Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Əger bu sahede xaos olsa…

Əgər bu sahədə xaos olsa...

16/07/2015

20:56

20:51 xeber – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə müsahibə verib.

ANS PRESS həmin müsahibəni təqdim edir.

İstərdik ki, hamı Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əməl etsin

– Ölkəmiz mübarək Ramazan bayramını qeyd etməyə hazırlaşır. Nazirlər Kabinetinin qərarına əsasən, bayramla bağlı konkret günlər müəyyən edilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən isə Fitr bayramı iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq. Buna baxmayaraq, bayram günü ilə bağlı cəmiyyətdə hələ də ayrı-seçkiliyə səbəb ola biləcək fikirlər yer alır. Bununla bağlı mövqeyiniz necədir?

– Əvvəla, bütün Azərbaycan vətəndaşlarını, bütün azərbaycanlıları və müsəlman bacı və qardaşlarımızı mübarək Ramazan bayramı müsasibətilə təbrik edir, Allahdan oruc və namazları, dualarının qəbul olunmasını diləyirəm.

O ki qaldı Ramazan bayramı günü ilə bağlı məsələyə, bəli, onun fərqli günlərdə olması ilə bağlı çağırışlar, söhbətlər var. Amma biz bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərildiyi vaxtda qılınmasının tərəfdarıyıq. Nazirlər Kabineti tərəfindən iyulun 17 və 18-nin Ramazan bayramı günləri kimi elan edilməsi də normaldır. Bəzi müsəlman ölkələrində hətta 5 gün bayram edirlər. Dövlətin Ramazan bayramını 2 gün elan etməsi vətəndaşlar üçün gözəl şərait yaradır. Bu o deməkdir ki, vətəndaşın bayram namazını qılması ilə yanaşı, istirahət üçün də vaxtı olur. Yeri gəlmişkən, bu il Ramazan bayramı günlərindən biri şənbə gününə təsadüf etidiyindən istirahət günlərinin sayı daha çox olacaq və insanlar ardıcıl 4 gün istirahət edəcəklər. Biz çox istəyirik ki, bayram namazının qılınması da bütün məscidlərdə eyni vaxtda olsun, kimsə iktirəlik salmasın, hamı QMİ-nin fətvasına əməl eləsin.

İmkan vermərik ki, Azərbaycanda təriqətlər və məzhəblər arasında təfriqə yaradılsın

– QMİ Azərbaycanda dini təqvimlər, məscidlərdə namaz vaxtlarının müəyyənləşdirilməsi və dini bayramlarla bağlı fətvaları AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi rəyi əsasında verir. Hətta sizin rəhbərlik etdiyiniz Dövlət Komitəsi tərəfindən də bəyan edilib ki, məscidlərdə buna əməl etməyənlər barəsində ciddi ölçü götürüləcək. Bu il məscidlərdə QMİ-nin Ramazan ayı təqviminə nə dərəcə əməl edildi?

– Azərbaycan dünyəvi, vahid, unitar dövlətdir. Unitarlığın da ən böyük tələbi qanunun ölkə üzrə bütün ərazisinə şamil olunmasıdır. Biz, həm də İslam ölkəsiyik. Bizim dini mərkəzimiz var. Bu, Qafqaz Müsəlmanları İdarəsidir. QMİ-də Qazılar Şurası və Elmi-Dini Şura var. Dinimizlə bağlı müxtəlif məsələlərlə əlaqədar fətvaları məhz QMİ verir. Dini bayramlar, İslam dini ilə bağlı məsələlərlə əlaqədar günlərin müəyyən edilməsi də məhz bu idarənin səlahiyyətinə aiddir. Ona görə də əgər QMİ bir təqvim elan edirsə, Azərbaycandakı bütün məscidlər həmin təqvimə uyğun fəaliyyət göstərməlidir. Digər dini konfessiyalar – yəhudilik, pravoslavlıq, katoliklər və digərlərinin rəhbərləri də öz dinlərinə, təqvimlərinə uyğun fəaliyyət göstərirlər. Məsələn, Pasxa ilə əlaqədar günlər varsa, onu biz müəyyən etmirik, həmin dinin mənsub olduğu mərkəz müəyyənləşdirir və buna əməl edilir.

Ona görə də biz təqvim məsələsini ciddi şəkildə nəzarətə almışıq. Apardığımız monitorinqlər göstərdi ki, elə bir ciddi fərq olmayıb. Hər hansı məscid və ya icmada fərqli gün və ya saatla bağlı addım olubsa da, biz onları xəbərdar etdik. Daha sonra bu cür hallar demək olar ki, müşahidə edilmədi.

Əsas odur ki, bütün məscidlərdə QMİ-nin tərtib etdiyi təqvim qüvvədədir və buna əməl olunur. Məsələn, azan eyni vaxtda verilir, namaz vaxtları eyni vaxtdadır, bayram eyni tarixdə qeyd olunur. Bayram namazının da eyni zamanda olması zəruridir və əminəm ki, buna əməl edəcəklər. İnsan öz evində necə hərəkət edirsə, öz işidir, biz buna nəzarət etmirik. Söhbət məscidlərdən gedir. Məscid dövlət tərəfindən qeydiyyata alınmış və dövlətin qanunlarına əməl etməli olan təsisatdır. Düzdür, Ramazan ayının başlanğıcında bəzi yerlərdə fərqliliklər barədə məlumat əldə etdik. Dərhal bizim yerli şöbələrimiz həmin icmalara, məscidlərə xəbərdarlıq etdilər, onlar da bu təqvimə əməl etdilər və indi də edirlər. Əgər bu sahədə xaos olsa, hərə istədiyi vaxt istədiyini etsə, çox anormal vəziyyət yaranar.

Dünyada İslam dininin yayıldığı ölkələr var və bu ölkələrin hər birinin öz bayramları, İslam ayinləri ilə bağlı təqvimləri var. Hamı da o təqvimə əməl edir. Çox təəssüf ki, İslam aləmində bəzi fərqliliklər də var. Bu fərqliliklərin olması təəssüf doğurur. Amma biz imkan vermərik ki, Azərbaycanda təriqətlər və məzhəblər arasında süni şəkildə təfriqə yaradılsın və kimsə bundan sui-istifadə etsin!

Problemli icmalar

– QMİ-nin təqdimatı ilə Dövlət Komitəsi tərəfindən ölkənin xüsusən şimal-qərb bölgəsində bir sıra məscidlərlə bağlı problemlərin həll olunduğu, bir sıra dini icmanın qeydiyyatının isə ləğv olunduğu bildirilir. Əslində problem nə ilə bağlı idi və onların səbəbləri nə idi?

– İcmaların ləğvi Komitə tərəfindən edilmir. Dini icma qanunvericiliyə zidd hər hansı hərəkət etsə, biz faktları toplayaraq həmin icmanın ləğvi barədə məsələ qaldıra bilərik. Amma bunun üçün məhkəmənin hökmü olmalıdır. Ümumiyyətlə, dini icmalar əsasən iki cür ləğv olunur. Ya icma özünü buraxır, ya da məhkəmə yolu ilə ləğv olunur. İcma bir də o zaman ləğv ola bilər ki, icma üzvləri faktiki fəaliyyət göstərə bilmirlər.

Həmin bölgədə bəzi icmalar var ki, onlara inzibati xarakterli xəbərdarlıqlar edilib. Onların da bəziləri özünü buraxılmış elan edib. Çünki bəzi icmalar da var idi ki, onların fəaliyyəti demək olar, dayanmışdı və bu məsələ də bu cür həll edildi. Bəziləri isə qanunla yenidən qeydiyyatdan keçməlidirlər, amma bunu etməyiblər. Buna görə onlara xəbərdarlıq edilib. Yəni bu, bir günün məsələsi deyildi. Bu proses bir müddət idi ki, davam edirdi. Şeyxülsilam bu məsələni qeyd etmişdi və biz də bunun həlli ilə bağlı üzərimizə düşən vəzifəni yerinə yetirdik.

Boş qalmış məscidlər…

– Ümumiyyətlə, Azərbaycanda nə qədər məscid var və onlardan nə qədərində dini icmalar fəaliyyət göstərir?

– Hazırda ölkəmizə 2050-dən çox məscid var. Lakin burada bir ciddi nüans var. Bəzi məscidlər var ki, fəaliyyət göstərir, lakin hüquqi baxımdan nə QMİ-yə, nə də Dövlət Komitəsinə bağlı deyil. Qaydalara görə, məscid fəaliyyət göstərirsə, orada imam və ya axund QMİ tərəfindən nümayəndə kimi təyin edilməlidir. Eyni zamanda, həmin məsciddə mütləq icma yaradılmalıdır. Azərbaycanda elə məscidlər də var ki, onlar tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyinin, digər qisim məscidlər isə bələdiyyələrin balansındadır. Bəzi məscidlər də var ki, müstəqilliyin ilk illərində tikilib və heç kimin balansında deyil. Hazırda ölkəmizdə dini icması olan 612 məscid var. Rəsmi fəaliyyət göstərən məscidlərin sayı isə 890-a yaxındır. Məscidlər də var ki, orada nə icma, nə də təyinat yoxdur. Lakin bu, nə QMİ-nin, nə də Dövlət Komitəsinin qəbahəti deyil. Sadəcə, bu, həlli zaman tələb edən bir məsələdir. Məscid elə bir yerdir ki, onun fəaliyyətinin dayandırılması məsələsini o zaman irəli sürmək olar ki, məscid dövlətin qanunlarından kənara çıxsın. Lakin məscid ibadət yeridir, ora insanlar gəlir. Əgər ora insanlar gəlib ibadət edirsə, məscidə təzyiq etmək, onu bağlamağa çağırmaq düzgün deyil. Sadəcə işləri qanuniləşdirmək lazımdır.

Biz QMİ ilə birgə sistemli şəkildə məscidlərin həm icmasının olması, həm də orada dini ayinləri icra edən imam, axund təyinatı məsələlərini tədricən həll edirik. Yəni icmalar varsa, onlar məscidin nəzdində yaradılmalıdır. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” yeni qanun qəbul olunana qədər belə olurdu. Amma məscidsiz icmanın olması anormal idi. İndi isə sistem təkmilləşib. İcma məscidə himayədarlıq edən bir qurum deməkdir. Ona görə də bəzi məsələlər var ki, onların üzərində işləyirik. Ölkədə bütün məscidlərdə imam, axund, qazi təyinatı məsələləri həll olunur, eyni zamanda, bütün məscidlərin yanında dini icmaların yaradılması istiqamətində işlər görülür. Fəaliyyət göstərən, amma dini icması olmayan məscidlərlə bağlı tədbirlər görürük.

Bu böyük bir prosesdir. Burada çoxlu kadrlara ehtiyac duyulur. Gərək həmin məscidlərdə təhsilli kadrlar təyin olunsun. Orada ən azı 50 nəfər toplaşmaqla icma yaratsın.

– Elə icma varmı ki, onlar bir neçə məscidə himayədarlıq edir?

– Elə kənd məscidləri var ki, orada əhali çox azdır və ya oradakı insanların əksəriyyəti məscidə getmir. O zaman başqa bir icma həmin məscidə də himayədarlıq edə bilər. Amma əslində hər məscidin öz icması olmalıdır.

Dini icmalara yardım, layihələr və onlara nəzarət

– Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb. Artıq bir müddətdir ki, müxtəlif layihələr çərçivəsində ölkədəki dini icmalara maliyyə yardımı edilir. Bu layihələrin istiqamətləri hansılardır və ayrılan vəsaitin xərclənməsinə nəzarət mexanizmi necədir?

– Dövlət Komitəsində dini icmalara yardımın həyata keçirilməsi üzrə Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiyaya komitə sədrinin 1-ci müavini rəhbərlik edir. Komitənin aparıcı şöbələrinin müdirləri ora daxildir. İcmalar layihəni ilk olaraq Komitənin rayon şöbələrinə təqdim edirlər. Rayon şöbəsi icmanın fəaliyyətini nəzərə alaraq təqdim olunan layihəyə baxır. Müzakirə olunduqdan sonra layihə şöbənin təqdimatı ilə Qiymətləndirmə Komissiyasına təqdim olunur. Komissiya üzvləri layihəni bir daha müzakirə edərək ona vəsait ayrılmasının məqsədəuyğun olub-olmadığına dair rəy verirlər. Daha sonra sədr tərəfindən təsdiq olunan layihə üzrə icma ilə DQDİK arasında razılaşma sənədi imzalanır, öhdəliklər götürülür. Öhdəliklərdən biri də maliyyə hesabatının verilməsidir. Layihələr 3 aylığına verilir. Ona görə də icma hər ay görülmüş işlər barədə Komitəyə maliyyə hesabatı verir.

Layihələr və həyata keçirilən tədbirlər regionlar nəzərə alınaraq müxtəlif xarakterlidir. Onların icrasına nəzarət mexanizmi isə belədir ki, bizim şöbələrin nümayəndələri həmin layihələrdə iştirak edirlər. Bunun üçün bölgələrə ezam olunurlar. Eyni zamanda, yerli şöbələrin nümayəndələri tədbirlərə qatılırlar. Layihələr çərçivəsində gənclərlə görüşlər keçirilir, müxtəlif tədbirlər təşkil olunur, maarifləndirici çap məhsulları hazırlanır, insanlara kiçik hədiyyələr verilir. Təbii ki, burada başlıca hədəfimiz maarifləndirmədir. Maarifləndirmədə ekspertlər də iştirak edirlər.

Artıq onlarla icmaya yardım ayrılıb. Ramazan ayı ərzində həyata keçirilən layihələrdə iftar süfrələrinin açılması üçün müəyyən məbləğin ayrılmasını nəzərdə tutan bənd əlavə edilib. Bundan başqa, maarifləndirici iftar süfrələri açmaq üçün 20-25 icmaya vəsait vermişik və onlar da icra olunur. Bu layihələrin effekti olduqca böyükdür. Ora toplanan insanlar müzakirələr aparır, eyni zamanda, onların diqqətinə müxtəlif məsələlər, əsas da ənənəvi islami dəyərlərimiz və dövlət maraqlarımız çatdırılır. Cənab Prezidentin imzaladığı sərəncamda nəzərdə tutulan məsələlər də həmin layihələrdə tam əksini tapıb.

Həmin vəsaitin bir qismi – 400 min manat isə qeyri-islami dini icmalara – pravoslav, katolik, yəhudi dini icmalarına ayrılıb. O vəsaitlər də icmalara layihələr əsasında təqdim olunub.

Sorğu mərkəzi

– Sizin Türkiyə səfərindən sonra DQİDK-nın nəzdində insanların dini sahədə suallarının cavablandırılması üçün “Sorğu mərkəzi” formasında bir mərkəz yaratmaq planlarınız vardı. Bununla bağlı işlər hansı mərhələlədir?

– Hazırda Komitədə “qaynar xətt”imiz fəaliyyət göstərir və istənilən vətənaş ora müraciət edə bilər. Amma Türkiyədə gördüklərimiz tamam başqa bir təsisat idi. Oraya müraciət edənlər dini bilgilər, müəyyən məsləhət və tövsiyələr ala bilirlər. Biz Azərbaycanda da bu təsisatın yaradılmasını istəyirik. Vətəndaş internetdə, televiziyada, kitablarda da maraqlandığı dini mövzu ilə bağlı məlumat əldə edə bilər. Lakin onu ani olaraq hansısa məsələ maraqlandıranda və ya oxuduğu kitabda nəyisə anlamayanda, o zaman həmin mərkəzə müraciət edə və hər şeyi özü üçün aydınlaşdıra bilər. Lakin bu, bir az xərc tələb edən bir məsələdir. Eyni zamanda, bunun üçün ayrıca bina, texnika, ən əsası, lazım olan mütəxəssislər olmalıdır. Yəni bu, çox gözəl ideyadır, amma onun reallaşması üçün mütləq maddi dəstək, təminat da olmalıdır. Əlbəttə ki, bizim ölkəmizin imkanları genişdir. Sadəcə zamana uyğun olaraq, bunun üçün müəyyən məsələləri həll etmək lazımdır.

Məzarlıqlarda dinimizə, mentalitetimizə uyğun vahid bir sistem yaradılmalıdır

– Son dövrlər müzakirə edilən məsələlərdən biri də qəbiristanlıqla bağlı problemlərin aradan qaldırılması üçün real həyata keçirilən bilən qanunvericilik bazasının yaradılmasıdır. Bununla bağlı qanun layihəsinin Milli Məclisdə nə zaman müzakirəyə çıxarılmasını gözləmək olar?

– Ölkədə qəbiristanlıqlar və dəfn mərasimləri ilə bağlı sahənin hüquqi tənzimlənməsində müəyyən problemlər və ziddiyyətlər mövcuddur. Ölkə əhalisinin ictimai rəyinin öyrənilməsi üzrə aparılmış araşdırmalar və müşahidələr, eyni zamanda, Dövlət Komitəsinə daxil olmuş çoxsaylı müraciətlər bir daha göstərir ki, bu sahənin tənzimlənməsi üçün normativ hüquqi aktın qəbul olunması artıq zamanın tələbinə çevrilib. Bununla bağlı qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir. Dövlət Komitəsi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə “Qəbiristanlıqların yaradılması, onların idarə olunması və dəfn və məzarların qeydiyyatı haqqında” qanun layihəsi hazırlayıb. Layihə Nazirlər Kabinetinə təqdim olunub. Orada müəyyən düzəliş və təkliflər irəli sürülüb, daha sonra Prezident Administrasiyasının müvafiq şöbəsində hüquqi ekspertizadan keçib.

Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər yer alıb. Mən çox istərdim ki, bu qanun qəbul olunsun. Bizdə məzarlıqlarda dinimizə, mentalitetimizə uyğun vahid bir sistem yaradılmalıdır. İndi sadəcə ekspertlər toplaşaraq bir daha layihəyə baxmalıdır. Daha sonra sənəd parlamentə təqdim olunacaq. Böyük ehtmalla qanun layihəsi bu ilin payızında Milli Məclisin müzakirəsinə çıxarılacaq.

mənbə :
anspress




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles