Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Siyavuş Novruzov: “Almaniya onları divara direyib gülleleyecekdi” – MÜSAHİBƏ

Siyavuş Novruzov: “Almaniya onları divara dirəyib güllələyəcəkdi” - MÜSAHİBƏ

18/07/2015

10:54


18.07.2015 / 10:52 xeber –

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsi

 

– Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışında verdiyi mesajları necə qiymətləndirirsiniz?

 

– Prezident müşavirələrdə, Nazirlər Kabinetinin iclaslarında, forumlarda, müxtəlif tədbirlərdə görülən işlər, aparılan xarici siyasət, daxildə həyata keçirilən islahatlar barədə cəmiyyəti məlumatlandırır. O cümlədən Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həlli mexanizmi, müxtəlif dövlətlərin bizə münasibəti, Azərbaycanın apardığı işlər ictimaiyyətə çatdırılır. Son iclasda da prezident bir məsələni ortaya qoydu. Dövlət başçısının çıxışında hər bir vətəndaşı düşündürən, hamının müzakirə etdiyi məsələlər barədə daha artıq məlumatlı olması, neqativ halların göstərilməsi, o cümlədən bu problemlərin həlli yolları ilə bağlı aidiyyəti strukturlara tapşırıq verməsinin şahidi olduq. Bu onu göstərir ki, prezidentin nəbzi bilavasitə Azərbaycan xalqı, vətəndaşı ilə vurur. Hər bir çıxışında da əsas istiqamət ondan ibarətdir ki, bütün yaranan, qurulan, istifadəyə verilən müəssisə, park, məktəb, xəstəxana cəmiyyətə, insana xidmət etməlidir. Yəni vəzifəli şəxs vəzifəyə təyin olunursa, ona görə təyin olunub ki, insanlara xidmət göstərsin. Təyin olunmur ki, insanlara problem, dövlətlə insanlar arasında bir uçurum yaratsın. Vəzifəyə təyin olunan şəxs problemləri həll etməli, üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Prezident çıxışında o baxımdan istər daxili siyasətlə, konkret olaraq ayrı-ayrı sahələrlə, məsələn, turizm, aviabiletlərlə bağlı məsələni qeyd etdi.  Eyni zamanda çıxışında insanları narahat edən dərmanların həm keyfiyyəti, həm qiyməti, həm həkimlərin xəstələrə dərmanlar təyin edərkən sui-istifadə hallarına yol vermələri məsələlərinə toxundu. Dövlət başçısı ipoteka kreditlərinin verilməsi məsələsi ətrafında da geniş dayandı. Biz parlamentdə dövlət büdcəsini müzakirə edərkən ipoteka üçün 30-40 milyon manat ayrılması əksini tapırdı. Prezidentin göstərişi ilə birbaşa bu sahəyə 200 milyon manat ayrılması çox sayda Azərbaycan gəncinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsini ortaya qoydu. Hazırda ipoteka şərtləri elədir ki, çox insan –gənc müəllimlər, həkimlər bundan yararlana bilmir, əmək haqları buna imkan vermir. Bu baxımdan şərtlərin yüngülləşdirilməsi, sadələşdirilməsi və hər bir vətəndaşın ipotekadan istifadə etmək hüququ əldə etməsi çox vacib amillərdən biridir.

 

– Dövlət başçısı çıxışında xarici siyasətlə bağlı məsələlərə də toxundu. Bu çıxış hansı nəticələrə gəlməyə əsas verir?

 

– Prezident çıxışında ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ədalətsiz mövqeyi, ölkənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən, xalq-iqtidar birliyindən narahat olan qüvvələrin, erməni lobbisinin fəaliyyətinə toxundu. Erməni lobbisinin Azərbaycanda olan “beşinci kalon”unun nümayəndələri ayrı-ayrı siyasi partiyalarda və QHT-də birləşib, öz millət və dövlətlərinə qarşı siyasət aparırlar.  Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edib, bu Oyunlar çox möhtəşəm keçib, yüksək təşkilatçılıq ortaya qoyub. Bu, bəzi ölkələri narahat edir. O cümlədən hüquqi əsası olmayan, heç bir beynəlxalq hüquq prinsiplərinə söykənməyən ölkələri parlamentlərinin Azərbaycan haqqında qərar qəbul edib. Dövlət başçısı da çıxışında bu məsələlərə də toxundu. Almaniya Bundestaqı ancaq alman xalqının rifahı, bu xalqın hər hansı probleminin həlli ilə bağlı qanun qəbul edə, müzakirə apara bilər. Bundestaqın başqa bir dövlətin daxili işinə qarışması, başqa bir dövlətin məsələsini müzakirə etməsi doğurdan da gülüş doğurur. Hətta BMT Təhlükəsizlik Şurası ən ali orqandır, bu qurumun qəbul etdiyi qətnamələr belə yerinə yetirilmir. Məsələn, Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edilib, bu qətnamələr yerinə yetirilmir. Bəzi hallarda BMT-nin icazəsi olmadan ayrı-ayrı dövlətlər başqa dövlətlərin ərazisinə müdaxilə edir, işğal edir, BMT bu dövlətlərin ərazilərinin işğaldan azad edilməsi barədə qərar verə bilmir. Yaxud Avropa Şurasının özünün əvvəl qəbul etdiyi qərarlardan geri çəkilib tam ədalətsiz, hüquqa, Avropa prinsiplərinə, dəyərlərinə zidd, ümumiyyətlə, Avropa Şurasının yaranmasından indiyə qədər analoqu olmayan bir qərar çıxarması artıq o təşkilatların deqradasiyaya uğramasının nümunəsidir. Bu, artıq onların tərəfsiz yox, tərəfli olmalarının göstəricisidir. Dövlət başçısı da bunları vurğuladı.      

    

– Belə yanaşmalar da var ki, prezidentin bu çıxışı Azərbaycanın xarici siyasət kursunda bir dəyişiklikdir. Siz necə dəyərləndirirsiniz?

 

– Əslində bu, dəyişiklik deyil, Azərbaycanın mövqeyi həmişə belə olub. Azərbaycan həmişə öz haqq işini müdafiə edib. Prezident həmişə bütün mötəbər tədbirlərdə, forumlarda, dövlət başçıları ilə görüşlərdə Azərbaycanın mövqelərini, maraqlarını müdafiə edib. Bu baxımdan Azərbaycanın apardığı xarici siyasət bərabər tərəfdaşlıq siyasətidir. Azərbaycan hər bir dövlətlə qarşılıqlı münasibət, bərabər hüquqlar əsasında əlaqə qurur. İstənilən dövlətin əhalisi, ərazisi, iqtisadi gücü, hərbi imkanından asılı olmayaraq o da, Azərbaycan da dövlətdir. Hər bir dövlətin BMT-də bir səsi var, səsləri bərabərdir. Bu baxımdan Azərbaycan da bu siyasəti  aparır. İkincisi, Azərbaycan çalışır ki, Ermənistan istisna olmaqla bütün qonşuları ilə normal münasibətlər qursun. Azərbaycan heç bir dövlətin maraqlarını, siyasətini yerinə yetirəsi deyil. Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, baxmayaraq ki, bununla bağlı ayrı-ayrı dövlətlər tərəfindən Azərbaycana nə qədər təzyiqlər var. Azərbaycan bu gün öz qazının Avropa məkanına çıxarılması, Şərqi Avropanı və Qərbi Avropanın bir hissəsini qaz asılılığından azad etmək üçün addımlar atdı. Amma bunun ekvivalentinə Avropa nə edib? Avropa dini, milli ayrı-seçkilik, paxıllıq, gözü götürməməzlik siyasəti həyata keçirib. Hələ bir dəfə də Ermənistandakı vəziyyətAvropa Şurasında müzakirəyə çıxarılmayıb. Baxmayaraq ki, Ermənistandakı seçkilərdə namizədlərin biri güllələndi, digər namizədlərə qarşı təqiblər, təzyiqlər var, seçkilərdə ikili pasportlarla səsvermələr gedir. Avropa Şurasında bunu gizlin saxlayırlar, bizim deputatlar bu məsələni qaldıranda deyirlər ki, gəlin bu məsələyə toxunmayaq. Azərbaycanda heç nə olmadan insan hüquqları və digər məsələlərlə bağlı fəaliyyətə başlayıblar. Hər bir insan törətdiyi cinayətə görə məsuliyyət daşıyır və buna cavab verməlidir. Kimliyindən, partiya mənsubiyyətindən, peşəsindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir, məsuliyyətini daşımalıdır. Dünya ölkələrində, Avropanın özündə, ABŞ-da da ən ağır cəza Vətənə xəyanət və vergidən yayınmadır. Azərbaycanda həbs edilənlərin böyük əksəriyyəti də bu cinayətlərlə bağlı maddələrin birini yox, bir neçəsini pozublar və Cinayət Məcəlləsinin ən azı 8, 9, 10 maddəsi ilə ittiham olunurlar. Həm də bilavasitə əməl var. Məsələn, deyirdilər ki, Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. Bəlkə Azərbaycanda kimsə gəlib mənə deyər ki, o, bir tədbir keçirib, orada iştirak edib? Kimə sual vermişəm, deyiblər ki, biz o insanın Azərbaycanda keçirdiyi tədbirin şahidi olmamışıq. Azərbaycandan kənarda da tədbir keçirməyib. Deyirlər ki, Emin Hüseynovun bir ofisi olub, oradan da çayxana kimi istifadə edib, yığışıb orada çay içib, dağılışıblar. Ancaq ona ayrılan 1,5 milyon dollar hansı məqsədlərlə istifadə edilib? Hələ bir başqa dövlət onun üçün 160 min dollar ödəməklə Azərbaycandan çıxması üçün addım atıb. Sual olunur, özün görürsən ki, bu, cinayət törədib, vergidən yayınıb. Emin Hüseynovun vergidən yayınması məsuliyyətini həmin dövlət öz üzərinə götürür və 160 min dollar ödəyir ki, bu, məsuliyyətdən yaxa qurtarsın. Bəs öz ölkəndə belə bir hal olsa və vətəndaşın bu əməli törətsə, hansı addımları atarsan? Azərbaycandan çıxan kimi də bunu CNN-ə, BBC-yə çıxarırlar. Bu, nədir? Haqsızlıq, ədalətsizlik, qanun pozana yaşıl işıq yandırmaq, digərlərini də qanunu pozmağa, iğtişaş törətməyə, verilən qrantların mənimsənilməsinə, düzgün olmayan istiqamətdə xərcləməyə yönəltməyə, ayrı-ayrı siyasi partiyaların, qəzetlərin maliyyələşməsinə yönəltməyə sövq edirlər. 

 

Xatirimdədir, bir dəfə Almaniyanın Azərbaycandakı səfiri demişdi ki, kütləvi iğtişaşlarda iştirak edən, polisə qarşı müqavimət göstərən, vətəndaşların şəxsi əmlakına zərər vuran tələbələr universitetlərdən kənarlaşdırılacaqsa, Almaniya dərhal onu öz universitetlərinə qəbul edəcək. Bu, nə deməkdir? Artıq buradan bu ölkələrin mövqeləri bəllidir. Yəni belələrini şirnikləndirməklə anti-dövlət mövqeyinə, Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi pozmaq yoluna təhrik, cəlb edir, yönəldirlər. Yaxud cinayət törətmiş şəxsi azad etməyi tələb edirlər. Biz hüquqi dövlətdən danışırıq, məhkəmə keçirilməlidir. Əgər məhkəmə ədalətsiz qərar çıxarırsa, bu qərardan yuxarı instansiya məhkəməsi, Avropa Məhkəməsi var. Avropa Məhkəməsi birinci instansiya məhkəməsi qərar çıxarmamış, istintaqın getdiyi anda bəyanat verir ki, filankəslər dərhal azadlığa buraxılmalıdır. Sən tədqiqat aparmırsan, bəlkə bu özü boynuna alıb, bundan məlumatın yoxdur. Hansı əsasla deyirsən ki, onlar azadlığa buraxılmalıdır? Məsələn, Leyla Yunus və Arif Yunus Azərbaycan dövlətinin icazəsi olmadan üçüncü ölkənin ərazisi vasitəsi ilə gizlin şəkildə Azərbaycana düşmən olan və müharibə apardığı bir dövlətin ərazisinə keçib. Hesab edin ki, Böyük Vətən Müharibəsində Almaniyadan bir dəstə SSRİ-nin ərazisinə keçir, DTK-nin nümayəndələri ilə görüşür və geri qayıdır. Almaniya o insanlar haqqında hansı qərarı qəbul edəcəkdi? Almaniya o insanları divara dirəyib güllələyəcəkdi. Azərbaycan çox böyük humanistlik göstərir, indi güllələnmə yoxdur, onları istintaqa cəlb edir. Gedib Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, ayrı-ayrı kəşfiyyat orqanlarının nümayəndələri ilə görüşürlər. O da nəzərə alınmalıdır ki, Leyla Yunus vaxtilə Azərbaycan Müdafiə Nazirliyi sistemində çalışıb, Azərbaycanın cəbhədə strateji mövqeləri də dəyişməyib, həmin yerindədir, orduların yerləşməsi, hərbi obyektlər və digər məsələlər var. Belə olan halda Azərbaycan nə etməlidir? Leyla Yunusa əlavə mükafat verməlidir ki, yaxşı edib Ermənistana getmisən? Bu qədər ədalətsiz yanaşma var. Konkret istənilən insanla bağlı Avropa nümayəndələri ilə oturaq, faktlarla məsələni izah edək. Onların ölkəsində bu hadisə baş versə, hansı addımları atardılar, biz də o addımları atdıq.             

         

– Son nəticə olaraq Azərbaycan Avropa strukturlarına inteqrasiyanı dayandıracaq, məsələn, Avropa Şurasından çıxacaq və Avropa İttifaqı, Avropa dövlətləri ilə ikitərəfli münasibətlərmi quracaq? 

 

– Azərbaycan bütün Avropa strukturları ilə əməkdaşlıq edir. Avropa Birliyi ilə Azərbaycanın ticari dövriyyəsi 20 milyard dollardan yuxarıdır. Son vaxtlar Avropa Birliyinə üzv olmaq üçün müraciət edən Ukrayna və digər dövlətlərin hamısının birlikdə Avropa Birliyi ilə Azərbaycan qədər ticari dövriyyəsi yoxdur. Yəni bizim ikitərəfli münasibətlərimiz çox yaxşıdır. Amma aranı qarışdıran, erməni lobbisinin pulu vasitəsi ilə tutulan siyasətçilər, qatı xristianlıq, dini ayrı-seçkilik mövqeyindən yanaşanlar, Azərbaycanın inkişafını gözü götürməyənlər var və təbii ki, bunlar da suyu bulandırırlar. Azərbaycan Avropa Şurasına daxil olanda ora məktəbə, dərs oxumağa getməmişdi.  Azərbaycanın özünün kifayət qədər dəyərləri var. Azərbaycanda opera olanda o ölkələrdə heç orta məktəb yox idi. Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçki hüququ veriləndə bir çox ölkələrdə 1960-cı illərə qədər qadınların belə hüququ yox idi. Azərbaycanda irqi, dini ayrı-seçkilik olmayıb. Azərbaycanın kökü, keçmişi, dünəni, bu günü və gələcəyi var. Azərbaycan bu əsasda öz inkişafını təmin edir. Bu o ölkələrin bizə ehtiyacı var. Tutaq ki, Almaniyadan “Mercedes” alıram,  gedib Cənubi Koreyadan, Yaponiyadan avtomobil alıram. Yaxud texnologiyanı buradan yox, oradan alıram. Dünya bir qütblü, tək Avropadan ibarət deyil ki?! Dünyanın böyük hissəsi başqa tərəfdədir və çox ciddi şəkildə də inkişaf edir. Avropa isə deqradasiyaya gedir. Yunanıstana baxın, əgər məşğul olansınızsa, Yunanıstanla məşğul olun. Avropanın ən qədim dövlətlərindən biri iqtisadi böhranla üzləşib, bu, Avropanın apardığı siyasətin nəticəsidir.  Vaxtında lazımi addımlar atılsa idi, bugünkü vəziyyətə gəlib çıxılmazdı. Amma Azərbaycan heç bir dəstək olmadan, heç bir yerdən – nə Dünya Bankından, nə Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı almadan inkişaf edir.

 

Hər bir xalqın özünün mənəvi və milli dəyərləri var, bu proseslər milli-mənəvi dəyərlərin qorunub saxlanması üzərində qurulmalıdır. Avropanın hansısa bir tələbi bizim qarşımıza qoyulsa, onu yerinə yetirməyəcəyik. Götürək Böyük Britaniyanı, Avropa Birliyinin üzvüdür, Şengen zonasına daxil deyil, avro zonasına daxil deyil, öz pul vahidindən istifadə edir. Deyir ki, bu, mənim milli-mənəvi dəyərimdir, dövlətimin siyasətidir. Yaxşı, Böyük Britaniyaya olar, bizə olmaz? Azərbaycanın da öz milli-mənəvi dəyərləri, öz xüsusiyyətləri var, bunlar qorunub saxlanılıb gələcək nəsillərə ötürülməlidir. Belə qurma oyunlarla Azərbaycanın təbii sərvətlərindən güzəştlə istifadə etmək istəyənlər var, xarici firmaların Azərbaycanda çalışmasına münbit şərait yaratmaq istəyənlər var və həmin firmalar müəyyən siyasətçilərin arxasında dayanır. Təbii ki, biz də bu məsələdə Azərbaycan xalqının maraqlarını müdafiə edirik, başqa məsələ ola bilməz.      

 

– Yeri gəlmişkən, prezident çıxışında sahibkarların üzləşdikləri təzyiqlərə toxundu, ayrı-ayrı icra qurumlarının, hüquq-mühafizə orqanlarının sahibkarlara “krışalıq” etdiyini bildirdi. Bundan sonrakı dövrdə sahibkarlığın inkişafı istiqamətində hansı addımların atılması gözləniləndir?

 

– Sahibkarlara ciddi şəkildə dəstək verilməlidir. Sahibkarları sıxıb, sıxışdırıb sahibkarlığı boğmaq olmaz. Prezident İlham Əliyev bütün prezidentliyi dövründə keçirdiyi müşavirələrdə, iclaslarda sahibkarlığa kənar müdaxilələrin qarşısının alınması ilə əlaqədar tapşırıqlar verib. O baxımdan Azərbaycanda kifayət qədər ciddi sahibkarlıq sistemi formalaşıb. Lakin görürsən ki, köhnə düşüncədən, təfəkkürdən hələ uzaqlaşa bilməyən insanlar var. Bu gün sahibkarlar üçün qapılar açılmalıdır. Məsələn, sahibkar bir iş qurmaq istəyirsə, onun üçün şərait yaradılmalıdır. Əksinə, sahibkarın qarşısına baryerlər qoyulmamalıdır. Çünki sahibkar rayonda hər hansı müəssisə tikirsə, açırsa, fermer təsərrüfatı yaradırsa, orada xeyli sayda sakin çalışacaq, vergilər ödənəcək. Hər bir sahibkarın özünün sosial fondu da var ki, bu fonddan rayonun abadlığı, əlillər, kimsəsizlər, şəhid ailələrinə dəstək verilməsi istiqamətində də istifadə edəcək. Əgər bir rayonda 20, 30 sahibkar fəaliyyət göstərirsə və onlar üçün şərait yaradılırsa, artıq rayonda olan bir sıra problemlər dövlət büdcəsi hesabına deyil, o sahibkarların köməyi, dəstəyi nəticəsində həll olunur. Yəni ağlı, düşüncəsi olan və bunu dərk edən insanlar sahibkarlar üçün şərait yaradılmalıdır. Yadımdadır, vaxtilə Rusiyadan, başqa ölkələrdən insanlar gəlirdilər ki, investisiya qoysunlar, kəskin şəkildə qarşısını alırdılar, soruşurdular ki, burada mənim payın nə qədər olacaq? Təbii ki, bunlar aradan qalxdı. Amma müəyyən yerlərdə yenə bu problemlər var və aradan qalxmalıdır. Sahibkarlarla işləyən orqanlar da onları sıxışdırmamalıdırlar. Sahibkar belədir ki, maliyyə onundur, sıxışdıracaqsansa, qapını bağlayacaq, gedib başqa ölkədə müəssisə açacaq. İndiki zamanda istənilən dövlət istəyir ki, ölkəyə investisiya qoyulsun. Ona görə də biz sahibkarımızı niyə didərgin salmalıyıq? Sahibkar üçün elə bir şərait yaratmalıyıq ki, o, həm qazansın, həm də gəlirinin bir hissəsini ölkəsinin mənafeyi naminə sərf etsin.       

         

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles