12 Avqust, 2018 22:00 xeber – Ağstafa rayonunda ata qızını döyərək ona xəsarət yetirib.”Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Azadə İlqar qızı Bukavadze atası tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən A.Bukavadzenin vəziyyəti orta-ağır qiymətləndirilir.Hadisəyə isə ailə daxili münaqişənin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az