Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Men karateçi olanda…

Mən karateçi olanda...

06/07/2015

18:26


06.07.2015 / 18:22 xeber –

 

Ölkəmizdə böyük təntənə ilə keçirilən Birinci Avropa Oyunları məni sadəcə sevindirmədi, həm də yaddaşımda illərlə qısılıb qalmış uşaqlığımın idman xatirələrini üzə çıxartdı. Məktəbdə ilk dəfə “İdman sağlamlığın rəhnidir” ifadəsi ilə tanış olanda sözləri hecalara bölüb oxuyan vaxtlarım idi. Yadımdadır, rəngli hərflərlə yazılan plakat suvağı qopmuş divarda müvazinətini güclə saxlayırdı. Həftədə iki dəfə sinif yoldaşlarımla divarın o biri üzündə, yəni idman zalında vaxtı ötmüş idman döşəklərində mayallaq aşar, sapları çürümüş kəndirləri dartışdırar, üzü soyulmuş toplarla “ortada qaldı” oynayırdıq. Hələ onda ortalıqda “veyillənən” basketbol topunu götürüb, səbətə atmağa gücümüz çatmırdı. 

 

Bu o zamanlar idi ki, gecələr küçələrdən, meydanlardan “Azadlıq! Azadlıq!” sözlərini, dahi Üzeyir bəyin “Koroğlu” operasından uvertürasını, Yaqub Zurufçunun ifasında “Ayrılıq” mahnısını eşidirdik. Azərbaycan sanki özündə güc toplayıb yırtıcının caynaqlarından qurtulmaq üçün çarpışırdı. Bu mənzərəni valideynlərimin, müəllimlərimin həyəcanı ilə birgə yaşayırdıq. Ən çox əyləndiyimiz idman dərsi belə əhvalımızı yüksəldə bilmirdi. Çünki “müharibə” kəlməsi evdə, məktəbdə sanki bizimlə birgə addımlayırdı.

 

Heç vaxt unutmaram. İkinci sinifdə oxuyanda ibtidai sinif müəlliməmiz hamımıza əleyhqaz gətirməyimizi tapşırdı. Səbəbini soruşanda, bir kəlmə dedi: “bilmək olmaz…” Sanki bizi xırda-xırda müharibəyə hazırlayırdı. Düzdür, sinif yoldaşımın atasının haradansa tapıb gətirdiyi əleyhqazlar, əmək dərsində tənzifdən düzəltdiyimiz maskalar aylarla şkafdan çıxmadı. Amma yüyürərək getdiyimiz idman zalına nə vaxtsa əlimizdə halva-yuxa, asta addımlarla irəliləməyimiz ağlımıza gəlməzdi. Qanlı Yanvar hadisələrində hər yer, eləcə də məktəbimiz yas içində olduğundan şəhidlərin ruhunu məhz idman zalında yerə süfrələr sərib ehsan paylamaqla andıq. Görünür, akt zalının oturacaqları, tribunası kədəri bölüşməyin qarşısında aciz idi. Bir həftədən sonra idman zalı yenə əvvəlki vəzifəsinə qayıtdı. Hətta səhv etmirəmsə, zalın qapıları sonrakı ildə Novruz şənliklərinin üzünə də açıldı.

 

Təbii, idman dərsini yalnız cansıxıcı dörd divarda keçirmirdik. Havalar bir az üzümüzə gülən kimi məktəbimizin stadionuna üz tuturduq. “Düzlən, fərəqət”dən sonra oğlanlar futbol, qızlarsa adəti üzrə “ip atdı”, “ortada qaldı”, yaxud “rezinka” oynayırdı. Amma hərdən stadionun bir kənarında dəmirdən quraşdırılmış müxtəlif ölçülü turniklərdə, hündürlüyü metr yarıma çatan paralel qollarda və başqa idman qurğularında məharətimizi göstərirdik. Yadımdadır, bir dəfə dərsdən sonra anamı məktəbin həyətində gözləməkdən bezib (o, məktəbin kitabxanaçısı idi), stadiona – həmin o turniklərə üz tutdum. Televiziyadan atletlərin nümayiş etdirdiyi oyunlardan ilhamlanaraq, bir turnikdə hərəkətlər edib digərinə keçmək istəyəndə kəlləm Yer kürəsi ilə toqquşdu. Yox, gözlərimin önündə qığılcımlar parlamadı, amma nəfəsim bir neçə saniyəlik dayandı.  

 

Həmin ərəfələr həm də kinoteatrlarda Bollivud məhsullarının Yeşilçam və Hollivud filmləri ilə əvəzlənən dövrünə təsadüf edirdi. Rəhmətlik qardaşım məni ancaq Amerikanın döyüş  filmlərinə baxmağa aparırdı. Hamı kimi mən də döyüş səhnələrinə sanki imtahan verəcəyəmmiş kimi diqqətlə baxar, sonra həyətdə, sinifdə uşaqlara göstərməyə cəhd edərdim. “Ekşn” virusuna yalnız bəndəniz yox, bütün sinif yoldaşlarım, məhəllə uşaqlarımız yoluxmuşdu. Hətta enli kürək, boynu yoğun qəhrəmanların ağ-qara fotolarını almaq üçün günlərlə pul yığar və ya dostlarımızı dilə tutmağa çalışardıq. Nə yaxşı ki, sonradan onların fotoları, “nakleykaları” saqqızların içindən çıxmağa başladı. Yoxsa dostlarla uzun müddət küsülü qalmaq olmurdu. Kinoteatrlar fəaliyyətini dayandırandan sonra bu qəbildən olan ekran əsərlərinə baxmaq üçün nəinki kasetləri, hətta videomaqnitofonları belə dost-tanışdan kirayə götürürdük. Ailəmizin də “kinoteatr” işi rəhmətlik qardaşımın nəzarətində olduğundan Jan-Klod Van Damm, Arnold Şvartsenegger, Silvester Stallone sarıdan “korluq” çəkmirdim.

 

Bu həvəsin məni qısa zamanda karateyə gətirməsi özüm, eləcə ailəmiz üçün gözlənilən idi. Rəhmətlik atam məni məşqçi ilə şəxsən tanış edib, bərk-bərk tapşırdı. Təbii ki, buna sevinir, məşq gününü səbirsizliklə gözləyirdim. İdman kostyumumun vəziyyəti o qədər ürəkaçan olmasa da başqa variantım yox idi. Xüsusi idman çantasını almaq isə ağlıma belə gətirmirdim. Çünki mağazalarda çeşidlər indiki kimi zəngin deyildi. Elə əşyalar arxivindən anamın nə vaxtsa Moskvadan aldığı qara çiyindən keçirmə çantasını tapıb, ona idman ömrü bağışladım. Beləliklə, ayda 15 manat verməklə həftədə üç dəfə karatenin incəliklərinə yiyələnməyə başladım.

 

Amma karate sevincimiz heç vaxt ailəmizdən o yana çıxmadı. Ətrafımda istehza ilə rişxənd bir-birinə qarışsa da, həvəsdən düşmürdüm. Əksinə, “Qız uşağının karatedə nə işi var?” iradına cavab olaraq deyirdim ki, jurnalist özünü qorumağı bacarmalıdır. Bunu elə inamla deyirdim, sanki məşqdən çıxan kimi reportaj hazırlamaq üçün qaynar nöqtələrə gedirdim. Hərçənd, neçə illərdən sonra jurnalist də oldum, amma göründüyü kimi, öyrəndiyim üsulları hələ də tətbiq etməmişəm…

 

Axşam filmlərə baxıb, gündüzləri böyük həvəslə evimizin yanındakı məktəbin idman zalına məşqə gedirdim. Qızlar birinci, oğlanlarsa ikinci növbədə məşq edirdi. Kəmiyyətcə və təbii ki, keyfiyyətcə oğlanlarla yerlə göy qədər fərqimiz var idi. Qızların yarıdan çoxu gənc ruslar idi. Sovet İttifaqı tam süquta uğrayandan sonra o qızlar da Rusiyanın müxtəlif şəhərlərinə köçdülər. Demək olar, hər dərsin sonunda bir rus qızını göz yaşlarıyla yola salırdıq. Bununla belə komandaya maraq günü-gündən artırdı. Məşqçi Tanrıverdi Allahverdiyev mehriban kollektivi formalaşdırmağı bacarmışdı. Necə deyərlər, bir deyib, bir gülüb, bir ağlayırdıq. Hətta o, Qarabağa döyüşə gedəndə Allaha yalvarırdıq ki, gülləyə tuş gəlməsin. 

 

Qızlar sinifdən-sinfə keçdikcə, ailəsindən gizlin gələnlərin sirləri açıldıqca idmanı tərk etməli oldular. Demək olar, məşqə iki-üç qız gəlirdi. Bəndəniz də nəinki məşqi ötürmür, hətta kimono formasını axtarmaqda davam edirdi. O zamanlar kətan parçadan kimono tapmaq müşkül məsələ idi. Rəhmətlik atam hansı rayona gedirdisə kimono üçün mütləq idman mağazalarına baş çəkirdi. Amma minbir zillətlə tapdığım kimononu doyunca geyinib məşq etmək mənə nəsib olmadı. Özünümüdafiə üsullarını öyrənəndən, bir dəfə yarışda iştirak edib diplomla təltif olunandan sonra karate ilə qəfildən sağollaşdım. Səbəb o idi ki, idman nəhayətsiz məşq və zaman tələb edirdi. Mənimsə kitabların içində itib-batmaqdan daha çox xoşum gəlirdi. Axı jurnalist olacaqdım! Görünür, anadan idmançı doğulmamışdım. Amma bu gün özünə inam, gecənin zülmətində kimsəsiz küçədə rahat gəzə bilmək mənə karatedən qalma “mirasdır”…    

 

Bir də yuxarıda dediyim kimi, həmin dövrdə qızların idmanla məşğul olması birmənalı qarşılanmırdı. Bəlkə də o zaman paytaxtda qızlar istədikləri idmanla məşğul ola bilirdilər, amma bizim şəhərdə belə bir imkan yox idi. İndiki Şirvan şəhərində rəsmi olaraq fəaliyyət göstərən yalnız Şahmat Məktəbi idi ki, rəhmətlik atamın şahmat xəstəliyi nədənsə, irsi olaraq mənə ötürülmədi. Odur ki, kitab-dəftəri qaşıma töküb, gecəmi gündüzümə qatmağa başladım. Bununla belə hər dörd ildən bir keçirilən yay, qış olimpiya oyunlarının nəinki açılış və bağlanış mərasimlərini, eləcə də yarışları ötürmürdüm. Möhtəşəm açılış mərasiminə baxanda keçirilən ölkənin mənəvi irsini sadəcə yaxından tanımırdım, həm də o ölkə ilə qürur duyurdum. Məsələn, Avstraliya, Yunanıstan, Çində keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimləri xatirimdə dərin iz buraxıb.

 

Həmişə düşünürdüm ki, görəsən, nə vaxtsa bu cür idman təntənəsini hansısa ölkədə görmək mənə qismət olacaqmı? Nədənsə, xəyallarımın gerçəkləşəcəyinə elə indi də inanmağım gəlmir. Neçə illər işləyib pul yığmalıydım ki, Olimpiya oyunlarının canlı şahidi olum. Düzü, ölkəmizdə belə bir idman yarışlarının keçirilməsini həmişə arzulamışam. Çünki açılış və bağlanış mərasimlərində dünyaya nümayiş etdirəcəyimiz zəngin mədəniyyətimiz var. Hətta Oyunlara baxanda, həvəslənib beynimdə tədbirin ssenarisini, musiqi tərtibatını də qururdum. Etiraf edim ki, ölkəmizin nəhəng idman yarışları keçirməsinə həmişə tərəddüdlə yanaşmışam. Baxmayaraq ki, müstəqillik qazanandan sonra Azərbaycan müharibə şəraitində belə siyasi-iqtisadi uğurları, idman da daxil olmaqla müxtəlif sahələrdəki nailiyyətləri ilə dünyanın dörd bir tərəfinə səs salırdı. Bununla belə mənə elə gəlirdir ki, yay və qış olimpiya oyunları kimi nəhəng idman yarışlarının öhdəsindən yalnız və yalnız inkişaf etmiş ölkələr gələ bilər.

 

Amma inanmazdım ki, televiziyadan böyük maraqla baxdığım elit idman yarışlarını nə vaxtsa, öz ölkəmdə canlı şəkildə izləyəcəm. Görünür, dünya əhəmiyyətli tədbiri keçirmək üçün heç də inkişaf etmiş, super dövlət olmaq əsas deyil. 24 yaşlı Azərbaycan Respublikası yüksək və peşəkar təşkilatçılıqla Birinci Avropa Oyunlarını tarixə şərəflə yazdıra bildi. Gəlin, etiraf edək ki, cəmi iki il müddətinə ərsəyə gələn Birinci Avropa Oyunları yay və ya qış olimpiya oyunlarından heç də fərqlənmirdi. Hər kəsin içində narahatçılıq var idi ki, görəsən, Oyunlar necə keçiriləcək? Hətta Oyunlardan öncə sosial şəbəkələrdə Bakı 2015-ə rişxəndlə yanaşanlar da var idi. Hələ mən dünya mətbuatını demirəm. Amma möhtəşəm açılış mərasimi Oyunların uğur lentini kəsdi.

 

Ərazisinin 20%-i işğal altında, bir milyondan çox məcburi köçkünü olan bir ölkədə bu cür nəhəng tədbirin uğurla baş tutması üçün ilk növbədə yüksək iradə və idarəçilik tələb edirdi ki, başda Prezident İlham Əliyev və xanımı, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva olmaqla, üstəlik minlərlə işçi qrupu və könüllülər bacardı.

 

İdmançılarımızın uğurlu çıxışları isə başımızı uca tutdu. 17 gün ərzində idman salonlarında minlərlə tamaşaçının, ekran önündə milyonlarla izləyicinin bu cür sevinci, coşqusu bir də bilirsiz nə vaxt olacaq? Qarabağ işğaldan azad olunandan sonra. Deyirlər, sevinc sevinc gətirir…

 

P.S. Məktəbdə beş-altı saat dona-dona oturduğumuz sinif otaqları, hətta bizə sağlamlığın rəhnini anlatmağa çalışan o idman zalı hazırda əla təmirlə şagirdlərin ixtiyarındadır. Adamın hərdən məktəbə yollanıb sinifdəki yeni partalarda oturmağı gəlir. 

 

Ülviyyə Heydərova

 

 

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website