Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Uşaq bağçalarında böyük xeyallar – ARAŞDIRMA

Uşaq bağçalarında böyük xəyallar - ARAŞDIRMA

08/07/2015

15:32


27.11.2008 / 13:38 xeber –

Ekspertlər vəziyyətin bərbad olduğunu deyirlər, Təhsil Nazirliyininsə böyük ümidləri var

“Mən getmirəm bağçaya, orda üstümə qışqırırlar, sup yedizdirirlər, müəllimə bizi zorla yatızdırır…” Övladlarını uşaq bağçalarına göndərən valideynlərin əksəriyyəti demək olar ki, hər gün bu şəraitdə körpələrin əlindən tutub zorla dartmalı olurlar. Bu vəziyyətdən, hələ uşaqları bir kənara qoyaq, valideyn də məmnun qalmır…

Nədir bizdə uşaqları bağçadan itələyən səbəblər – ərköyünlük, psixoloji yüklənmə, bağçalardakı şəraitsizlik, qeyri-peşəkar müəllim heyəti, köhnə oyuncaqlar, yoxsa təzə problemlər?

Lent.az bu yazıda uşaqlarımızın, eləcə də özümüzün uşaq bağçalarından axıracan məmnun qala bilməməyimizin səbəblərini araşdırmağa, vəziyyətdən mümkün çıxış yollarına baş vurmağa çalışacaq.

Əvvəlcə onu aydınlaşdıraq ki, biz bağçalardan nə gözləyirik?

Minimumlar…

Əvvəlcə, təbii ki, etibarlılıq. İşə gedən valideyn uşağının güvənli bir yerdə olmasını istəyir. Hazırkı vəziyyətdə bu istək təmin olunur. Yəni səhər başçaya qoyduğumuz uşaqları axşam sağ-salamat oradan götürə bilərik. Buna da şükür, amma bu, minimumdur.

Minimumlar sırasında uşaqlarımızın yaxşı qidalanması, təmiz, isti otaqlarda yatızdırılması tələbləri də var. Bax bu isə hələlik bütün bağçalarda tam şəkildə ödənilməyən bir istəkdir.

Bir az dairəni genişləndirək. Valideyn, həm də onu istəyər ki, uşağı bağçada kollektivçiliyə öyrənsin, cəmiyyətə hazırlansın, məktəbə qədər hazırlıq kursu keçsin, digər uşaqlardan fərqli xüsusiyyətinin nə olduğu, hər hansı bir özəlliyi, istedadı ortaya çıxsın. Bunları necə, ala bilirikmi?

Şəxsən mən bir valideyn kimi istədiklərimi Bakı bağçalarında tapa bilmədim. Qızımın 3 yaşı olanda fikirləşdim ki, artıq onu nənə-baba baxımından ayırıb, bağçaya qoymaq vaxtıdır. Təbii ki, min bir xəyallarla, öz aləmimdə xeyli araşdırmadan sonra bir bağça seçdim. Seçim də elə-belə olmadı – geniş həyəti, əyləncə imkanları, təmiz otaqlar, musiqi tədrisi və sair məsələlərə önəm verdim. Sadaladıqlarımın hamısının olduğu bir məkan seçdim. Hələ eşidəndə ki, bu bağça beynəlxalq donor təşkilat tərəfindən seçilərək pilot bağçalar siyahısına salınıb, lap sevindim. Amma…

Əvvəla, uşağın 3 yaşı olmasına baxmayaraq, onu 5 yaşlılar, yəni məktəbə hazırlıq qrupuna apardılar. Fikirləşdim ki, uşaq özündən böyüklərlə bacarmayacaq. Az sonra məlum oldu ki, həmin qrupda 2, hətta 1 yaşlarında uşaqlar da var. Sən demə, müəllimənin və ya texniki işçinin tanış valideynləri uşaqları hansı qrupa istəsələr, yazdıra bilirlərmiş. Hamı kimi, mən də uşaqlarımın pisliklərdən, tərbiyəsiz nümunələrdən, psixologiyasında xoşagəlməz iz buraxacaq mənzərələrdən uzaq tutmağa çalışıram. Bu səbəbdən də onun ümumiyyətlə, televiziyada gedən seriallara baxmamasına çalışıram. İlk günlərdə uşaq evə gələndə müəllimələrinin ən çox serial qəhrəmanlarından danışdığını söyləyirdi. Sonrakı günlərdə isə hiss etdim ki, müəllimə evdəki sosial, maddi, hətta özəl durumları öyrənmək üçün qızımı sorğu-sual edirmiş. Bundan başqa, müəllimələr evdən meyvə, şirniyyat gətirməyi tapşırırdı ki, bu da oradakı uşaqların maddi durumla bağlı nə qədər fərqli olmalarını ortaya çıxarırdı. Bir qədər imkanlı valideynlərin uşaqlarının zənbilləri zəngin, digərlərininki isə çox kasıb görsənirdi. Bağçada musiqi dərsləri verilsə də, bu dərslərdə iştirak etmək istəməyən uşaqlar musiqi müəlliməsini qətiyyən narahat etmir, onların bu dərslərə cəlb edilməsi üçün hər hansı bir səy göstərmirdilər. Hərdənbir evə bir bənd şer verib, səhəri gün onun əzbər söylənilməsini tələb edirdilər, bunu elə oradaca öyrətmək üçün isə hər hansı bir iş görülmürdü. Bu vəziyyətə düz iki aya kimi səbr edə bildim, amma qızım gəlib danışanda ki “texniçka”lar iş yoldaşlarının sevgi münasibətlərini müzakirə edirmiş və bunu uşaqlar belə duya biliblər, bağçadan birdəfəlik imtina etdim. İkinci övladımı bağçaya göndərmək barədə isə ümumiyyətlə, düşünmədim…

Bağçalardan bu və ya digər səbəblərdən imtina edən valideynlər çoxdur. Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. Elə təkcə bu statistika düşünməyə, çözüm yolları axtarmağa kifayət edir. Digər işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir.

Övladı üçün bağça seçməkdə xeyli əziyyət çəkən valideynlərdən biri də jurnalist həmkarımız Fərəh Sabirqızıdır. Fərəh xanım da bağça seçimində xeyli əziyyət çəkib. Əvvəlcə, Nərimanov rayonunda yerləşən lisey-bağçaya, sonra Əzizbəyov rayonunda daha iki dövlət bağçasına baş çəkir. Sonuncu iki bağça elə vəziyyətdə olub ki, o şəraitdə nəinki öyrənmək, heç dözmək mümkün deyildi. Bu qayda ilə, nəhayət, 5-ci bağçaya nisbi üstünlük verirlər. Fərəh bağçanı həm də uşağın məktəbə getmək ərəfəsində seçir ki, hazırlaşa bilsin.

30 uşağı eyni qrupda məktəbə hazırlamaq?

Fərəh deyir ki, əgər bağçalar üçün nəzərdə tutulan tədris proqramı axıracan uşaqlara keçilsə, məktəbə gedəndə heç olmasa minimum bazaya malik ola bilərlər. Amma bunu uşaqların hamısına keçə bilmirlər. Niyə? Valideynin fikrincə, birinci səbəb odur ki, bir qrupda 30 uşağın hamısı ilə keyfiyyətli şəkildə məşğul olmaq fiziki cəhətdən qeyri-mümkündür. Müəllimələrin özlərinin də qrupa çox uşaq yığılmasında marağı olduğu bildirilir.

F.Sabirqızı danışır: “Təsəvvür edin ki, 30 uşağın təkcə yatmaq vaxtı paltarlarını çıxarıb yatızdırmaq, sonra geyindirmək, yeməyə aparmaq, yeməklərinə nəzarət etmək… günün böyük bir hissəsini alır. Məşğələlərə həddən artıq az vaxt qalır. Hansı valideyn istəyirdisə, əlavə pul verib, uşağı məktəbə hazırlaşdırırdı. Məsələn, bağçaların birində o biri uşaqları oynamağa ötürüb, pul verən valideynlərin uşaqları ilə məşğul olurdular. Bu da 30 nəfərdən cəmi 4 və ya 5 uşaq deməkdir. Əslində heç bu hazırlığın özündən də tam razı qalmırıq. Hələ mən araşdırıb getmişdim. Həmin bağçada müəllimə cavan idi, uşaqlarla məşğul olmağa nisbətən həvəs göstərirdi. Yaşlı müəllimələri olan bağçalara da baş çəkmişdim, orada, ümumiyyətlə, uşağın məktəbə hazırlığından söhbət belə getmirdi. Yalnız uşaqların üstünə qışqırır, əlavə hansısa hərəkət etməkdən çəkindirir, yedizdirib, qorxudaraq yatızdırırdılar. Hətta məktəbə hazırlığı pul hesabına az-çox təşkil etmək mümkün olsa belə, uşağın həyata hazırlığı, psixoloji inkişafı məsələsindən heç danışmağa dəyməz. Bu cəhətdən vəziyyət olduqca pisdir. Bizim bağçalarda ən çox ona üstünlük verilir ki, uşağın başından vurub sakit etsinlər. Eyni tip qorxaq uşaqlar hazırlamaq istəyirlər. Həyətə oynamağa çıxarılanda belə onlara sərbəstlik verilmir, müəllimədən yalnız “qaçma”, “əlini vurma”, “onu etmə” kimi qadağalar eşitmək olar. Hansı ki, uşaqlara yeni oyunlar fikirləşib tapmaq, onların məntiqini, düşüncə və təcrübələrini inkişaf etdirmək mümkündür. Hər şey sovetlərdən qalan kimidir, hətta ondan da pis vəziyyətdə. Oyuncaqları, kitabları belə həddən artıq primitiv və köhnədir. Uşaqlar oynamaq üçün evdən oyuncaq aparırdılar ki, bu da düzgün deyil. Biri o birisinin oyuncağını istəyir, verilməyəndə isə ağlayırdı”.

Valideynlə söhbət əsasında onu da başa düşdük ki, uşaqların bağçalarda səhhəti də təhlükə altındadır. Məsələn, Fərəh xanımın övladının getdiyi bağçanın binası nəmişlik olub, hətta yağış yağanda damırmış. Valideynlər pul yığıb veriblər ki, onu təmirsiz pəncərələrə tutub, küləyin qarşısını alsınlar. Eyni zamanda o, bu cür bərbad bağça üçün ayda dövlət rüsumu kimi 7 manat ödəyirmiş. Bundan əlavə, uşaqla məktəbə hazırlıq kursu keçilməsinə görə, müəlliməyə hər ay 10 manat verib. İş bununla bitmir – bir texniki işçiyə, digər 4 müəllimə (onlardan biri də musiqi müəlliməsidir) hər ay 5 manatdan, yəni əlavə olaraq 20 manat da ödənilməlidir.

Bu, cəmiyyəti narahat etməlidir!

Uşaq hüquqları üzrə QHT-lərin alyansının rəhbəri Nabil Seyidov bildirir ki, əslində təhsilə qədər sistemin özündə də təhsil iki hissəyə bölünür. Bunlardan biri körpələr evi, ikinci isə bir qədər böyük uşaqların getdiyi məktəbəqədər hazırlıq qruplarıdır. Həmsöhbətim qeyd edir ki, hər bir pillə özündə müvafiq məqsədlər daşıyır: “Bu sistemin inkişaf etdirilməsi cəmiyyət üçün çox vacib məsələdir. Körpələri məktəbə yox, əvvəlcə həyata, yəni ətraf mühitə uyğunlaşmağa, tam potensiallarının üzə çıxarmasına kömək etmək lazımdır. Uşaqları orta məktəbə hazırlamaq da vacib məsələlər sırasındadır. Ümumiyyətlə uşaqların tam vətəndaşa çevrilməsində bu sistemin böyük rolu var. Ona görə də uşaq bağçalarının fəaliyyəti cəmiyyəti daima narahat etməlidir. Azərbaycanda bağçaya gedən uşaqların sayı 2004-cü ildə 30 faiz idisə, indi bu rəqəm 17 faizə düşüb”.

Səbəb nədir? N.Seyidovun sözlərinə görə, bağçada resurslar, kadrların səviyyəsi müasir dövrün tələblərinə o qədər də cavab vermir, bağçaların sosial funksiyaları bir qədər zəifləyib. Alyans rəhbəri bildirir ki, maddi-texniki baza gücləndirilməli, proqramlar tamamilə yenilənməlidir.

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev də bu fikirdədir ki, uşaq bağçalarının cəmiyyətin inkişafında əvəzsiz rolu var. Amma bu sahədə xeyli çətinliklərin olmasını diqqətə çatdıran N.Quliyev vurğulayır ki, hazırda mövcud olan 315-ə yaxın bağçada problemin həll edilməsi o qədər də asan deyil.

N.Seyidov bu durum hakimiyyəti də narahat edib və bağçaların inkişafı ilə bağlı dövlət planı hazırlanır. Bu proqram Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanır.

Bağça, yoxsa saxlanma yeri?

Əsas suallardan daha biri: bizdə bağçalar yurd yeri, yəni uşaqların sadəcə saxlanması üçün məkandır, yoxsa həm də təhsil ocağıdır? N.Seyidov deyir ki, əgər bağçalara 17 faiz uşaq cəlb edilirsə, demək buna heç yurd yeri də demək olmaz, çünki uşaqlar həmin məkanlarda demək olar ki, saxlanılmır.

Bu məsələ ilə bağlı N.Quliyevin də fikirlərini öyrəndik. Onun sözlərinə görə, çalışan valideynlərin əksəriyyəti uşaqları məcburiyyətdən bağçaya aparır və buraya bir yurd yeri kimi baxırlar: “Yalnız onu fikirləşirlər ki, səhər uşağı qoyub, axşam sağ-salamat götürə bilim. Hansı ki, bu kifayət deyil, uşaqlar bağçada şəxsiyyət kimi formalaşmağa başlamalıdır. Uşaq bağçalarında azyaşlılara qarşı zorakı hərəkətlər – təpinmək, döymək qəbul edilə bilməz. Uşaq yatmaq istəmirsə, onu yatmağa məcbur etmək olmaz. Hər bir uşağın fərdi psixologiyası var. İşdən yorğun gələn valideynin uşaqla əlavə məşğul olması çətindir. Bu iş əsasən bağçaların üzərinə düşür”.

Uşaq bağçalarının özəlləşdirilməsi ilə bağlı dövlət səviyyəsində qərar qəbul edilib. N.Seyidov isə bildirir ki, özəlləşdirilməyə çıxarılan bağçaların sayı o qədər də çox deyil. O, təəssüf edir ki, bu siyahıya yaxşı, yəni beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirildiyi, nisbətən inkişaf edən bağçalar da var: “Yaxşı bağçaları özəlləşdirməyə nə ehtiyac var, ən pis, uşaqların gəlmədiyi bağçaları özəlləşdirilməlidir”.

N.Quliyev bildirir ki, 315 bağçadan 113-ü özəlləşdirilməyə çıxarılıb. Təxminən 50-ə yaxın bağçada isə özəlləşmə prosesi başa çatıb. Amma bu prosesin də bəzi fəsadlara gətirib çıxardığını öyrənirik. Klinikanın rəhbəri deyir ki, özəlləşdirilməyə çıxarılan bağçaların fəaliyyət göstərməməsi həmin bağçalara gedən uşaqların digər bağçalara üz tutmasına səbəb oldu: “Bir çox bağçalarda sıxlıq yarandı. Normaya görə, qrupda 15 nəfərdən çox uşaq olmamalıdır. Amma hazırda 25-30 nəfərlik qruplar var. Burada isə artıq uşaqlara həm fiziki cəhətdən baxılmasından, həm də tədrisin keyfiyyətindən danışmaq çətindir”.

Ancaq N.Quliyev deyir ki, bağçaların özəlləşdirilməsi problemin həlli yolu deyil. Bağçanın yeni sahibi özünün müəyyənləşdirdiyi qiyməti qoyacaq. Buna isə hər valideynin gücü çatmaya bilər. N.Quliyev hesab edir ki, qiymətləndirmə məsələsində dövlət kənarda qalmamalı, bağçaların yerləşdiyi əraziyə, həmin ərazidə yaşayan insanların sosial durumuna əsasən bu qiymətlər hökumətlə razılaşdırılmalıdır: “Bağçaların özəlləşdirilməsindən gəlir götürmək ikinci planda olmalıdır”.

Bağça müəllimələri necə hazırlanır?

Ölkədə uşaq bağçalarında çalışmaq üçün mütəxəssislər əsasən pedaqoji universitetlərdə və bir sıra texnikumlarda hazırlanır. Ancaq ekspertlər deyirlər ki, hazırkı hazırlıq səviyyəsi beynəlxalq standartlara cavab vermir. Bu fikri həmsöhbətlərim N.Seyidov və N.Quliyev də təsdiqlədilər. Onlar hesab edirlər ki, hazırda bu sahədə yeni texnologiyaları, metodikanı mənimsəmiş kadrlara ciddi ehtiyacımız var.

Kadr potensialının arzuolunan səviyyədə olmamasını vurğulayan N.Quliyev deyir ki, bəzi təcrübəli kadrlar əməkhaqqının azlığı səbəindən başqa işlərə keçməli olublar. Pedaqoqların bu sahədən uzaqlaşmasına səbəb olan digər amil isə bağçalardakı şəraitin getdikcə pisləşməsidir. Klinika rəhbəri deyir ki, qış aylarında bağçalarda şərait daha dözülməz olur. Soyuq aylarda bağçaya gələn uşaqların sayı elə bu səbəbdən xeyli aşağı düşür. N.Quliyev uşaqların qidalanması məsələsinə də toxunur: “Bu sahədə də vəziyyət ürəkaçan deyil. Uşaqların əksəriyyəti evdən yemək gətirirlər. Hətta bəzi uşaq bağçalarında soyuducu da yoxdur. Belə vəziyyətdə yay aylarında qida zəhərlənməsi də baş verə bilər. Başqa bir problem isə uşaq oyuncaqları ilə bağlıdır. Son dövrlərdə bu məsələnin üzərinə daha çox gəlinir. Oyuncaqların əksəriyyəti sovetlər dövründən qalıb. Yeniləri isə Çin istehsalıdır ki, bu da uşağın sağlamlığı üçün təhlükəlidir”.

Bu vəziyyətin aradan qaldırılması üçün QHT alyansı cəmiyyətin diqqətini bağçalara yönəltməyə, beynəlxalq təşkilatlarla birgə layihələrin işlənməsinə səy göstərir.

Nazir Quliyev isə bildirir ki, Klinika əsasən kadr potensialının artırılması istiqamətində çalışır, maarifləndirici materiallar hazırlayıb, bağçalara təqdim edir.

Dövlət Proqramına əməl edilsə…

Problemləri sadaladıq. Bunların birdən-birə həlli yəqin ki, mümkün olmayacaq. Amma Təhsil Nazirliyi ilə danışdıqdan sonra bəzi ümidlərimiz yarandı.

Nazirliyin Məktəbəqədər Təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bizimlə söhbətində əvvəlcə 2007-ci il 12 aprel tarixində imzalanan 289 saylı sərəncamdan söz açdı: “Bu sərəncamla ölkə prezidenti məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramını təsdiq etdi. İndiyə qədər məktəbəqədər təhsil sahəsində belə böyük proqram hazırlanıb təsdiqlənməmişdi. Bu proqram sözü gedən sektorunun optimallaşması, maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin müasir sosial şəraitə uyğunlaşdırılması, yeni iqtisadi zəmində təkmilləşdirilməsi, təhsilin əhatə dairəsinin genişləndirilməsi, tədrisin məzmunca yeniləşdirilməsi, təhsil sisteminin ictimai statusunun yüksəldilməsini, peşəkar kadrların təmin olunması və məsələləri əhatə edir. Bu çox geniş əhatəli bir proqramdır, iki-üç kəlmə ilə tam izah etmək mümkün deyil”.

Mövcud problemləri də məhz bu proqramla həll etməyi nəzərdə tuturlar. Nərminə xanım inanır ki, vəziyyət yaxşılığa doğru gedəcək. Artıq proqramın icrası ilə bağlı işlər görülməyə başlayıb. 11 yeni uşaq bağçası inşa edilib. 9-u artıq istifadəyə verilib, ikisinin də bu yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir. Bu il 21 uşaq bağçasında təmir işləri də aparılıb. Yeni tikilən və təmir edilən bağçalarımüasir inventar, yumşaq mebel, oyuncaq və tədris vəsaitləri ilə təmin edilib. Nərminə xanımın sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi ilə 24 adda müxtəlif təlim vəsaitləri, ədəbiyyat, uşaqlar üçün nağıllar, test kitabları da nəşr olunub hazırlanıb və artıq yerlərə göndərilir.

Uşaqların nədən bağçalara getmək istəməmsi məsələsinə gəlincə, N.Alnağıyeva deyir ki, bu cür hallar çox vaxt individual xarakter daşıyır. Bağçada çalışan mütəxəssislər hələ ki atestasiyadan keçirilmir. Amma onların təkmilləşdirilməsi istiqamətində bəzi işlər görülür. Sektor müdirinin sözlərinə əsasən, onlar ixtisasartırma kurslarına göndərilir, seminarlar keçirilir. Sektor müdiri 175 və 257 saylı bağçaların nümunəvi olduğundan da söhbət açdı. Dedi ki, onların təcrübəsi bütün respublikaya yayılır. Bundan başqa, Dünya Bankının dəstəyi ilə bir layihə həyata keçirilir ki, burada məktəbəqədər sektorun inkişaf etdirilməsi də nəzərdə tutulur. Bunun üçün də 1,9 milyon ABŞ dolları ayrılacaq. Əsas məsələ isə 5 yaşlı uşaqların bağçalara, məktəbə hazırlıq qruplarına cəlb olunması və valideynlərin maarifləndirilməsidir. Bu istiqamətdə işin aparılması üçün artıq pilot rayonlar da seçilib. Yaxşı nəticələr əldə edilərsə, bu işi bütün respublika üzrə yaymaq niyyəti də var.

Ən böyük yatırım uşaqların təhsilinə, gələcəyinə qoyulan yatırım hesab edilir. Bunun qarşılığını təkcə ailələr deyil, cəmiyyətlər, dövlətlər və ümumiyyətlə, dünya alır. Uşaqları damı daman binalara, əlindən çubuq düşməyən, daim yüksək tonla danışan müəllimələrin olduğu bağçalara göndərməklə biz bir millət olaraq da gələcəyimizə təhlükə yaradırıq. Ümid edirik ki, prezidentin imzaladığı sərəncam bütün gücü ilə işləyib, bu sahəni indiki çətin vəziyyətdən çıxara biləcək.

Səbinə Əvəzqızı

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles