Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Mene, 6 yaşlı uşağa tiryek çekdirib, mesxereye qoyurdular…" İNETRANAT DRAMI – II HİSSƏ

"Mənə, 6 yaşlı uşağa tiryək çəkdirib, məsxərəyə qoyurdular..." İNETRANAT DRAMI - II HİSSƏ

15/07/2015

13:42


15.07.2015 / 13:40 xeber –

“Çaşıb qalmışdım, öz adımı ilk dəfə idi eşidirdim”

I hissə: http://news.lent.az/news/208598 

 

Kakış başına doladığı kəndirə xoruz lələkləri taxıb valideynlərinə göstərmək üçün evə tələsdi. Gördüyü mənzərədən qapıda donub qaldı. Anası ağlayırdı… Maya əllərini qoynuna qoyub oturmuşdu.

 

***

 

– Sizi görməyə gəlmişdi, yoxsa…

 

– Atalığımla dalaşıb, Azərbaycana qayıtmaq qərarına gəlmişdi. Yaxşı günün ömrü az olar… Bu gün kimi xatırlayıram. Hər ikisi ağlayırdı, atam da, anam da. Yadımdadır, atam içəri otaqdakı dəmir kassadan pul çıxardıb ona verdi. Dedi ki, mənim üçün xərcləsin: “Kakışa korluq vermə, nə istəsə al” dedi. Anam isə elə ağlayırdı ki, heç danışa da bilmirdi… Mən də onlara qoşulub ağlayırdım. Məni – altı yaşlı uşağı ailəsindən ayırırdılar…

 

– Sizin onlarla bu qədər doğmalaşmağınız ananızda qısqanclıq yaratmırdı?

 

– Bunu başa düşmək üçün çox körpə idim. Amma Azərbaycana gəldik, bir neçə aydan sonra barışdılar, yenidən qayıtdıq Türkmənistana. Bax, onda məni geri vermədi. Baxmayaraq ki, adım hələ də Kakış idi. Meredov Kakış Xudaverdi oğlu. Sonradan bilmişəm ki, dəfələrlə gəlib anamdan məni soruşublar, göstərməyib. Elə aralıdan baxıblar mənə… Hətta qadın bir dəfə anama deyib ki, nahaq oğlumuzu bizdən aldın. Evləri bu günə kimi də mənim adımadır.

 

– Ballı dayı sizinlə necə davranırdı?

 

– Əvvəlkindən də pis. Məndən zəhləsi gedirdi. Məktəbə gedirdim. Hər gün dava-qırğın idi, gecələr evə çox gec gəlirdim. Nadinc uşaq idim, bir az da özümə olan münasibətdən qeyzlənib daha da çox şuluq eləyirdim. O mənim, mən də onun başına oyun açırdım. Döyürdü, tərsliyimə salıb yenə üzünə qayıdırdım. Dəcəl idim, kim döyürdü cavabını verirdim. Məni özümdən böyük uşaqlarla dalaşdırtdırırdı.

 

– Öz uşaqları ilə?

 

– Yox, məhlədən kim keçsə… Yad uşaq məhlədən keçən kimi tutub döyürdüm ki, niyə bizim məhlədən keçirsən. O da çıxıb dayanırdı məhlədə, məni də yanında saxlayırdı. Böyük uşaqları çağırıb deyirdi ki, Kakışı döyə bilərsiniz? Kakış da cin kimi idi, onu Ballıdan başqa kim döyə bilərdi? Görürdün özümdən böyük iki-üç uşağı saldırırdı üstümə… Dalaşırdıq, mən döyürdüm və sevinirdi… Qürrələnirdi ki, görürsünüz, oğulu necə böyüdərlər?!

 

Başını yuxarı qaldırıb çənəsinin altını göstərir:

 

– Baxın, burada çapıq var. (Gülür) Atalığım döyəndə olub… Vaxtınız varsa, tarixçəsini danışım.

 

– Əlbəttə!

 

– Birinci sinifdə oxuyurdum. Anam tez-tez bir həftəliyinə Özbəkistana, Qırğızıstana gedib, parça gətirib bazarda satırdı…

 

***

 

Kakış tövləni təmizləməyib, dərslərini oxumağa getmək istəyirdi ki, Nurməhəmməd özünü yetirdi:

 

– Bu nədir?

 

– Təmizləmişəm, Ballı dayı…

 

– Buna təmizləmək deyirsən? Əməlli təmizlə!

 

– Təmizləmişəm axı!

 

– Təmiz olmayıb, yenə təmizlə!

 

Kakış öyrəşmişdi ki, Nurməhəmməd ona bir işi bir neçə dəfə gördürsün. Uşaq isə tərs idi, təmizləmək istəmirdisə, alınmayacaqdı:

 

– Təmizləməyəcəyəm!

 

Nurməhəmməd əl atıb onun boynunun arxasından və şalvarının toqqa yerindən tutub, tövlənin o biri başına tulladı. Kakış üzü üstə inəkləri bağlamaq üçün yerə çalınmış ucu qarmaqlı mıxların üstünə düşən kimi çənəsindən qan fışqırdı. Hər ikisi qorxdu.

 

Kakış tövlədən çıxıb qanı axa-axa bazara qaçdı.

 

Anasının oturduğu yer boş idi, demək hələ gəlməmişdi. Onun gəlməyəcəyini yaxşı bilsə də, bazarı dolaşmağa başladı. Həmişə anasının olduğu mühitdə anasını hiss edəcəkdi. Qanı kəsəcək, ağrıları azalacaqdı. Belə də oldu… Qanı kəsdi, amma çənəsi hələ də ağrıyırdı…

 

Acmışdı, bazarın kənarında yerə atılan meyvələrdən seçib yedi. Doymayıb, peraşki satılan mağazaya girdi. Vitrindən peraşki götürüb yeməyin qaydasını özü “kəşf” etmişdi.

 

Vitrin  Kakışın boyundan hündür olduğundan, əlini uzadıb başının üstündəki peraşkilərdən birini götürürdü. Onu da kəşf etmişdi ki, peraşki “tayası” uçmasın deyə, mütləq bir-bir götürmək lazımdır.

 

Sonra vağzala gəldi, bəlkə anası bu gün qayıdacaq. Kakış yaxşı bilirdi ki, anası onun yaralı sifətinə bir sığal belə çəkməyəcək, amma onu axtarırdı. Heç vaxt axtarmadığı qədər axtarırdı. İndi ona ehtiyacı həmişəkindən çox idi…

 

Uzaqdan qatarı görüb, qaçdı  ki, bu yəqin anasının qatarı idi. Yaxınlaşanda qatarın üstündəki yazını hərflədi: “K- r- a- s- n- o- v- o- d- s- k”.

 

Bu, anasını gətirəcək qatar deyildi. Kakış fərqinə varmadan, qatara mindi. Heç kim də altı yaşlı uşağın kim olduğunu, nə etdiyini, hara getdiyini soruşmadı.

 

Üç gün Krasnovodskın vağzalında yaşadı. Vağzal restoranlarının birində müştərilər ordaca kilkə balıqları bişirib, yeyir, qalıqlarını boşqabda qoyub, gedirdilər. Kakış üç gün boşqablarda artıq qalan kilkə ilə keçindi.

 

Bu günlər ərzində səyahətinin davamını da planlayırdı. Nəyin bahasına olursa olsun, evə qayıtmayacaqdı. Bərə ilə Bakıya getmək istəyirdi. Amma bərəyə necə minəcəkdi?

 

Kənarda oturub kimin boşqabında kilkə qalacağını gözləyə-gözləyə çıxış yolu axtarır, düşünürdü…

 

…Qarşıda gənc qadınla kişi bərəyə minirdilər. Tez dallarınca getdi. Elə etməlidir ki, nəzarətçi onu bu ailənin oğlu bilib, bərəyə buraxsın. Birdən dayandı. Tərəddüd edirdi. Övladlığa verildiyi ailədə ata-anası onu hara aparsalar, bir dəqiqə də olsun, əlini buraxmırdılar. Bu qədər adamın içində valideyn öz uşağının əlindən niyə tutmasın ki?

 

Nə isə başqa yol fikirləşmək lazımdır. Yubanıb, bir az arxaya qaldı. Nəzarətçi elə bilsin ki, valideynləri artıq keçib, o isə qalıb. Nəzarətçi acıqla səslənir:

 

– Ay uşaq, hanı valideynin?

 

Kakış məsum baxışlarla sağa-sola boylanır, valideynlərini axtarırdı. Birdən onları tapdı və arxalarınca qaçdı. Nəzarətçi:

 

– Tez keç, tez. İtərsən! – dedi.

 

Kakış qaçıb gedib özünə seçdiyi valideynlərinin yanında dayandı. Bərə yola düşdü! Bu qədər asan!

 

Amma mümkün olmadı! Kakış burada olduğu üç gün ərzində nə qədər cəhd etsə də, bu fəndi işə yaramadı.

 

Dəfələrlə yoxladı, alınmadı. Dördüncü günü başqa yolla getməyə qərar verdi. İzləyib, bərəyə yüklənməyə hazırlanan bir TIR tapdı. Üstünə çıxıb, gizləndi. Yük maşını bərəyə yüklənənə qədər yerindən tərpənmədi.

 

Nəhayət, bərə yerindən tərpəndi. İşıqları söndürdülər.

 

Motorun gurultulu səsindən Kakış qorxdu. Belə gedə bilməyəcəyini bilib, ehtiyatla maşının üstündən düşdü. Qaranlıqda çətinliklə pilləkənləri tapıb, buradan çıxdı.

 

Göyərtədə, adamların arasında gəzişdikcə, rahatlaşdı. Qorxusu keçdi. Bərənin göyərtəsindən səma o qədər geniş və aydın görünürdü ki, Kakış əmin oldu – bu qədər geniş və işıqlı dünyada ona bir künc-bucaq tapılacaq! Bu inamla səyahətinə davam etdi…

 

Bakıda idi! Bu, möcüzə idi. Demək ki, ailəsinin unutduğu körpəni Allah hələ unutmamışdı. Bəlkə də altı yaşlı oğlanı Bakı bərəsinə mindirmək üçün günlərcə onun bərəyə gedən yolunu bağlamışdı…

 

Kakış Bakıya anası ilə gəlmişdi, buradan o yana yaxşı xatırlayırdı. Dəniz vağzalından “28 aprel” metrostansiyasına qədər olan yol yadında idi. Bilirdi ki, metronun “Qara Qarayev” stansiyasına getməlidir. Platformada dayanıb gələcək qatarın istiqamətini oxudu: “Ə h m ə d l i”. O idi!

 

Maya boşuna demirdi ki, “Kakış adamyeyəndi. Dəyirmana ölü sal, diri çıxacaq!”

 

Dayısı qapını açıb üst-başı qanlı, çənəsi şişib qanı üstündə quruyan uşağı tək görəndə gözləri böyüdü:

 

– Ə, Haxı, burda nağayrırsan? Anan hanı?

 

Kakış susurdu. Verəcək cavabı yox idi. Yaxşı bilirdi ki, bir kəlmə desə, döyüləcək.

 

– Gəl görüm ey, keç içəri. Hanı anan? Buna bax ey, it balası Azərbaycan dilini yaddan çıxardıb. Heç Allah bilir bizi tanımır. Ədə, köpəyoğlu, sənnənəm! Anan hanı?

 

Dayısının hay-küyünə mətbəxdən arvadı da gəldi:

 

– Ay Allah bu uşaq nə gündədir. Dəli Haxı, üzünə nə olub? Harda qan olmusan? Anan hanı?

 

Uşaq susurdu. Amma danışmaq istəsə də ər-arvad elə xorla danışırdılar ki, ona macal vermirdilər. Qadın əllərini dizinə çırpmağa başladı:

 

– Yox, Mayaya nə isə olub! Gələndə yolda qəzaya düşüblər. Maya ölüb, Haxının da qorxudan dili tutulub, qaçıb bizə xəbər gətirib.

 

– Haxı qəza harda oldu? Yaxında?

 

– Görmürsən uşağın dili batıb, az sual ver. Uzaqda olsa uşaq buracan necə gələ bilərdi? Altı yaşında uşaq şəhəri tanıyır? Yəqin aşağıda olub! Qaç, qaç aşağı gör hardadı Maya.

 

Dayısı evdən necə çıxdığını bilmədi. Dayısı arvadının narahatlığı isə deyinməklə əvəz olundu:

 

– Bu qadın necə anadı, uşağı necə tək buraxıb? Acsan?

 

Kakış başını tərpədib, onun arxasınca mətbəxə keçdi. Qadın deyinə-deyinə xörək çəkib, onun qabağına qoydu. 

 

– Deyən gərək, yekə arvadsan. Bir uşaq nədir ki, ona baxa bilmirsən. Doğandan qalıb ortalıqda. Üstü-başı zir-zibil. Nə gündə… Ana olan kəs də bu qədər məsuliyyətsiz olar, ay başına dönüm?

 

Dayısı arvadı indi də hamamdan bir vanna paltarı götürüb, balkona çıxdı. Paltarları sərə-sərə o ki, var Mayanın arxasınca danışdı. Kakış onun başının qarışmasından istifadə edib tez qarşısındakı son çörək tikəsi ilə də boşqabın dibini sıyırdı. Barmaqlarını yalaya-yalaya qapını açıb, çıxdı.

 

***

 

– Gəldiyim kimi də qayıtdım geri.

 

– Evdə bildilər?

 

– Gəldim ki, anam evdədir. Döydü ki, haradaydın? Dedim bazardaydım…

 

– Qayıdanda da bərəyə minmək çətin oldu?

 

– Yolu yarıya kimi gəlmişdim, sərhədə çatanda kapitan buraxmadı. Dedi, get, valideyninlə gəl. Gözlədim… O vaxt ağlım kəsmədi ki, valideynim içəridədir deyib ağlayam, onda buraxarlar. Gözləyib qayıtdım geri. Polis çıxdı qabağıma ki, hardan gəlirsən? Başladım qaçmağa. Axırda yenə məcbur olub gəldiyim kimi, böyük maşın tapıb, üstünə çıxdım. Gəldiyim kimi də qayıtdım…

 

– Yenə hər şey olduğu kimi davam etdi, yoxsa Ballı dayı çənənizin partlamağını görüb qorxandan sonra yumşalmışdı?

 

– Mən böyüdükcə o daha da pis olurdu…

 

– Nə mənada?

 

– Tiryək çəkirdi… Mənə də çəkdirib, düşdüyüm vəziyyətdən həzz alır, dostları ilə yığılıb gülür, məni məsxərəyə qoyurdular. Hətta tiryək almağa da məni göndərirdi…

 

– Öz uşaqlarını necə?

 

– Yox, ancaq mən. Onda artıq özününkülər hamısı ailə qurmuşdu. Bir oğlu da evlənib, bizimlə yaşayırdı. O da mənə gülənlərin içində olurdu… Onsuzda o qədər nəzarətsiz, özbaşına idim ki, siqaret çəkirdim. Amma tiryək… Bir dayım qızı var idi, İlhamə. Bakıda yaşayır, arada bizə qonaq gəlirdi. Mən ikinci sinifdə oxuyanda anama dirəndi ki, uşağı məhv edəcəksiniz. İndidən gah tövləyə bağlayırsınız, gah səhər tezdən təpikləyib baqaja basıb aparırsınız ağır işlərdə işləməyə, gah da tiryək arxasınca göndərirsiniz. Anam dedi bəs neyləyək? Dedi, baxa bilmirsiniz, aparın verin dövlət baxsın! “Detdomda” nə qədər pis baxsalar da, hər halda sizdən yaxşı baxacaqlar, bədbəxt etməyəcəklər! Tiryək çəkdirməyəcəklər!

 

***

 

Maya doqquz yaşlı oğluyla, Bakıya gəlib Təhsil Nazirliyini tapdı. Övladını uşaq evinə vermək istədiyini bildirdi. Özü ilə Türkmənistandan gətirdiyi yemişləri hədiyyə verib, “amma bir az tez eləyin, başqa şəhərdən gəlmişəm, geri qayıtmalıyam” dedi…

 

***

 

– Məni uşaq evinə verməkdənsə, ailəmə qaytarsa, daha xoşbəxt olardım. Axı mən kimsəsiz, yetim deyildim ki, uşaq evinə veriləm. Ailəm var idi! Məni sevirdilər, mən də onları sevirdim. Onlar məni həqiqətən sevməsələr onlardan da qaçardım. Hələ də elə hesab edirəm ki, onlar mənim doğma ailəmdir. Ən gözəl duyğuları onların sayəsində yaşamışam…

 

– Ananıza ailənizə qayıtmaq istəyinizi demədiniz?

 

– Yox… O vaxtlar anamla yad kimi idik… Elə o yanına salıb apardı, mən də yanınca getdim… Başqa heç nə…

 

– Necə ayrıldınız?

 

– Ayrılıq mənim üçün çətin deyildi. İndi daha çətindir, nəinki onda. Məni ailəmdən ayıranda, həqiqətən pis olmuşdum. Amma başqa ayrılıqlar vecimə də deyildi. Ağlım kəsəndən o qədər çox ayrılıq yaşamışdım, o qədər az bağlanmağa alışmışdım ki, kimsə üçün darıxmırdım. Necə də olsa, körpəlikdən atılmış insan idim. Qohumlar artıq biri kimi baxırdı. Yox kimi bir şey idim. İstənilməyən övlad olmuşam. Hamıya yük idim. Ana “gələcəm” deyib gedir, bilirsən ki, ya gələcək, ya da heç gəlməyəcək… Önəmli deyildi… Amma uşaq evindəki ilk günlərdən sonra önəmli oldu… İlk dəfə orda oturub düşünmək imkanım oldu ki, mən kiməm…

 

Sabunçu Rayon Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbində ilk gününü belə xatırlayır:

 

– 1993-cü il idi. Tarix dəqiq yadımda deyil, amma hava bir az sərin idi. Dəqiq, qış deyildi… Direktorun yanından bir başa sinfə gətirdilər. Rus dili dərsi idi. Sinifdə yeddi uşaq var idi – iki qız, beş oğlan. Hamısı maraqla gözünü mənə zillədi. Keçib oturdum. Bir az sonra müəllim başladı çağırmağa…

 

***

 

– Tağıyev Xəyal!

 

– …

 

– Tağıyev Xəyal, qalx ayağa!

 

Müəllim yaxınlaşıb qarşısında dayandı:

 

– Niyə cavab vermirsən, ay oğul? Müəllimin səni çağırmır?

 

– Mənimləsiniz?

 

– Bəs sinifdə başqa Xəyal var?

 

– Mənim adım Xəyal deyil, Kakışdır!

 

– Kakış Nədir, ay bala?! Kakış da ad olar? Yəqin oxşadanda elə çağırıblar. Sənin adın sənədlərində Xəyal yazılıb!

 

– Doğrudan?! – Kakış təəccübləndi.

 

– Bəli! Tağıyev Xəyal Haqverdi oğlu!

 

Onu bu günə qədər qohumlar Dəli Haxı, övladlığa verildiyi ailəsi Kakış, anası isə “adamyeyən”, “cin” adlandırmışdı. Bu üç kəlməni – Tağıyev, Xəyal və Haqverdi adını isə ümumiyyətlə, ilk dəfə idi eşidirdi. O bu adamların heç birini tanımırdı. Amma ən çox sonuncu adın üzərində dayandı:

 

– Dediniz kim oğlu?

 

– Haqverdi!

 

– Yoooxx… Xudaverdi – Kakış öz-özünə pıçıldadı. O hələ haqla xudanın hər ikisinin də Allah anlamına gəldiyini bilmirdi…

 

(Davamı olacaq…)

 

P.S. Mən görüşə fotoqrafımız Gülnar xanımla, o isə internat məzunu, fotoqraf Əli Əlizadə ilə gəlmişdi. Fotoların bəzisi Əlinindir.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles