15:43 xeber – Azərbaycan Milli Məclisinin daxili nizamnaməsinə müvafiq olaraq deputatlar tətilə buraxılıblar.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, parlament üzvlərinə məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib. Bu, “Deputatın statusu haqqında” qanuna əsasən reallaşdırılır.
Parlamentin rəhbərliyi və deputatlar
Maraqlıdır ki, onlara təqribən bir ay yarım üçün verilən müavinət pulu o qədər də az deyil və həmin rəqəm 300-400 manat maaş alan bir insanın illik gəliri qədərdir.
MM üzvlərinə verilən müavinətlər.
Xatırlatmaq yerinə düşər ki, Milli Məclis bu il mayın 29-da yaz sessiyasını başa çatdıraraq tətilə çıxmışdı.
Parlamentin sədri Oqtay Əsədov Milli Məclisin ötən sessiyadan indiyədək olan dövrdəki fəaliyyəti haqqında danışıb, parlamentin yaz sessiyasının uğurlu keçdiyini xatırlatmışdı.
Milli Məclisin iclas zalı
O bildirmişdi ki, yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub. Bu müddət ərzində 70-dək nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub. İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə bağlı elan olunmuşdu.
Lakin parlamentin növbədənkənar iclasları, bəzi komitələrin iclaslarına görə deputatlar iş başında olublar. Amma indi deputatların tətil müddəti avqustun 30-da başa çatacaq.
Nizamnaməyə uyğun olaraq, Milli Məclisin payız sessiyası hər il oktyabrın əvvəlində işə başlayır.
Amma bu ilin oktyabr-noyabr aylarında Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi gözlənilir.
Azərbaycan parlamentinin binası
mənbə :
anspress
Şərh yaz.