Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

8 min yaşlı balta, sirli yazı, Kutaiside göz yaşları – ƏYALƏTDƏ KİM VAR, KİM YOX

8 min yaşlı balta, sirli yazı, Kutaisidə göz yaşları - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

15/07/2015

15:34


15.07.2015 / 15:27 xeber –

Dedilər, Aşağı Eyyublu kəndində Mübariz adlı bir nəfər öz evində şəxsi tarix-diyarşünaslıq muzeyi yaradıb. Arayıb telefon nömrəsini tapdım, zəngləşib bir axşam görüşdük.

Azərbaycanın ən böyük kəndlərindən sayılan Aşağı Eyyubluda, o cümlədən bu bölgədə Mübariz Zahidoğlunu tanımayan çətin tapılar.

Mübariz bəy bizi geniş mebel mağazasının bir guşəsində sərgilədiyi eksponatlarının yanına apardı. Onun muzeyində bölgənin ən qədim tarixini, orta əsrləri və sovet dönəmini əks etdirən eksponatlar toplanıb.
 

O, bizimlə söhbətə muzeyin ən qədim ekponatı haqda məlumat verməklə başladı:

– Baxın, bu, hansısa nəhəng, qədim bir heyvanın çanaq sümüyünün bir parçasıdı. Sümük artıq əhəngləşmək üzrədi. Yaşını yalnız mütəxəssislər hesablaya bilər, düşünürəm ki, eksponatların arasında ən qədimi budu.

Sonra bizə tünd bənövşəyi rəngdə, tərkibi naməlum möhkəm materialdan hazırlanmış bir piyalə göstərir:

– Məncə, qədimliyinə görə ikinci yerdə bu piyalə gəlir. Bunun hansı materialdan hazırlanması hələ ki sirr olaraq qalır. Təxminən, on min ilə yaxın yaşı olar. Bu ox ucluqlarını göstərə bilərəm. Bunların biri tunc dövrünə aiddi, hardasa, beş, səkkiz min il yaşları var. Tuncdan hazırlanmış bu balta isə tunc dövrünün əvvəllərinə aiddi.

Sonra suyu rahat süzmək üçün ağzı büzülmüş bir küp göstərir:

– Bu küpün də tarixi çox qədimdi. Torpağın üç-dörd metr dərinliyindən tapıldığına görə, düşünürəm ki, yaşı lap çoxdu. Üstündə qeyri-adi naxışlar və bəzək çıxıntıları olduğuna görə, fikirləşirəm ki, bunu mahir bir usta düzəldib. Qədimdə bu cür qeyri-adi əşya düzəltdirən adam yəqin ki, çox zəngin biri imiş. Ona görə bu eksponatın adını “zadəgan küpü” qoymuşam. Çox güman ki, bu, bizə məlum olmayan bir sivilizasiyanın yadigarıdı.

– Mübariz bəy, bu qiymətli əşyalar əsasən hansı bölgələrin tarixini əhatə eləyir?

– Topladığım eksponatlar əsasən öz bölgəmizə aiddi. Bunların tapılma coğrafiyası Kürqırağı hövzələr, dağətəyi və dağ kəndlərimizin əraziləridi.
 

– Bu yerdəki üstü yazılı sal daşı hardan tapmısan? Yenisey abidələrinə bənzəyir.
 

– Bunu da Kür qırağından tapmışıq. Düz deyirsiz, Orxon – Yenisey abidələrini xatırladan bu yazılar çox güman ki qədim türk-runik əlifbasında həkk olunub.
 

– Baxıram, numizmatikliyiniz də var.  Ən qədim pulunuz hansıdı?
 

– Belə demək olar. Topladığım pulların əksəriyyəti rus tarixinin ayrı – ayrı dövrlərinə aid olsa da, onların hamısını öz bölgəmizdən toplamışam. Burda yaşına görə ən qədim pul 1762-ci ildə buraxılmış mis beş qəpiklikdi, çəkisi də yüz qrama yaxındı.
 

– Maraqlıdı, tapılan bu qədim əşyalar, bu bölgədə hansı mədəniyyətin olduğunu sübut edir? Əşyalar üzərindəki simvollar, işarələr sizə nə deyir?
 

– Əvvəla, deyim ki, mən peşəkar mütəxəssis deyil, həvəskar tarixçi olduğuma görə, hər bir tarixi dövrə aid, işarə və simvolları tam dəqiqliyi ilə izah edə bilmərəm. Lakin burada  tapılan nümunələrin böyük əksəriyyəti bu ərazilərdə atəşpərəstliyin geniş formada yayıldığını sübut edir. Atəşpərəstliklə yanaşı və ondan sonra da bu yerlərdə  xristian mədəniyyəti mövcud olub. Baxın, bu xaça. Buna “alban xaçı” deyirlər, ancaq mən bu “alban” məfhumunu qəbul etmirəm. Burada yaşayan xristian inanclı əhali qədim türk tayfaları olub. Fikrimcə, “alban” adlandırılan əhali əslində, elə türklərdi. Yeri gəlmişkən, bizim bu kəndin adı əslində “Aşağı Eyyublu” yox, “Aşağı Alplı”dır.
Eksponatların demək olar, hamısı islamaqədərki dövr nümunələridi, maraqlıdır ki, əcdadlarımızın islamdan sonrakı həyatına aid hələlik heç bir nümunə tapmamışıq.
Bir şeyi də deyim, atəşpərəstlik inancı, mədəniyyəti bu günədək bizim canımızda, qanımızda yaşayır. Yadımdadı, babam həmişə “işığı söndür” əvəzinə “işığı uydur” deyərdi, “işığı söndürmək” ifadəsi ona çox ağır gəlirdi. Yəni, “söndürmək” sözü məhv olma, ölmə anlamına gəlir. İşığı, odu, atəşi öldürməz olmaz. Yatırtmaq, uydurmaq olar. Bu mənada, bizim folklorumuzda, xalqımızın yaddaşında od-ocaq həmişə müqəddəs sayılıb.
Biz hər il Novruz bayramında doğmalarımızın məzarlarını ziyarət edərkən, qəbirlərin üzərinə yanan lopalar taxırıq. Novruz bayramı demişkən, neçə illərdi ki, mən hər Novruz ərəfəsində 20 kq buğdadan hazırlanmış 3 metr uzunluğunda, şam ağacı formasında səməni cücərdirəm. Xristianlarda Milad bayramının simvolu şam ağacıdı, bizim Novruzun – yeni ilin gəlişinin atributu isə səmənidi. Hazırladığımız şam ağacı formalı səməni iki fərqli mədəniyyətin sintezini təmsil eləyir.

– Bəs muzey yaratmaq ideyası haradan ağlınıza gəldi?

– Hardasa, on beş il bundan qabaq kəndə dəmir-dümür alan maşın gəlmişdi, adamlar əllərinə keçən dəmir, mis qabları çox ucuz qiymətə satırdılar. Baxdım ki, paslı dəmir yığınının arasında iki dənə əzik, ancaq gözəl səhəng var. Tez dəmir yığanlara yaxınlaşdım, aldıqları qiymətdən bir az çox pul verib o səhəngləri özümə aldım. Sən demə, bu bir tale işi imiş. Elə həmin gündən qədim əşyaları yığmağa başlamışam. Harda qədim əşya görürdüm, elə bilirdim bir doğmam darda qalıb, onu xilas eləmək lazımdı. Beləcə, dost-tanış, tanıyan-bilən də bu işdə mənə kömək etdi və mən indiyə qədər də qədim əşyalar yığmağa davam edirəm. Ancaq bu muzey belə vəziyyətdə qalmayacaq. Arzum var, kəndimizdən keçən İpək Yolunun üstündə qədim bir oda tikdirib hər bir eksponat üçün rahat guşə ayıram. Burada yığılan hər bir əşya bizim tariximizin bir hissəsidi, biz tariximizi qorumalı və onunla şərəf duymalıyıq. Doğma tarix insana yaşama stimulu, ruh yüksəkliyi və fəxarət verir.

– Doğrudan da siz daxilən çox zəngin, maraqlı bir insansınız…

– Mənim işim təkcə bu deyil ki. Ayda bir dəfə ətrafda yaşayan saz-söz adamlarının məclisini təşkil edirəm. Bir də görürsən, çayxanada oturan adamlara Heydər Əliyevin, Atatürkün, Nuru Paşanın, Ənvər Paşanın, Səməd Vurğunun, Şəhriyarın portretlərini paylayıram. İnsanlara Azərbaycanın, Türkiyənin bayraqlarını hədiyyə edirəm ki, qoy öz dövlətini sevsin, kimliyini unutmasın. Bəzən yol hərəkəti qaydaları yazılan kitabçalar paylayıram ki, sürücülər, piyadalar oxuyub maariflənsinlər. Bu istəklər mənim qanımdan gəlir. Bax, bu burulan mişar var ee, bu babam Hüseyn ağadan yadigardı. Bu mişarla babam Kür çayı üstündə Şəmkirin Qaracəmirli kəndindən Tovuzun Əlimərdanlı kəndinə qədər yeddi yerdə üzən borum inşa eləyib. Kürün bir sahilindən o biri sahilinə keçməyə, mal-qara adlatmağa imkan yaradan belə üzən körpülər, əsasən əkinçilik və maldarlıqla məşğul olan sakinlər üçün əsl həyat körpüsü idi. Bundan başqa babam doqquz metr uzunluğunda bir gəmi də hazırlatdırıbmış.  Gürcüstana gedəndə Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun heykəli önünə gül qoymasam qayıtmıram. Bir dəfə beynimə düşdü ki, mütləq axtarıb qədim Gəncə qapılarını görməliyəm. Xeyli soraqlaşdıqdan sonra məlumat əldə elədim ki, o qapılar Kutaisidədi. Getdim Kutaisi şəhərinə. Kutaisi yaxınlığında 1130-cu ildə inşa edilmiş Gelatski monastrı var, dedilər, qapı ordadı. Getdim gördüm, Gəcə qapısının bir tayını monastrın yanında dəfn olunmuş David Georginin qəbrinin böyrünə söykəyiblər. Üzümü qapıya sürtüb xeyli ağladım. Gürcülər orda mənə dedi, Qurucu David  öləndə vəsiyyət eləyib ki, qapıları qəbrimin yanına asın ki, hər dəfə cırıldayanda səsini eşidim.

– Deyilənə görə, gürcülər bir vaxtlar Gəncədə baş verən zəlzələnin qarışıqlığından istifadə edərək qapıları arabaya yükləyib aradan çıxarıblar. Sonra internetdə oxudum ki, qapının bir tayını hansısa monastrın dam örtüyünə istifadə ediblər.

– Düzdü, mən də qapının birini gördüm. Ancaq harada olmasından asılı olmayaraq o bizim tarixi abidəmizdi. Biganə qalmamalıyıq. Eləyə qalsa “Dədə Qorqud” dastanımızın abidələri də alman muzeylərindədi. Tarixin belə sürprizlərindən incimək düzgün deyil. Bax bu stolun üstündəki abidə Zəyəmin bir mişar daşından yonulub. Bunu kəndlim, heç bir sənət təhsili olmayan Mübariz adlı adaşım yonub. Xocalı soyqırımını öz istedadı ilə daş üzərində əbədiləşdirib. Hər sənət əsərinin bir taleyi var. Ola bilsin bu abidə nə vaxtsa hansısa bir Avropa ölkəsinə aparıla. Yaxud, kim bilir bu tunc balta tiyəsi ilə neçə boyunlar vurulub…

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website