11:00 xeber – Kanadada keçirilən qadınlardan ibarət futbol üzrə dünya çempionatı başa çatıb.
ANS PRESS-in məlumatına görə, final görüşündə iki qat dünya çempionu ABŞ və 1 dəfə kuboka sahib çıxmış Yaponiya milli komandaları üz-üzə gəlib. 2011-ci ildə Almaniyada keçirilən final görüşündə hər iki komanda finalda görüşmüşdülər. O zaman Asiya təmsilçisi normal vaxtı 2:2 başa çatan qarşılaşmada ABŞ-a 11 metrlik cərimə zərbələri nəticəsində 3:1 hesabı ilə qalib gəlmişdi. Amma Kanadada baş tutan final gecəsində ABŞ yığması rəqibini darmadağın edib. Yaponiya rəqibin 5 topundan yalnız 2-nə cavab verə bilib.
Dünya çempionatı, final
ABŞ – Yaponiya – 5:2
3’ Karli Loyd (1:0)
5’ Karli Loyd (2:0)
14’ Lauren Holiday (3:0)
16’ Karli Loyd (4:0)
27’ Yuki Ogimi (4:1)
52’ Conson, (4:2)
54’ Tobin Hes (5:2)
1991-ci ildən keçirilən turnir, 4 ildən bir baş tutur. Kuboku başı üzərinə ən çox qaldıran ABŞ (1991, 1999, 2015) milli komandasıdır. Almaniyalı qızlar iki dəfə (2003, 2007) bu sevinci yaşayıblar. Norveç (1995) və Yaponiyanın (2011) aktivində isə bir çempionluq var.
mənbə :
anspress
Şərh yaz.