16:12 xeber – Dörd il əvvəl silahlı basqına məruz qalaraq başından ağır yaralanan və uzun müddət ölümlə mübarizə aparan İbrahim Tatlısəs zirehli avtomobilində silah gəzdirir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sənətkar dünən axşam eks həyat yoldaşı Dərya Tuna üçün Etilerdə təşkil edilən doğum günü məclisinə qatılıb. Sürpriz gecəni oğlu İdo Tatlıseslə birlikdə təşkil edən İbo Tunanı çox duyğulandırıb. Dostları ilə əylənən Dərya Tuna məclis boyu çox şən olub.
Tatlısəs məkandan gecə yarısı çıxıb. İbrahim Talısəsin yanında mühafizəçiləri olmasına baxmayaraq, İdo atasından qabaq qaçaraq avtomobilin qapısını onun üçün açıb və hazır vəziyyətdə gözləyib.
Usta sənətçi kənarda dayanan pərəstişkarlarını görüncə onlara səslənərək belə deyib: “Hamınızın bayramını təbrik edirəm. Allaha şükür, hər şey qaydasındadır və yaxında sizlərlə olacam”.
Avtomobilində məruz qaldığı silahlı basqından sonra Türkiyə və ABŞ-da uzun müddət əməliyyatlar keçirən və müalicələr alan məşhur sənətçinin avtomobilindəki detal diqqətlərdən yayınmayıb.
Yaşadığı dəhşət İbrahim Tatlısəsi mühafizə məsələsində daha həssas edib. O, avtomobilinə mindikdə ayağının altında olan silahla hər kəsi şok edib.
Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.
mənbə :
anspress
Şərh yaz.