10 Oktyabr, 2018 12:36 xeber – ekologiya/sabah-olan-hava-proqnozu-aciqlanib09/”
class=”nc-exp-icon-wrap”>
Sabah olan hava proqnozu açıqlanıb
10 Oktyabr, 2018 12:36
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
mənbə :
Report.az