05:40 xeber – Rusiya Fövqəladə hallar nazirliyinə aid təyyarə Yəmənin münaqişə zonasından 118 nəfəri təxliyyə edib.
Azadlıq.az xəbər verir ki, anspress-in “Tass” agentliyinə istinadən verdiyi xəbərə görə, təxliyə olunan 118 sərnişin arasında azərbaycanlı da olub.
Rusiya FHN təyyarənin “Domodedova” hava limanında uğurlu eniş etdiyini bildirir. Qeyd olunur ki, sərnişinlərdən əlavə təyyarədə tibb işçiləri və qurumun psixoloqları da olub.
Təxliyyə olunanlar arasında 84 nəfər Özbəkistan və Yəmən vətəndaşlarıdır. Sərnişinlər arasında eləcə də 13 Rusiya, 8 Ukrayna vətəndaşı var. Digərləri Tacikistan, Moldova və Efiopiya vətəndaşlarıdır. Münaqişə zonasından çıxarılanlardan 17-si uşaqdır.
Foto: Rusiya FHN
Qeyd edək ki, BMT-nin hesablamasınna görə bu ilin mart ayının sonundan etibarən Yəməndə Husilərlə hökümət qüvvələri arasında münaqişənin genişlənməsi nəticəsində 1,7 min insan həyatını itirib, 3,8 min insan isə yaralanıb.
mənbə :
anspress
Şərh yaz.