Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Meni aparın, başımı kesin, qız-gelini buraxın…” – ƏSİR DÜŞƏRGƏSİ

“Məni aparın, başımı kəsin, qız-gəlini buraxın...” - ƏSİR DÜŞƏRGƏSİ

06/07/2015

13:16


06.07.2015 / 13:10 xeber –

“Gördüm ermənilər dayanıb… qızlarım bir-birindən yapışıb, güclə addımlayırlar…” – II HİSSƏ

2014-cü ilin avqustu, Goranboyun Ağcakənd qəsəbəsindəyəm, “Əsir düşərgəsi” üçün qəhrəman axtarıram.

 

Xocalı faciəsi zamanı ailəlikcə girov düşmüş Salman Abbasov 1940-cı ildə dünyaya gəlib. Faciədən sonra ər-arvadın heç birinin ayağında barmaq yoxdur…

 

I hissə: http://news.lent.az/news/207644

 

– Qızlarınızdan hansılar yox idi?

 

– Böyük qızım Məruzə ilə on dörd yaşlı Mənsurə. Balaca anasının əlindən tutub gedirdi. Bir də qayanı cırmaqlaya-cırmaqlaya sürüşüb düşdüyümüz yerlə yuxarı qalxmışam. Axtarıb görmüşəm ki, iki bacı başlarını bir-birinin dizinin üstünə qoyub, yatıblar… Oyatdım, dik atıldılar, qorxmayın dedim, erməni deyil, atanam… Durun gəlin… Bir də təzədən o sıldırım qayadan sürüşüb, endik aşağı…

 

– Vəziyyətiniz necə idi?

 

– Şaxta ayağımızın dərisini, ətini aparmışdı. Sümüyü yerə vurarsan necə olar, bax elə… Ayaqlarımız yerə dəydikcə taqqıldayırdı. Hissiyyat yox idi artıq… Olsaydı, bir addım da ata bilməzdik o ağrı ilə. Barmaqlarım artıq meşədə düşmüşdü… Gözümün qabağında ayağımdan qopub, qarın üstünə düşmüşdü… İkisini isə erməni saldı… Avtomatın qundağı ilə elə vurdu ki, qopub düşdü… Onda huşumu itirdim… Ailəlikcə meşəyə ayaqyalın girmişdik. Qar da corabı əlimizdən aldı, bütün ailə üzvləri qaldıq ayaqyalın. Əynimdə qara palto var idi, meşədə onun qollarını söküb çıxartdıq, Məruzənin ayaqlarına keçirtdik, sıxıb bağladıq… O da qar tutub, buz bağladı, çıxdı… Yəni çayı keçəndən hamımız ayaqyalın idik…

 

***

 

Gözləyib qaranlıq düşəndə Pircamal kəndinə girdilər. Evlərdən çıraq işığı közərirdi. Sakitcə kəndin içi ilə yolu keçib, asfalt yola çıxdılar. Burada dağlardakı qədər qar yox idi, ərimişdi… Ala-tala qara rast gəlirdilər. Qar torpağa qarışıb dərin palçıqlıq yaratmışdı. Asfalt yol qurtaranda, qarşılarına palçıqlı yol çıxdı. Palçığın içi ilə ayaq izləri uzanıb gedirdi.

 

– Hə, izlərinə düşdük! Bizimkilərin addımıdır! Bax, bu izlə getsək, gedib Ağdama çıxa biləcəyik! – deyə Salman sevindi.

 

– Yox, ata! Bu bizimkilərin ayaq izi ola bilməz! – Mənzurə halsız dilləndi – Bu daha çox sovetdən qalma əsgər çəkmələrinin izinə oxşayır! Bizdə belə ayaqqabısı olan adam yoxdur.

 

– Yox ey, özümüzünkülərdir!

 

– Ay qız, atanla dilləşmə! Bir şey bilir ki, deyir! – Bəsti Mənzurənin sözünü kəsdi. Salman əminliklə elan etdi:

 

– Bu izlə irəliləyək. Bu yol bizi düz Ağdama aparıb çıxardacaq!

 

İzin arxasınca düşüb, yollarına davam etdilər. Bir az getmişdilər ki, yaxınlıqdakı qayanın arxasından səs gəldi:

 

– Kimsən?

 

– Mənəm! – Salman erməni dilində cavab verdi.

 

– Sən kimsən?

 

– Vartan!

 

***

 

– Amma başa düşdülər… atəş açmağa başladılar…

 

– Yaxında idilər?

 

– Təxminən iyirmi metr. Atdılar, amma vurmadılar. Qəsdən ətrafa vurdular ki, qaçmayaq… Tökülüb gəldilər, ermənilər idi, əyinlərində də sovet əsgəri geyimi… Ayaqlarında da həmin çəkmələr… Soruşdular “Kimsiniz, nəçisiniz, hara gedirsiniz, burda nə gəzirsiniz?” Dedik Xocalıdanıq, neçə gündür meşədəyik… Yol axtarırıq… Dedi, düşün qabağıma! Nə qədər yalvar-yapış elədim ki, məni aparın, başımı kəsin, bu qız-gəlini buraxın çıxıb getsinlər…

 

– Üstünüzdə qiymətli nə isə var idi?

 

– Evdən çıxanda tüfəngimi götürmüşdüm. Bir də səkkiz yüz manat pulumu cibimə qoymuşdum. Qızıl götürmədik, qızların üstündə nə var idisə, o idi. Meşədə bizim dəstəmizi atəşə tutanda tüfəngi də, patrondaşı da tulladım ki, silahlı tutmasınlar… Bilirdim ki, axırda tutulacağam… Tutulanda çıxardıb pulu verdim ki, al, götür, qadınları burax. Dedi, olmaz! Əgər bilsələr ki, buradan türk buraxmışam, məni güllələyərlər. Əllər yuxarı, düşün qabağıma! Həm pulu əlimdən aldılar, həm də düşün qabağıma deyəndə özümdə olmamışam, nə demişəmsə, bu gün də yadımda deyil… Əclaf demişəm, vicdansız demişəm, bilmirəm. O sözə görə məni necə vurdusa, huşumu itirdim… Bir də gözümü açdım ki, başımı gözümü qarla ovub, məni ayıldırlar…

 

– Sizi hara apardılar?

 

– Pircamal kəndində mal tövləsinə saldılar… Orda da nə zülm verdilər, nə müsibətlər çəkdik… Nə dilə almalıdır, nə də yada salmalı… Yeddi cavan oğlanı gözümüzün qabağında güllələdilər… Dördü Xocalıda məskunlaşmış Ahıska türkü, üçü isə yerli sakinlər idi.

 

***

 

Onları günlərlə tövlədə ac saxlayıb, gündə iki dəfə ağacla və avtomatın qundağı ilə döyürdülər. Ağır yaralılar döyülərkən öldü…

 

Bir neçə gün sonra sağ qalanları yük maşınına yığıb, yola düşdülər. Əlli iki yaşlı Salman bu adamların içində sağ qalan yeganə kişi idi…

 

Sevdiyi qadınlar dara düşəndə “Qorxma, mən yanındayam!” deyə bilməyən kişi özünü çox bərbad hiss edir. İndi Salmanın durumu belə idi. Başını qaldırıb nə qızlarının üzünə baxa bilirdi, nə də Bəstinin…

 

Günlərdir tövlədə əzab çəkirdilər. İndi isə hara aparıldıqlarını, başlarına nə gələcəklərini bilmirdilər. Yük maşınında elə bir gərginlik var idi ki… Bu vaxt maşın dayandı və bir hərbçi əlini atıb Salmanın ayaqlarından yapışıb, çəkməyə başladı. Balaca Nərgiz bərk-bərk atasının əlindən yapışsa da, hərbçi bir göz qırpımında Salmanı çəkib maşından aşağı atdı. Yola davam etdilər…

 

Yük maşın Ağdamın Qarağacı qəbiristanlığında dayananda hərbçilər əmr etdi:

 

– Düşün, gedin! Azadsınız!

 

***

 

Bəsti xanım xatırlayır:

 

– Ayaqlarımız yer tutmasa da, çətinliklə aşağı enib, getməyə başladıq. Birdən döndüm arxaya baxdım, gördüm ermənilər dayanıb… Qabağa baxdım, gördüm qızlarım bir-birindən yapışıb, güclə addımlayırlar… Elə bil donub keyimişdim, onda ayıldım. Öz-özümə dedim, “Ay Allah, mən bu qızları atasız necə saxlayacağam?” Qardaşları da hamısı meşədə qaldı. Atasız, qardaşsız üç qızı necə saxlayacağam? Elə oradaca çöküb oturdum yerə…

 

***

 

Xocalı girovlarının dəyişdirilməsində müstəsna xidmətləri olan Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov yerə çöküb oturan Bəstiyə yaxınlaşdı:

 

– Ay ana, niyə oturdun, qalx!

 

– Yox! Bu qızların atası gəlməyincə mən oturduğum yerdən tərpənən deyiləm!

 

– Onu da alacağıq, qalx!

 

– Yox! Oğul, sənə qurban olum, mən yaşlı qadınam. Pulum yox, evim yox, malım yox, dövlətim yox. Oğullarımı da meşədə itirdim. İndi bizim o kişidən başqa heç kimimiz yoxdur. O olmasa, mən bu qızları necə saxlayaram? Gözümlə gördüm ki, öz ayaqları ilə Ağdama gəldilər. Bizim də elə kişi ilə çalışdığımız bu idi ki, qızları Ağdama çatdıra bilək. İndi onlardan arxayın oldum, məni geri qaytarsınlar!

 

– Ay ana, geri qaytarmaq nədir…

 

– Ərim harda, mən də orda! Aparsınlar məni onun yanına. Mən qayıtmaq istəmirəm! Aparıb bir yerdə öldürsünlər!

 

Allahverdi Bağırov nə qədər dilə tutub, başa salmağa çalışsa da, Bəsti öz dediyində durmuşdu, yerindən tərpənmirdi. Nəhayət, Allahverdi soruşdu:

 

– Ay ana, yoldaşının adı nədir?

 

– Abbasov Salman.

 

Yük maşının qarşısında dayanan erməni hərbçisinə tərəf döndü:

 

– Get, Abbasov Salmanı da tap gətir! Yoxsa danışdıqlarımızı verməyəcəyəm!

 

– Axı…

 

– Mən sözümü dedim! Salman Abbasovu gətirin, sonra!

 

Erməni hərbçi başını bulayaraq, maşına mindi.

 

Girovluqdan qaytarılan qadınlar özlərini döyür, üzlərini cırırdılar. Döyüşçülərdən birinin qucağına alıb apardığı Bəsti isə ağlayaraq geri qaytarılmasını tələb edirdi:

 

– Geri qaytarın məni! Qoy yerə, düşüb qayıdım! Qoyun məni də aparıb Salmanla bir yerdə öldürsünlər! Mən onsuz yenidən necə yurd salacağam?

 

***

 

Salmanı maşında qadınlardan ayırandan sonra, “Əsir düşərgəsi”nin oxucularının yaxşı tanıdığı Əsgəran Milis Şöbəsinə gətirmişdilər. Əsirlik taleyi bu yerdən keçən hər kəs kimi o da bir-birindən amansız işgəncələrə məruz qalmışdı.

 

Qapı açılıb “Abbasov Salman buradadır?” soruşanda, o əlləri ilə üzünü örtərək kameranın küncünə çöküb dubinka zərbələrindən qorunmağa çalışırdı. Buraya gətirildiyi cəmi bir neçə saat idi, artıq dörd qabırğası çatlamış, ayağında qalan barmaqlar qopardılmışdı. Qanın içində idi. Hər başına, üzünə, bədəninə endirilən zərbələrlə ölüm ona daha da yaxınlaşırdı.

 

Adını eşidəndə zarıldadı:

 

– Mənəm…

 

Salman Əsgəran Milis şöbəsinə gətiriləndən fasiləsiz döyülürdü. İndi niyə axtarıldığını bilməsə də, özündə güc tapıb dillənə bildiyi üçün çox xoşbəxt idi. Çünki o “mənəm” deyəndə, hərbçi əlini saxladı, Salman bir neçə saniyəlik yaşamaq fürsəti əldə etdi…

 

Dubinkalı hərbçi küncə yıxılıb qalan Salmanı sinəsindən sürüyüb qapının qarşısında dayanan adamın ayağı altına atdı:

 

– Budur, al! Neynirsən ki?

 

– Lazımdır! Ey, türk, yerdə şellənmək vaxtı deyil, qalx ayağa!

 

Salman ayağa qalxmağa çalışdı. Çətinliklə dizi üstdə qalxsa da, yenidən yıxıldı. Hərbçi Salmana təpikləyərək qışqırdı:

 

– Ə kaftar, demirəm dur ayağa?! Uzanıb dincəlmək vaxtı deyil!

 

Təpik zərbələrindən Salman yerdə yumaq kimi büküldü. Hərbçi onun ayaqlarından dartıb sürüyərək kameradan çıxartdı.

 

…Hərbçi hirslə onun üzünə su vuraraq özünə gətirməyə çalışırdı:

 

– Türk, əgər bir yerdə dilinə alsan ki, burada döyülmüsən, səni tapıb tikə-tikə doğrayacağıq! Biz səni döyməmişik! Biz səni tutanda elə bu kökdə idin! Oldu?! Özünüzünkülər eləyib! Eşitdin?

 

Salman qeyri-ixtiyarı “hə, hə” deyərək, dilini çıxardıb üzünə çırpılan su damcılarını yalayırdı. Onu sürüyüb maşına atdılar…

 

***

 

– Eləcə, məni o kökdə Ağdama gətirib qaytardılar. Ayağım yer tutmurdu, şəkillərdə də xərəkdəyəm…

 

Bəsti xanım: Qızım, arada deyirəm ki, bax o vaxt səni mən xilas eləmişəm e… Mən olmasam səni buraxmayacaqdılar… Səni ermənidən güclə almışam…

 

– Ağdamda xilas ola bilən ailə üzvlərinizdən kimisə tapa bildiniz?

 

– Oğlanlarım… Öldüklərini hesab etdiyimiz oğullarım yuvarlanıb çalalara düşüblər, sonra onlar da bizi axtarıb tapmayıblar… Onlar da bizi ölmüş biliblər… O hadisədən dörd gün sonra necəsə gəlib Ağdama çıxıblar…

 

(SON)

mənbə :
lent.az




Xəbərə 1 şərh yazılıb.

  1. veli abiyev, 06/07/2015:

    dəhşətdir.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles