Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Heyder Əliyev Tebrizde alman keşfiyyatının qarşısını nece aldı? – TARİXİN SANDIĞINDAN

Heydər Əliyev Təbrizdə alman kəşfiyyatının qarşısını necə aldı? - TARİXİN SANDIĞINDAN

14/07/2015

14:04


14.07.2015 / 14:02 xeber –

SSRİ-nin Cənubi Azərbaycana göndərdiyi əks-kəşfiyyatçılar arasında 21 yaşlı Heydər də vardı

…Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının girişində qarşılayıb, ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

 

Hal-əhval tutandan sonra Heydər Əliyev Xamneyidən soruşdu:

 

– Yaxşı, Xamnədə (Təbriz yaxınlığında, Xamneyinin doğulduğu kənd – Z.Ə.) nə var, nə yox?

 

– Sən Xamnəni də bilirsən? – deyə İranın ali dini rəhbəri təəccübləndi.

 

– Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. 

 

Yazıya Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın altıcildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabının ikinci hissəsində Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyevin də xatirələrinin yer aldığı bu hissə ilə başladıq. Bir çoxları hesab edə bilər ki, Heydər Əliyev SSRİ dövründə yüksək vəzifələrdə olub və onun bu barədə məlumatı dövlət səfərləri ilə bağlı ola bilər. Lakin Heydər Əliyevin SSRİ dövründə təhlükəsizlik orqanlarında çalışan zaman Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsi istiqamətində və orda milli qüvvələrlə birgə işi barədə çoxumuzda müfəssəl məlumat yoxdur. Əlbəttə, təhlükəsizlik orqanları keçirdiyi əməliyyatlarla bağlı sənədləri gizli saxlayır. Bu yazıda, Heydər Əliyevin 1944-1945-ci illərdə Cənubi Azərbaycanda müstəqil dövlət qurulması üçün bir zabit kimi gördüyü işlərdən söz açacağıq.

 

H.Əliyev Cənubi Azərbaycanda soydaşlarımızın siyasi və ictimai təşkilatlarının yaradılmasında, onlarda arasında müstəqillik, birlik ideyalarının formalaşmasında, Şimali Azərbaycana birləşmə istəklərinin gücləndirilməsində mühüm rol oynamışdı və biz bu fəaliyyət barədə əldə etdiyimiz sənədli məlumatları oxucularla bölüşəcəyik.

 

Bu mövzunu araşdırmağa başlayanda marağalı şairimiz Bulud Qaraçörlü Səhəndin (1927-1979) Heydər Əliyevə 1974-cü ildə yazdığı məktubla rastlaşdım. “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlı məktub şeir formasında yazılıb:

 

“Ustadım Vurgundan söz dilənərək

Qoy belə başlayım şerimi, nolar,

O dahi sənətkar söylədiyitək

"Men çocuq deyiləm, xeyli yaşım var".

Ömrümdə çox isti-soyuqlar görüb,

Başımda bostanlar əkərkən həyat,

Çətinliklər mənlə bacarammayıb,

Yolumu kəsəmməz qara zülumat.

Hər ağır dəhşətə mən dözə-dözə,

Məsləkdaş, vətəndaş deyibən geldim.

Ürək sandığını açmaqçın Sizə

Səfər yarağımı geyibən gəldim.

Dağlar boyda ağır dərdi özümnən

Təbrizdən Bakıya daşıdım, ancaq

Kimsəyə açmadım, ağır dözümnən

Hələlik lazımdır geri qaytarmaq.

Taledən gileyli olmayam gərək,

Əllərimi gördüm, gözlərim aydın!

Nəsibim olmadı, ancaq nə etmək?!

İstərdim Bakıda SƏN də olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,

Heyf ki, görüşmək qismət olmadı.

Bisütunlar çapdım mən Fərhad təkin,

Ancaq ki, su gəlib arxa dolmadı.

Mən istərdim doğma bir qardaş kimi

Oturub, əyləşib danışam Şənlə

Bir məsləkdaş kimi, bir yoldaş kimi

Söz-söhbət açaydım ana Vətəndən”.

 

İndi isə SSRİ dövründə İrana münasibət və Cənubi Azərbaycanın müstəqil olması üçün baş verən proseslərə baxaq.

 

Məlumdur ki, hələ Krımın, 250 sutka faşist hücumlarını dəf etmiş Sevastopolun, Dneprin sağ sahilindəki Ukrayna torpaqlarının, Belorusiyanın, Baltikyanı ərazilərin, Avropanın azad olunması, dağıdılmış şəhər və kəndlərin bərpası qarşıda idi. İşlərin belə bir ağlasığmaz qarışıqlığında, hərbi və mülki qayğıların burulğanında Stalin Cüney Azərbaycanı da unutmamışdı. Bəlkə Stalinin bu problematikaya maraq göstərməsinə onun Bakı ilə bağlı gənclik xatirələri və ümumiyyətlə, Qafqaz problemini özünəməxsus anlamasının təsiri vardı? Yoxsa Tehran konfransı yeni çözümlərə bir yol açmışdı?

İttifaq Xalq Komissarları Şurasının qəbul etdiyi proqrama görə, Təbrizdə onillik Azərbaycan məktəbi açılmalı, nümunəvi aqrotexniki stansiya yaradılmalı, trikotaj-corab fabriki tikilməli idi. 1945-ci il iyunun 10-da Stalin "Şimali İranda sovet sənaye müəssisələrinin təşkili haqqında" məxfi qərar imzaladı. 21 iyunda İ.V.Stalin "Şimali İranda neft üzrə geoloji-kəşfiyyat işləri haqqında" Dövlət Müdafiə Komitəsinin 9168 saylı qərarına qol çəkir. Neftçilər İrana – sovet qoşunları qərargahına ezam olunmuş hidrogeoloji dəstənin əməkdaşları sifətində yola düşürlər. İranın başqa bölgələrində eynən su ehtiyatları axtarışı bəhanəsilə ingilislər də neft və filiz yataqları axtarırdılar. (С.Емелянов – М.Дж.Багирову. Проект докладной записки «О ходе реализации мероприятий по Иранскому Азербайджану». 20.12.1945 г. — ЦГАППОД АР, ф. 1, оп. 89, д. 97, л. 165)

 

Cənubi Azərbaycanda, əlbəttə, Moskvanın razılığı ilə Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı. M.C.Bağırovun təklifilə Tehranda çıxan "Acır" qəzetinin redaktoru Mir Cəfər Pişəvəri (bir sıra sənədlərdə Seyid Cəfər də adlandırılır) ADP-nin başında durdu. (Решение Политбюро ЦК ВКП(б) «Об Иранской газете «Седайе Иран». 14.11.1945 г. — Российский государственный архив социально-политической истории, ф. 17, оп. 162, д. 37, л. 158)

 

1944-cü il yanvarın 27-də Heydər Əliyev Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin xalq komissarı müavininin adına ərizə yazır. Bu sənədin tam mətninə diqqət yetirək: “Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı sistemində əməliyyat işində işləməyə böyük həvəsim var. Ona görə, məni Azərbaycan SSR DTXK-nın məktəblərindən birinə qəbul etməyinizi xahiş edirəm”. (V.İ.Andriyanov, H.F.Mirələmov “HEYDƏR ƏLİYEV”

NURLAN, BAKI – 2008, s.45)

 

Ancaq belə sistemdə işləmək üçün təkcə arzunun, hətta böyük istəyin olması azdır. Dörd ay yoxlamalar aparılır, bütün detallardan “abituriyent”in xəbəri belə olmur. Heydər Əliyev 1944-cü ilin mayından Sovet İttifaqı dövlət təhlükəsizlik orqanlarında xidmətə başlayır. O vaxt onun 21 yaşı təzəcə tamam olmuşdu. İlk olaraq Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının Əks Kəşfiyyat idarəsinin sərhəd xidmətində olan Heydər Əliyevin gənc yaşlarından üzərinə ağır bir məsuliyyət qoyulur. Naxçıvan XDTK-da İran istiqamətinə kuratorluq edən Heydər Əliyev bu və digər şəkildə Cənubi Azərbaycanda sovet xüsusi əməliyyatlarının əks-kəşfiyyat mühafizəsində  iştirak edirdi. SSRİ-dən Cənubi Azərbaycanda aparılacaq kəşfiyyat və təbliğat işi üçün hazırlanan 80 nəfər adı gizli saxlanan çekistin içərində onun da adı yazılır. (Чапай Султанов. «Противостояние» – Баку,2011, стр.25-60)

 

O illərdə  Azərbaycanda İrana göndərilmək üçün hərbçilərdən savayı 3816 nəfər mülki şəxs səfərbər edilmişdi. Həmin siyahıda 82 partiya işçisi, sovet təşkilatçılarından 100 əməkdaş, 400 milis əməkdaşı, 245 dəmiryolçu, 42 neftçi-geoloq vardı.

 

Bütün bu dəstəyə – "Cənubi Azərbaycanda sovet missiyası"na Azərbaycan KP MK katibi Əziz Məmmədkərim oğlu Əliyev başçılıq edirdi.

 

Missiyanın tərkibi və rəhbəri haqqında qərar Kremldə qəbul edilirdi. Əziz Əliyevi də orada 47-ci Ordunun Hərbi Şurasının üzvü təyin etdilər. Həmin ordu qədim Təbrizdə, Cənubi Azərbaycanın paytaxtında yerləşmişdi. Missiya 1941-ci ilin avqustundan 1942-ci ilin yayına qədər, sovet-alman cəbhəsində hadisələr bütün başqa olayları üstələdiyi dövrdə fəaliyyət göstərmişdir. Üstəlik, indi Sovet İttifaqı İran vasitəsilə müttəfiqlərindən hərbi-strateji yardım alırdı. Göndərişlər Fars körfəzindən, bütün İran ərazisindən keçməklə Xəzərədək ötürülür və daha sonra Volqa çayı və ya dəmiryolu ilə daşınırdı.

Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Cənubi Azərbaycana yürüşün ən fəal təşkilatçılarından idi. Cənubi Azərbaycanda vəziyyətlə tanış olmaq məqsədilə Bağırov məxfi olaraq Naxçıvandan Təbrizə getmişdi. (Scheid F.Stalin and the Creation of the Azerbaijan Democratic Party in Iran, 1945 // Cold War History I (October 2001). P. 3.)

 

H. Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi. H. Əliyev lap gənc yaşlarından cənubi azərbaycanlıların hüquqları, istiqlalı uğrunda mübarizə aparmış bir şəxs idi. O, Təbrizdə işlərkən cənublu gənclərin Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı. Amerika Birləşmiş Ştatlarında İrandan gələn kəşfiyyat sənədində yazılır:

 

“Azərbaycandan gələn və SSRİ-nin əmrini icra edən çekistlərin özlərinin şəxsi maraqları var. Bu maraqlara aiddir:

Addım-addım federalizm barədə tələblər irəli sürmək;

Siyasi federalizm barədə tələblər irəli sürmək;

İrandan  tarixi Azərbaycan torpaqlarını geri almaq;

Cənubi Azərbaycanın Şimali Azərbaycan Respublikasına qoşmaq;

Hər iki Azərbaycanın Türkiyəyə birləşdirilməsi;

Böyük Turanın yaradılması, pantürkizm əsas məqsədin həyata keçirilməsi”.

Tehran, Məşhəd və Təbrizdə dövlət təhlükəsizlik orqanlarının əsas rezidenti erməni Aqayans idi. Üzdə SSRİ planlarının icrasını həyata keçirməkdə maraqlı görünən Aqayans bilirdi ki, iki Azərbaycan birləşsə, Ermənistanın özü təhlükə altında qalacaq. Bunun üçün İrandakı daşnaklardan və ermənilərdən istifadə edirdi. Məhz İranda ermənilərin SSRİ qoşunlarına kömək etməməsi və Aqayansın onlara bir söz deməməsi ilə bağlı polkovnik Boyev (Siyasi idarənin rəis müavini) Moskvaya göndərdiyi gizli sənəddə yazır: “Daşnakların dini rəhbəri arxiyepiskop Məlik Tanyan şəxsi  bağında daşnakları toplayıb deyir ki, onlar qırımızı orduya aktiv kömək etməsinlər. Sovet qoşunları İranda müvəqqətidir, onlar gedəndən sonra İran hökuməti erməniləri təqib edəcək” (ЦАМО РФ. ф. 209. оп. 1113. д. 9. л. 35–36.)

 

Heydər Əliyev və digər azərbaycanlı çekistlər Aqayansın bu addımından xəbərdar idilər. Onlar sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdilər. Həmin şəxslərin fəaliyyətinin əsasını onların milli kimlik şüurunu oyatmaq, fikirlərinə müəyyən mənada təkan vermək təşkil edirdi. O zaman bir çox ziyalılar həmin prosesdə aktiv iştirak etdilər və “bölünmüş Vətən” anlayışını ictimai müzakirəyə gətirə bildilər. Məhz buna görə də Heydər Əliyevin əsas işi ziyalılar arasında Cənubi Azərbaycanın müstəqilliyinin əhəmiyyətini təbliğ etmək, ana dildə dərsliklər nəşr etmək, azərbaycan dilində qəzetlər çap etmək, şeirlər və əsərlərin yazılmasına yerli ziyalıları təhrik etmək idi.

 

Bu məqsədlə 1944-cü ildə "Təbriz" mətbəəsinin yaradılması və fəaliyyəti üçün ərəb və kiril əlifbası ilə işləyən mətbəə maşını, 30 ton kağız, kitablar, mebel, dəmir sobalar, yağlı boya, makina və hər ay 400 litr benzin və s. göndərildi. (Azərbaycan Respublikası Mərkəzi Dövlət Yeni Tarix Arxivi, f. 411, s.25, i. 407, v. 65-110)

 

Eyni zamanda, Təbrizdə alman kəşfiyyatının siyasi və ictimai dairələrdə təbliğatının qarşısını almaq Heydər Əliyevin səlahiyyətlərinə daxil di. Partiyalarda “almanlar” fraksiyasının ləğvi işi isə birbaşa Heydər Əliyevə həvalə olunur. Əliyev əməliyyata başlayarkən siyasi partiya rəhbərliyində “almanlar” fraksiyası çox güclü idi. Lakin buna baxmayaraq, Heydər Əliyev faşizmə meylli şəxsləri milli azadlıq cəbhəsindən uzaqlaşdıra bilir. O, milli düşüncəli insanların Azərbaycan Demokratik Partiyası ətrafında toplanmasına nail olur.

 

İran məclisi və hökuməti Cənubi Azərbaycan əyalət və vilayət əncümənlərinin təşkil olunmayacağını rəsmi surətdə elan edəndən sonra, hökumət çoxlu miqdarda ərzağı Azərbaycandan daşıtmaqla orada süni qıtlıq yaratmaq istədi. Azərbaycan tacirlərinin 15 milyon tümənə yaxın pulunu Tehran banklarına köçürməklə, Azərbaycan ticarətində çətinliklər yaradırdı. (ГАППОД АР. Ф. 1. Он. 89. Д. 113. Л. 17-33 və РГАНИ. Ф. 17. Оп. 128. Л. 31-85,) Bunu görən Heydər Əliyev sahibkarla görüşür, burdan getməmələri üçün onlarla söhbət edirdi.

 

1946-cı il martın 18-də "İran məsələsi" ikinci dəfə Təhlükəsizlik Şurasının gündəliyinə çıxarıldı və martın 26-da bu məsələyə baxıldı. Ancaq sovet qoşunlarının martın 24-də yenidən təxliyəsi getdiyi üçün müzakirə İran hökumətinin xahişi ilə dayandırıldı. 1946-cı il aprelin 4-də Moskvada SSRİ və İran hökumətləri qalan qoşunların da çıxarılması haqqında razılığa gəldilər. Həmin tarixdə (4 aprel 1946-cı il) Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü maddəsində deyilirdi: "Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur) məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinc yolu tapılacaqdır". 1946-cı il aprelin axırından həyata keçirilən sovet qoşunlarının təxliyəsi İranın başqa əraziləri kimi, Cənubi Azərbaycanda da mayın 26-da başa çatdırıldı. (Башкиров А.В. «Экспансия английских и американских империалистов в Иране (1941-1953 гг.)». М., 1954, стр.113., “Внешняя политика Советского Союза». M., 1946, стр. 113)

 

Yazıçı Anar “Tarixi şans – 21 Azər” adlı məqaləsində yazır: “Təbrizə iki min nəfərlik qoşunla qayıdan şah qarşısına çıxanı qətlə yetirirdi, evləri bir-bir yandırırdı. Şah qoşunları Miyanəyə daxil olanda 53 adamı edam etdilər, Urmiyada (Rezayedə) 30, Mərənddə isə 90 adam edam olundu. Təbrizdə qan su yerinə axırdı, Azərbaycan silahlı qüvvələrində xidmət etmiş fars zabitlərini də edam edirdilər. Bir həftə ərzində 3000 nəfər öldürüldü, 11000 adam məhkum olundu, onların 8000-i İranın cənubuna sürgün edirdi. Təbii ki, baş tutmayan seçkiləri Tehran qoşunları belə “müşahidə” etdilər.

 

Çoxları edamdan əvvəl “Yaşasın Azərbaycan Demokratik Partiyası!” deyə qışqırır, himni və Səttərxana həsr olunmuş vətənpərvər şeirlər oxuyurdular. Onları tikə-tikə doğrayırdılar və qalıqlarını da şəhərin küçələri ilə gəzdirirdilər. Təbrizdə milli ordunun cavan leytenantı öz həyətində mühasirədə qalanda, ələ keçməsin deyə arvadını, azyaşlı uşağını öldürəndən sonra bir neçə düşməni də güllələdi, sonuncu gülləni isə öz başına çaxdı. Milli ordunun beş döyüşçüsü Təbrizdə Ərk qalasının zirvəsinə qalxaraq, üç gün düşmən qoşunlarını atəşə tutaraq duruş gətirdilər, patronları tükənəndən sonra isə “Yaşasın Azad Azərbaycan!” deyə özlərini qalanın zirvəsindən atdılar”.

 

Bu hadisədən sarsılan Heydər Əliyev Naxçıvana geri qayıdır. Tezliklər onu Bakıya təyinatla göndərirlər. Lakin buna baxmayaraq, Heydər Əliyev Cənubi Azərbaycan məsələsini unutmur. SSRİ dövründə hakimiyyəti illərində H. Əliyevin Cənubi Azərbaycan məsələsinə münasibəti bir neçə istiqaməti əhatə edirdi:

Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir,

Cənub mövzusunun unutdurulmamasına çalışır,

Elmi araşdırmaların aparılmasını təşviq edir,

Alim, yazıçı və şairləri Cənub mövzusundan yazmağa çağırır,

 Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verir, onları mənzillə təmin edir.

(ARSPİHDA, f. 1, siy. 57, iş 103 (104), pr. № 151, § 10. 8 ARSPİHDA, f. 1, siy. 57, iş 103, pr. № 151, § 10, v. 14-15. 9 ARSPİHDA, f. 1, siy. 57, iş 107, pr. № 151)

 

H. Əliyev cənub və şimalı vəhdətdə görərək hər iki taylı azərbaycanlıları ümumi məsələlərdə bir olmağa çağırır, Cənubi Azərbaycan üzərində şimalın təsirinin güclənməsinə çalışırdı. Azərbaycan Yazıçılarının VII qurultayında H. Əliyev B. Azəroğluna üzünü tutaraq deyirdi: “… bütün Cənubi Azərbaycanda yaşayan şairlərə təsir göstərib başa salınız ki, türk dili deməsinlər, Azərbaycan dili desinlər və buna nail olmaq lazımdır. Bu, birincisi sizin borcunuzdur. Çünki onlar özlərini azərbaycanlı sanır, dilləri də Azərbaycan dilidir. Biz Azərbaycan dilini qəbul etmişik… Necə ki, burda vardır, eləcə də Cənubi Azərbaycanda”. (H. Ə. Əliyevin Azərbaycan yazıçılarının VII qurultayında nitqi. – «Kommunist» qəzeti, 1981, 14 iyun, № 139)

 

Bu ifadələr əslində elə Bütöv Azərbaycan, birlik ideyasının geniş təbliği demək idi.

1981-ci ilin noyabrında Abdulla Şaiqin 100 illik yubiley mərasiminin rəsmi hissəsindən sonra az adamın iştirak etdiyi ziyafətdə Heydər Əliyev "İndi bizim üçün ən əsas məsələ Cənubi Azərbaycan məsələsi olmalıdır” – demişdi. Məlumdur ki, o vaxt sovet qoşunları Əfqanıstana girmişdi, Heydər Əliyev düşünürmüş ki, indiki şərait Cənubi Azərbaycana müdaxilə üçün də uyğundur və ona görə buna hər an hazır olmaq üçün güclü ictimai təşkilat lazımdır. Lakin SSRİ dövründə ermənilərin apardığı əks işlər ona bu arzunu həyata keçirməyə mane olurdu. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles