19:42 xeber – Səbail Rayon İcra Hakimiyyəti Həsən bəy Zərdabinin ənənələrini davam etdirən jurnalistləri mükafatlandırıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətində media təmsilçilərilə görüş keçirilib.
İcra başçısı Asif Əsgərov mətbuatın cəmiyyətin həyatındakı rolundan, həmçinin kütləvi informasiya vasitələrilə qurum arasındakı sıx əlaqələrdən də danışıb.
Sonra kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlətin mediaya qayğısını qeyd edib.
Səbail icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində icra hakimiyyəti tərəfindən mətbuatla bağlı görülən işlərə dair hesabatı diqqətə çatdırıb.
Daha sonra Milli Mətbuat Günü münasibətilə 80-dək KİV nümayəndəsinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Mükafat alanlar arasında ANS televiziyasının aparıcısı Xanım Yadigarlı da var. Həmkarımızı kolektivimiz adından təbrik edirəm.
mənbə :
anspress
Şərh yaz.