, pensiyasını bizə verir ki, yığıb ev tikdirək. Orda bir balaca ev də qaraltmışıq. Üstünü də basdırmışıq. Vəssalam. Bundan o yana bir şey edə bilmədik. 15 gündü məzuniyyətdəyəm. Evdə tək yoldaşım işləyir. Boğazımızı ancaq çatdırır. Döşəməsi, tavanı, qapı-pəncərəsi yoxdu. Ora baxanda bu ev min şükürlüdür. Baxmayaraq ki, bura nəmişlikdi. Fatiməyə burda qalmaq olmaz.

 

 

Bizim söhbət elədiyimiz vaxtda qızlar qəbirlərin arasında sağa-sola hoppanırlar, arada başdaşlarına söykənir, sinədaşının üstündə əyləşib dincəlirlər.

 

 

– Fatimə, ən xoşladığın yemək hansıdı?

 

 

Xeyli fikrə gedir. Əlacsız halda gah bacısına baxır, gah anasına. Birdən itmiş ən əziz əşyasını tapan adam kimi sevincək:

 

 

– Kolbasa! Atam hərdən kolbasa alır bizə. Zəhra çörəksiz yeyir deyə, doymur. Amma mən əvvəlcə çörəkdən dişləyirəm, sonra kolbasadan. Sup! Babam (avarca nənə deməkdir), tez-tez bişirir. O da qəşəngdir!

 

 

Kolbasadan dadlı yemək tanımayan bu balaca qızcığaz böyüyəndə həkim olmaq istəyir. Bacıları xəstələnərsə, sağaldacaqmış.

 

 

Kənardan çox sağlam görünən, hətta bacılarını sağaltmaq arzusunda olan Fatimənin özü isə… vərəm xəstəsidir. Vəziyyəti hər gün ağırlaşır. Fatimənin yaşadığı “ev”dəki şərait xəstəliyi hər gün daha da gücləndirir. Rütubət balacanın ciyərlərini tədricən məhv edir.

 

 

Afət:

 

– Bu haqda danışmaq mənə çox çətindir (ağlayır). Müalicə etdirirəm. Həkim deyir ki, nəmişlik və zəif qidalanmadan belə olub. Fatimə balaca olanda vəziyyətimiz çox ağır idi. Bu gün uşaqlara yedizdirməyə nəsə tapıram. Özüm də işləyirəm. İşdə bizə günorta yeməyi verirlər. Özüm yemirəm, payımı uşaqlarıma gətirərəm. Amma o vaxtlar…

 

 

Sonra uşaqlarının nigaran baxışlarını görüb, tez özünü toplayır.

 

 

– “Qurd qapısı”nın yanında qoyun kəsirdilər. Uşağı da qoltuğuma alıb, gedirdim ordan baş-ayaq götürürdüm. Onsuz da yığıb atacaqdılar. Gətirib ütürdüm. Yoldaşım işdən gələnə kimi bişirirdim. Başı o yeyirdi, suyunu mən içirdim ki, uşağa süd olsun. Amma südüm yetmirdi. Uşaq yeməyi almağa pul olmurdu. Uşağa umac çalıb verirdik. Bu da körpə uşağa heç olmazmış. Həzm edə bilmirmiş. Həm də evimizin döşəməsi yoxdu. İllərdir betonun üstündə yaşayırıq. Rütubət, nəmişlik. Yazıq körpəm… Vərəm dispanserində müalicə etdirirəm. Sentyabrda təzədən mantu qoyulacaq. Keçən il mantunun reaksiyası altı idi, bu il on dördə qalxıb. Getdikcə yüksəlir. Bəzi dərmanlar var, həkimlər özləri verir, sağ olsunlar. Yanıma salıb aparanda hamı deyir, nə gözəl uşaqdı. Uşağa baxan deməz ki xəstədi. Daim öskürür, tez-tez tərləyir, əsasən də gecələr. Bir az oynayan kimi təngnəfəs olur, halı qalmır. “Ana, yoruldum” – deyir. İçim dağılır onda.

 

 

– O biri uşaqlar bəs?

 

 

– Zəhranın qan azlığı var. O da düzələn şeydi. Yaxşı yesə, düzələcək. Zeynəb də öskürür. Aparmışdım həkimə. Deyir, soyuqlayıb bir az. Ağzının içi də yara töküb. Stomatit olub. Ona da maz almışam. Fatimə uşaq olduğu üçün xəstəliyini o biriləri yoluxdurmur. Min şükür, bunlarda hələ elə bir şey yoxdu. Bircə Fatiməm də sağalsaydı… Ən böyük arzum qızımın sağlığıdır. Sonra evim olaydı. Balalarımı orda böyüdərdim. Daha qəbirlərin arasında yox…

 

 

– Ən çox nə istəyirlər?

 

 

– Televizorda gördüklərini. Hər dəfə yeməli nəsə göstərəndə “ondan bizə al” deyirlər. Çatdıra biləndə kanalı tez dəyişirəm ki, görməsinlər. Görəndə deyirlər, ana, bax, nə gözəl şeylər göstərirlər! Anayam, ürəyim paralanır. Hər dəfə bir yalan uydururam. Gah dərmandı deyirəm, gah qurdludu, olmaz yemək, deyirəm. Ən çox yumurta istəyirlər. “Ozmo” yumurta. Sonra parka getmək istəyirlər. Uşaq üzü görmürlər. Hərdən burdan uşaqlar keçir. Nəbatat bağına aparırlar. Onları görəndə görəsiniz nə həşir çıxarırlar?! Uşaqlar tini dönənə qədər arxasınca baxırlar. Bir dəfə bir qız keçirdi atasıyla. Qızın ayağında “vyetnamka” vardı. Görüb mənə dedilər ki, bizə də ondan al. Bunu da kişi eşitdi. Geri dönüb nənələrinə 30 manat pul verdi ki, o “vyetnamka”dan bu qızlara da al. Belə insanlar da var. Qurban, Ramazan bayramlarında, Pasxada bizə də gəlirlər. Uşaqların əlinə pul da verirlər. Pal-paltar da gətirən var. Cırıq-söküyünü tikib, geyindirirəm.

 

 

Bir anlıq düşünüb, əlavə edir:

 

 

– Yoldaşım yaxşı adamdı. Namaz qılan, oruc tutan. Nə qazanırsa, qəpiyinə qədər ailəsinə xərcləyir. Neynəsin? Onun gücü də buna çatır. Balacanı dünyaya gətirmək istəmirdim. Yoldaşım dedi, günahdı. Canı verən, ruzisini da verəcək. Nə bilim…

 

 

Susur və gözü lap uzaqdakı başdaşına zillənir. Başdaşındakı şəkil də ona baxırdı. Hərdən mənə elə gəlirdi ki, qəbiristanlıqdakı bütün ölülər bu dəqiqə bizi dinləyirlər. Biz susan kimi ətrafa ölü bir sükut çökür. Uşaqlar da dinmir. Gah analarına baxırlar, gah mənə. Nə baş verdiyini anlaya bilmirlər.

 

 

Bir də onu bilmirlər ki, harada yaşayırlar… Yaxşı ki, bilmirlər.

mənbə :
lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles