Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Menimle zarafat edirler ki, acqarına daha yaxşı netice verirsiz” – PRESSİNQ

“Mənimlə zarafat edirlər ki, acqarına daha yaxşı nəticə verirsiz” – PRESSİNQ

23/07/2015

15:16


23.07.2015 / 15:13 xeber –

Georgi Nikolov: “İşimi soyuq başla, amma isti ürəklə görürəm”

 

 

Lent.az-ın “Pressinq” layihəsinin növbəti qonağı Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovdu. Bolqarıstanlı futbol adamı Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “İnter” – “Hafnafyordur” matçından öncə redaksiyamıza gələrək, oxucuların ona ünvanladığı sualları cavablandırdı.

 

Samir Salmanov:

– Səfərdə keçirilən ilk görüşdə “Hafnarfyordur”a qalib gələn “İnter”dən bu gün hansı nəticəni gözləyirsiz?

– Düzdü, səfərdə qalib gəlmişik. Amma arxayınlaşmaq olmaz. Bu gün də qələbə qazanmalıyıq. İnanıram ki, “İnter” bunun öhdəsindən gələcək.

 

Namiq Sadıqov:

– Albaniyanın “Laçi” klubu ilə cavab oyunundan sonra ağladınız, Azərbaycan bayrağı ilə meydanda dövrə vurdunuz. Halbuki sizi heç vaxt belə görməmişdik. Həmin hal bir də nə vaxtsa təkrarlana bilərmi?

– Bu, gərginlikdən sonra gələn sevinc göz yaşları idi. Heç kimə sirr deyil ki, hazırda çətin günlərimizi yaşayırıq. Həmin vaxt gün ərzində təxminən 12 saat iş başında olurdum. Bu yüklənmə insanın əsəblərinə təsir edir. Kənardan necə başa düşüldüyünü bilmirəm. Amma həmin göz yaşları emosionallıqdan irəli gələn göz yaşları idi. 10 ildi ki, Azərbaycanda yaşayıram və özümü sizlərdən biri hesab edirəm. Təntənəmi, qələbə sevincimi təbii ki, Azərbaycan bayrağı ilə dövrə vurmaqla qeyd etməliydim. Prinsipcə, soyuqqanlı insanam, emosiyam azdı. Adətən işimi soyuq başla, amma isti ürəklə görürəm (gülür). Lakin bu dəfə özümü saxlaya bilmədim.

 

Orxan Babayev:

– “İnter” maddi vəziyyəti yaxşı olanda Avrokubokda ən yaxşı halda, 1 mərhələ keçirdi. İndi isə ikinci mərhələni də keçməyə yaxınsız. Niyə komanda bunu pullu vaxtlarında edə bilmirdi?

– Bu bəlkə də pulla bağlı deyil. Ola bilsin, səbəbi psixoloji durumla, oyunlara köklənmə ilə əlaqədardı. Burda penalti seriyasının da rolu olub. Yəqin xatırlayırsız, biz neçə dəfə – yunanlar, isveçlilər, polyaklara penaltilər seriyasında uduzduq. Çox şadam ki, komanda indiki vəziyyətdə də özündə güc tapır və imkanlarını, potensialını meydanda göstərir. Bəziləri mənimlə zarafat edir ki, acqarına daha yaxşı nəticə verirsiz. Hər halda, fakt faktlığında qalır, nə deyim? (gülür).

 

Yalçın Bayramov:

– “İnter” hazırkı vəziyyətində də baş məşqçi postuna əcnəbi məşqçi gətirdi. Klubun bu strategiyası nə ilə bağlıdı? Niyə yerli məşqçilərə güvənmirsiz?

– Kaxaber Sxadadze komandadan gedəcəyini açıqlayanda biz axtarışlara başladıq. Həmin vaxt Marino Pusiçi gətirmişdik, ancaq son 6 ay ərzində maddi cəhətdən xoşagəlməz vəziyyətlə üzləşdik. Buna görə də, onu baş məşqçi postuna gətirəsi olmadıq. Gizlətməyəcəm, həmin vaxt bir neçə azərbaycanlı məşqçi ilə danışıq apardım. Adlarını çəkmək istəmirəm, çünki özləri belə istəyirlər. Hamısı ilə şəxsən özüm danışdım. Amma sonra təklifdən imtina etdilər, çünki “İnter”in özünün yaşayacağına inam qalmamışdı. Daha sonra Zaur Svanadzeyə müraciət etdim. Bilirsiz ki, o, Kaxaber Sxadadzenin köməkçisi idi. Bizim üçün ən yaxşı variant onu gətirmək idi ki, Sxadadzenin strategiyasını davam etdirsin. Svanadze sübut edir ki, seçimimiz doğru olub. Yerli məşqçilərə qarşı heç bir iradım, narazılığım yoxdu. Onlara hörmətlə yanaşıram. Azərbaycanlı məşqçilər həm ölkə daxilində, həm də avrokuboklarda uğurlar əldə ediblər. Qurban Qurbanov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov, həmçinin Şahin Diniyevin adını çəkə bilərəm. Bu insanlar məşqçi kimi özlərini isbatlayıblar. Gələcəkdə yerli məşqçi ilə çalışacağıqmı? Gələcəyə kimi yaşayaq, sonra baxarıq (gülür).

 

Samir Həmidov:

– Kaxaber Sxadadze “İnter”də axırıncı oyunundan sonra açıqlamasında sizdən inciyini gizlətməmişdi. Belə demək olarmı ki, Kaxa burdan küsülü getdi?

– Kaxaber çox emosional insandı. Onun üçün ya ağ var, ya da qara, yəni ağ və qara arasında nəsə mövcud deyil. Yadımdadı, demişdi ki, mən niyə düşüb komanda üzvlərini çempionatdakı uğur münasibətilə təbrik etməmişəm? Halbuki mən orda idim. Mükafatlandırma mərasimində də iştirak etdim. Bunu əks etdirən fotolar da var. Sonra paltardəyişmə otağına daxil oldum, hamı ilə görüşdüm. Kaxaya yola salmaq əlaməti olaraq, bir şüşə viski hədiyyə etdim. Qısası, bir səbəb görmürəm ki, Sxadadze məndən incisin. Bütün bunlar artıq geridə qaldı. İndinin özündə də Kaxa ilə əlaqə saxlayırıq. “İnter”in durumu ilə maraqlanır. Svanadzeni baş məşqçi təyin etməyə qərar verəndə mənə sms göndərdi ki, düz addım atmısız. Bundan əlavə, Gürcüstan yığmasının baş məşqçisi kimi İslandiyaya da getmişdi, gürcü futbolçuların durumu ilə yaxından tanış olmaq üçün.

 

Sahib Əliyev:

– Kaxaber Sxadadzeni nə vaxtsa yenidən “İnter”in baş məşqçisi postunda görə bilərikmi?

– Məncə, yox. Bu, real görünmür. Düşünmürəm ki, Kaxa nə vaxtsa qayıtsın. Hər məşqçinin inkişaf etmək, qabağa addım atmaq arzusu olur. Gürcüstan yığmasından sonra mənə elə gəlir ki, Kaxa daha güclü futbol ölkələrində işləmək variantı axtaracaq. O elə insandı ki, geriyə addım atmaz. Hər şey Gürcüstan millisindəki işindən asılıdı. Kaxa işgüzar adamdı, öz işini bilir.

 

Tural Məmmədov:

– Bir müddət öncə demişdiz ki, “İnter” Azərbaycan çempionatının növbəti mövsümündə ortabab yerlər uğrunda mübarizə aparacaq. Sizə elə gəlmir ki, hazırkı heyətlə çempionluğa da oynamaq olar?

– Bu, bir dezinformasiya idi (gülür). Özüm elə demişdim ki, rəqibləri rahatlaşdıraq (yenə gülür). Azərbaycan Premyer Liqasında yenə çempionluq uğrunda oynamaq məni sevindirər. Mən o sözləri deyəndə faktiki olaraq, komandamız yox idi. Heyətin 90 faizi gənclərdən qurulmuşdu. Sonra heyəti gücləndirdik, təcrübəli oyunçular gətirdik. İndi isə mübarizə aparmaq olar. Komandanın qarşısına medallar uğrunda oynamaq tapşırığı qoyulacaq.

 

Rizvan Mahmudov:

– Daha bir Azərbaycan klubu – “Simurq” maddi imkan üzündən yüksək dəstədəki çıxışını dayandırdı. Sirr deyil ki, “İnter” və “Simurq” “qardaş” komandalar sayılırdı. Bu mənada, “Simurq”un dağılmaq təhlükəsi ilə üzləşməsi sizə necə təsir edib?

– Çox ağrılı mövzudu. Geniş şərh vermək istəmirəm. “Simurq”un yoxluğu futbolumuzda hiss olunacaq. Bilirəm ki, bu sözümü yenə yozacaqlar. Başlayacaqlar ki, “Simurq” “İnter”ə kömək edirdi, filan-fəsməkan. Amma son illər qeydə alınan nəticələrə baxın. “İnter” ən çox xal itkisinə məhz “Simurq”la oyunda üzləşib. Bu faktdı ki, “Simurq”un dağılmaq təhlükəsi ilə üz-üzə qalması Azərbaycan futbolu üçün böyük itkidi. Gözləmək, səbr etmək lazımdı. Amma digər tərəfdən “Simurq”un çempionatda olmaması “İnter”lə bağlı söz-söhbətləri azaldacaq. Yenə deyirəm, son illərdə “Simurq”la oyunlarda xallar itirməsəydik, çempion ola da bilərdik. Mənim bu komandaya böyük hörmətim var. Kiçik bir komanda daha sonra ambisiyalı bölgə təmsilçisinə çevrildi. Zaqatalalı azarkeşlər “Simurq”u çox sevirlər. Əfsuslar olsun ki, belə alındı. Nə etmək olar? İqtisadi durum, maddi imkan klubların yaşaması üçün vacib şərtdi.

 

Ceyhun Qəribov:

– Bu il əksər klublar maddi problemlə üzləşdilər. Nəticədə çoxunun iddiası azaldı. Bu məqam Azərbaycan çempionatındakı rəqabəti azaltmayacaq?

– Məncə, yenə rəqabət olacaq. Özünüz də görürsüz ki, pul heç də hər şeyi həll etmir. Heyəti zəif olanlar da xarakter göstərəcəklər. Azərbaycan çempionatında iştirak edən komandalar həmişə ilk növbədə, xarakter nümayiş etdirirlər. Keçən il AZAL komandası hamıya qarşı layiqli mübarizə aparırdı, iddialılara da problem yaradırdı. “Xəzər Lənkəran” gəncləşdirmə siyasətinə keçsə də, xarakter göstərirdi, gənc oyunçuları sona qədər döyüşürdülər. “Bakı”nı da qeyd etməliyəm. Demək olar ki, mövsümü həvəskar şəkildə keçirdilər, bir qəpik də almadılar. Buna baxmayaraq, döyüşkən futbol göstərdilər. Azərbaycan futbolunda həmişə əsas məqam xarakter olub. Sadəcə, maddi vəziyyət pisləşəndə keyfiyyətli legionerlər almaq olmur, bu isə sərgilənən futbolunun səviyyəsinə mənfi təsir edir.

 

Elvin Mehdiyev:

– “İnter” hazırkı vəziyyətdə Zurab Xizanişvili kimi təcrübəli futbolçunu necə transfer edə bildi?

– Biz onu almadıq. Zaur Svanadzenin Xizanişvili ilə yaxşı münasibəti var və məhz bunun hesabına onu komandamıza gətirə bildik. O, Zaurla çoxdan tanışdı. Svanadze Zurabla əlaqə saxladı, vəziyyəti ona izah etdi və dedi ki, bizə sənin köməyin lazımdı. Xizanişvili isə dərhal razılaşdı. O elə bir insandı ki, uzun müddət yüksək səviyyədə futbol oynayıb və hazırda Zurab üçün pul əsas deyil.

 

Teymur Məmmədov:

– Dost dar gündə tanınar. Hazırda çətin günlərini yaşayan “İnter” camiəsi əsl dostunu və düşmənini tanıdımı?

– Bəli, dost pis gündə tanınar. Açığı, bu vəziyyətdə yanımızda çoxlu dostların olması məni yaxşı mənada təəccübləndirdi. Daha pisini gözləyirdim (gülür). Heç olmasa, mənəvi cəhətdən bizə dəstək olurlar. Pul gec-tez gələcək.

 

Amil Əliyev:

– Sizcə, hansısa azərbaycanlı futbol adamı Bolqarıstan klubunun prezidenti ola və 10 il bu vəzifəni icra edə bilərmi?

– (Gülür). Maraqlı sualdı. Belə bir şey olmuşdu. Təxminən 10-15 il əvvəl “Levski” klubunun prezidenti Mixail Çernoy adlı şəxs olmuşdu. Azərbaycanlı deyildi, səhv etmirəmsə, Özbəkistanda anadan olmuşdu. Əgər Azərbaycan vətəndaşı imkanlıdısa, pulu çoxdusa və Bolqarıstanda klub prezidenti olmaq istəyirsə, bolqarlar buna məmnuniyyətlə razılaşarlar (gülür).  

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles