10.07.2015 / 03:47 xeber –
Türkiyənin Samsun bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, uçuşa qalxandan bir neçə dəqiqə sonra mühərrikdəki nasazlıq ucbatından təyyarə suya məcburi eniş edib.
Sahil Təhlükəsizlik Qüvvələrinin əməkdaşları suya enmiş təyyarədə köməksiz qalan ikisi uşaq olmaqla 4 nəfəri xilas ediblər. Xilas olunanlar xəstəxanaya çatdırılıblar. Onların sağlamlığında ciddi problemin olmadığı bildirilir.
mənbə :
lent.az
Şərh yaz.