Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Here özüne bir qebir qazsın! Ele bu ağacın altında…” – ƏSİR DÜŞƏRGƏSİ

“Hərə özünə bir qəbir qazsın! Elə bu ağacın altında...” - ƏSİR DÜŞƏRGƏSİ

23/07/2015

16:06


23.07.2015 / 16:03 xeber –

“Ermənilər qayıdanda yerə atılmış kəlbətinin yanında dörd qızıl diş var idi”

 

 

Bu il Ağdamın işğal gününə “Əsir düşərgəsi”ndən bir ağdamlının hekayəsini təqdim etmək istədim.

 

Onu düz bir ay axtarıb, nəhayət, məcburi köçkünlərin məskunlaşdığı Bilgəh sanatoriyasında tapa bildim.

 

Misirov Bayram Məmmədhüseyn oğlu 18 mart 1951-ci ildə Ağdamın Abdal-Gülablı kəndində doğulub.

 

Məni evlərinin qabağında, tut ağacının altında gözləyirdi. Ağac o qədər iriydi ki, dörd tərəfə şaxələnmiş qol-budağı bütün həyəti bürümüşdü…

 

Mən isə neçə vaxtdır ki, onun adından, qoxusundan mümkün olduqca uzaq qaçıram…

 

Həyətimizdə böyük tut ağacı var idi. Onun kölgəsində ömrümün çox xoşbəxt, yaddaqalan günlərini yaşamışdım. Biz tut çırpanda ağacın altına açdığımız çadıra “kərxana” deyirdik. Kimliyindən, millətindən asılı olmayaraq, hamımız çadırın bir küncündən tuturduq…

 

Tut ağacı mənim üçün birlik, sülh, dostluq demək idi.

 

Onun altında nənəmin bişirdiyi təndir çörəyini erməni uşağıyla da yarı bölmüşdüm…

 

İndi harda tut ağacı ilə rastlaşıram, boğazım tıxanır, nəfəs almağım çətinləşir, boğuluram…

 

İllər sonra, ilk dəfədir tut ağacının altındayam… O danışır, mən xatirələrimdən qopub onu dinləməyə çalışıram…

 

Tut ağacı isə yenə də birlik, xeyir-bərəkət simvoludur. Qonum-qonşu bir-bir evindən çıxıb, yanımıza gəlir, stullarını ağacın altına çəkib başımıza yığışırlar…

 

***

 

3 sentyabr 1990-cı il

 

Bayram qapını döyüb, əlindəki zənbili tibb bacısına uzatdı:

 

– Bizim uşaqlara verin, zəhmət olmasa.

 

Tibb bacısı zənbili alıb aralanmaq istəyirdi ki, Bayram qapını əli ilə saxladı. Tibb bacısı:

 

– Gedə bilərsiniz, – dedi.

 

– Sən Allah, bircə dəfə gətirin baxım.

 

– Olmaz! Yatır!

 

– Allah köməyin olsun, elə yatır deyirsən ki, guya oyaq olsa üstümə qaçasıdı. Al qucağına gətir, bir dəfə üzünü görüm, yenə nə qədər istəyir yatsın də. Sən də şirinliyini al qoy cibinə!

 

Şirinlik sözü tibb bacısını yumşaltdı:

 

– Bir az gözlə…

 

– Amma tez ol, sən Allah. Yola çıxmalıyam, vacib işim var. Elə üzünü görüm, rahat gedim.

 

Bayram qapının arxasınca öz-özünə deyindi:

 

– “Olmaz”ı da təzə öyrəniblər. Elə bil ermənidilər. Dünənə qədər kimin uşağı Stepanakertdə olubsa, uşağın üzünü evə gətirənə qədər görməyiblər ki, “olmaz”. Ağdamda elə şey olmayıb ey, el-obayıq, olmaz nədir? Harda görünüb ki, ataya oğlunu göstərməyəsən ki, olmaz.

 

Qapı cırıldadı. Bayram tibb bacısının qucağındakı körpəni görəndə bütün hirsi soyudu. Yaxınlaşıb qucağına almaq istəsə də oyadacağından qorxub, qıymadı.

 

Dünyanı unutmuş halda gözünü körpəyə zillədi.

 

Bu bir anlıq xəyal onu apardı: oğlunu məktəbə göndərdi, universitetə qoydu, əsgərlikdən qayıdan kimi elçi getdi. Amma tibb bacısının səsi qol götürüb oğul toyunda oynamağa imkan vermədi:

 

– Hə, atamızı gördük, indi gedək.

 

Bayram bir qırmızı onluq çıxarıb uşağın bələyinə taxdı:

 

– Sağ ol, bajı. Allah köməyin olsun!

 

Tibb bacısı körpənin dili ilə danışmağa davam etdi:

 

– Anama nə deyim? Sözün var?

 

– Denən ki, atam təcili Füzuliyə getdi, yardım apardı. İdarə Ağdərədən qovulan adamlarımıza pul yazıb, onu verməyə aparırıq. Ağdərənin 2-ci katibi Arif Əliyevlə gedirik. İndi də Arif müəllim məni gözləyir, tələsirəm. Amma atam tez qayıdacaq de ha!

 

***

 

– Sürücü idim, 1988-ci ildən kəndin müdafiəsinə qoşulmuşdum. Həmin günü Arif müəllimlə Füzulidə məskunlaşan Ağdərə qaçqınlarına yardım aparmışdıq.

 

– Arif müəllimin neçə yaşı olardı?

 

– Dəqiq deyə bilmərəm, amma uşaqları böyük idi. Mənim ikinci uşağım yenicə doğulmuşdu. Böyük qızım Gülşənin isə iki yaşı var idi.

 

– Yardımı aparıb verə bildiniz?

 

– Verdik, qayıdanda gördük… Maşını mən sürürdüm. Bu günə qədər yadımdadır, AQZ 12 82 markalı UAZ maşın idi… Benzindoldurma məntəqəsinin yanında yolu bağlamışdılar…

 

***

 

Bayram yolun üstünə qoyulan borunu görüb, təəccübləndi:

 

– Bunları kim düzüb yola? Bayaq keçmişik burdan, heç nə yox idi axı… Arif müəllim, mən maşının kənarı ilə borunu yoldan çıxaracam, əyilin ki, sizə daş-kəsək dəyməsin.

 

Maşın boruya söykənib dayananda Arif UAZ-in xarab olduğunu zənn edərək, aşağı endi. Bayram əli silahlı ermənilər dağdan endiyini görəndə tez ayağını qaza basdı. Yolun yarısı açılmışdı, surətlə sürüb, uzaqlaşa bilərdilər. Amma indi fərqinə vardı ki, Arif müəllim maşında deyil. Onu qoyub, qaça bilməzdi.

 

Dağın başına, Qaradağlı kəndinə sarı qalxmaq olardı.

 

Ermənilər isə Arifin üstünə yüyürürdülər. Maşında sürücü olub-olmadığına əhəmiyyət verən yox idi.

 

Maşını sürüb qaçmaq, dağa çıxmaq, ya da üçüncü yol, aşağı enib, Arif müəllimin yanına getmək.

 

Bayram üçüncünü seçdi.

 

***

 

– Onu qoyub, qaça bilməzdim. Düşdüm ki, ölərik, ölərik. Qalarıq da qalarıq. Onu qoyub hara gedəsiyəm? Arif müəllim çox yaxşı insan idi. Elə adamı yarı yolda qoyub qaçmaq olmaz. Amma o maşından enməsə, qaçmaq imkanımız olardı. Yolu yarıyacan açmışdım…

 

Danışmağa çətinlik çəkir. Sol əli ilə təsbeh çevirir. Susur. Başını qaldırmadan, arada bir bu cümlələri deyir:

 

– Aşağı enəndən sonra dəstə ilə düşdülər üstümüzə… Əvvəlcə maşını əzik-əzik elədilər… Maşın tamam sıradan çıxandan sonra isə bizim əl-qolumuzu, ayağımızı möhkəm bağladılar… Döyməyə başladılar… Sonra apardılar…

 

– Hara apardılar?

 

– Bilmirəm, düşərgə kimi bir yer idi… Gözümüzü bağlamışdılar… O günlər ərzində harada olduğumuzu bilmədik. Aparanda gözümüzü bağlayır, açanda bağlı yerdə olduğumuzu görürdük. Bircə onu bilirəm ki, yuxarı atıldığımızı və yuxarıdan atıldığımızı hiss edirdik. Yolda isə silkələnirdik. Ehtimal ki, yük maşını idi…

 

– İkinizi də bir yerdə saxlayırdılar?

 

– İlk günləri ayrı-ayrı saxlayırdılar. Çünki ikimizi də təklikdə dindirir, suallar verirdilər.

 

– Nə soruşurdular?

 

– Niyə bizim yoldan keçirdiniz, hərbi sursatınız hardadır kimi sullar. Hər dəfəsində də “Qarabağ bizimdir” deyib, döyürdülər.

 

– Nə ilə döyürdülər?

 

– Dubinka ilə. Çox pis işgəncələr verirdilər. Kəndirlə əllərimizi arxadan elə çəkib bağlayırdılar ki… Biləklərimdə hələ də kəndir izləri qalır. Çox sağlam adam olmuşam, girov düşəndə 90 kilo idim, qaytarılanda doqquz kilo arıqlamışdım. Yemək yox idi, arabir su verirdilər…

 

***

 

O vaxt hələ Qarabağın kəndlərinə gediş-gəliş mümkün idi. Azərbaycanlılar onları tapmasın deyə, bir yerdə iki gündən artıq saxlamırdılar. Günlər bir-birinə bənzəyirdi. Döyür, sürüyür, təhqir edirdilər.

 

Bu dəfə əllərini də açdılar. Ermənilərdən biri kəlbətini Bayramın üstünə atdı:

 

– Sənin düz dörd qızıl dişin var imiş, türk! Bu bilirsən nə deməkdir?! Onlar bizə lazımdır. Amma humanistliyimizdən səni incidə bilmərik. Al bu kəlbətini, biz gələnə qədər dişlərini çək yığ qabağına. Bir azdan gələcəyik! Bax, ha! Hazır olmasa, ikiniz üçün də pis olacaq. Elə eləmə ki, dişlərini biz çəkək!

 

Qapı çırpıldı. Ayaqları bağlı Bayram əlləri ilə güc verib, qalxıb oturdu. Günlərdir biləklərindən sıxıb bağlamışdılar. Əlləri keyimişdi.

 

Yanında uzanan Arıf müəllimə baxdı, üzü qan içində idi. Onu yaxşı tanıdıqlarından üzünə bir neçə yerdən bıçaqla zərbə endirmişdilər.

 

Ayaq səsləri eşidildi. Bayram tez əlini atıb, kəlbətini götürdü. Ayaq səsləri uzaqlaşdı. Bayram nə qədər çalışsa da, əsən əlləri ilə kəlbətinini ağzına sala bilmədi.

 

– Arif müəllim… Ay Arif müəllim…

 

– Hə, Bayram…

 

– Sizə qurban olum, bəlkə siz…

 

– Yox ay oğul, mən elə iş tuta bilmərəm!

 

– Mənə pislik yox, yaxşılıq edirsiniz. Axı adam özü-öz dişlərini necə çəksin? Onlar eləsə, bilirsiniz necə edəcəklər… Ağzımda nə var sındırıb tökəcəklər yerə…

 

– Mənim əlim gəlməz axı…

 

– Bəs mən burda bunu başqa kimdən istəyim? Burda ayrı kimim var kömək istəyəsi?

 

Arif dikəlib, divara söykəndi. Bayram tələsirdi:

 

– Tez ol, başına dönüm…

 

Ermənilər qayıdanda yerə atılmış kəlbətinin yanında dörd qızıl diş var idi. Bayram huşunu itirmişdi…

 

***

 

– Ermənilərin içində tanıdığınız olurdu?

 

– Gözüm bağlı olub deyə, çox adam görməmişəm. Amma onların içində məni tanıyanı oldu.

 

– Kim idi?

 

– Mən xatırlamadım. Bizi meşəyə güllələməyə aparmışdılar. Orada biri yaxınlaşıb pıçıldadı ki, “Səni yaxşı tanıyıram, adın Mirzədir”.

 

– Mirzə?

 

– Məni hamı Mirzə kimi tanıyırdı. Elə indi də Mirzə deyirlər. Ancaq sənədlərdə Bayram yazılır. Rəhmətlik, böyük bacım Mirzə Ələkbər Sabiri çox sevirdi. Elə onu oxuya-oxuya da məni Mirzə çağırıb, adım qalıb Mirzə. Erməni dedi, tanıyıram, Mirzəsən. Çox istəyərəm səni aparıb ötürəm kəndinizə. Amma qorxuram. Bunu eləsəm, mənim arvad-uşağımı güllələyərlər. Sizə deyim ki, yerli ermənilərin səksən faizinin bu işlərlə əlaqəsi yox idi. Əsas təşkilatçılar Yerevan erməniləri idi. Etiraz edəni də pis kökə salırdılar. Mənə indi də elə gəlir ki, yerli ermənilər bunu istəməzdi. Bəlkə vəzifəsi olanlar hə, amma sadə kənd adamına müharibə sərf etmirdi. Çünki hamısı bizim camaatla dolanırdı. Ağdamda sonradan bizim əsirlərə sökdürdükləri evlərin hamısını ermənilərə tikdirməmişdikmi? Çox yaxşı dolanırdılar. Bizim hesabımıza hər şəraitləri var idi. Hətta bizdən də yaxşı yaşayırdılar.

 

– Dediz ki, sizi meşəyə güllələməyə apardılar…

 

– Hə, arada elə şeylər tez-tez olurdu. Döyməyinə hər gün döyürdülər, bu adi şey idi. Bir də arada neçə dəfə bizi apardılar meşəyə ki, güllələyəcəyik. Axırda da təxirə salırdılar. Görünür, onlar da özbaşına deyildilər, sifariş alırdılar. Ya da elə-belə, bizə əzab verirdilər.

 

***

 

Yük maşını bir çalaya düşüb, dayandı. Yenidən silkələndi. Yük yerinə çıxmışdılar. Kimsə onların çiynindən və ayağından tutub zərblə aşağı itələdi. Gözlərini və ayaqlarını açdılar. Meşədə idilər. Əmr gəldi:

 

– Qalxın, gedirik!

 

Kəndir ayaqlarını o qədər sıxmışdı ki, indi addım da ata bilmirdilər. Hər qalxanda yenidən yıxılırdılar. Ermənilərdən biri dilləndi:

 

– Əllərin də aç, qoy ağacdan tuta-tuta getsinlər. Yoxsa bunların ayağı ilə çətin gedək…

 

Meşənin içinə doğru xeyli getdikdən sonra soruşdular:

 

– Gözəldir hə?

 

Nə Bayramın, nə də Arifin cavab verməyə halı yox idi. Yenə erməni davam etdi:

 

– Çox gözəldir! Ölməli yerdir!

 

Qarşılarına iki bel atdılar:

 

– Hərə özünə bir qəbir qazsın! Elə bu ağacın altında. Yan-yana qazın. Özü də yaxşı, müsəlmansayağı qəbir olsun. Geniş, dərin… Vaxt getdi, tez olun!

 

***

 

– O qəbri nə zülmlə qazdıq… Axırda da dedilər ki, lazım olmadı, gəlin gedək…

 

– Dəyişdirilməyiniz barədə bir söz deyirdilər?

 

– Bizə yox. Amma sonradan bildik ki, bizimkilərə neçə dəfə qaytaracağıq deyib, əvəzimizə nə isə alıblar… Bir gün yenə gözümüzü bağlayıb, gətirib harasa atdılar… Hardasa dörd-beş saat sonra polislər gəlib bizi götürdü…

 

– Bizim polislər?

 

– Yox, onlarınkı. Demək, məsələ belə olub. Bizi gətirib ora atıb, bizim polisə yerimizi xəbər veriblər. O vaxt bizim dəyişilməyimizlə respublikanın Baş Prokuroru, rəhmətlik İsmət Qayıbov məşğul olurdu. Erməni polislər bizi gətirib Füzuli ilə Xocavənd rayonlarının kəsişdiyi yolda dəyişdilər…

 

– Girovluqda nə qədər qaldınız?

 

– Sentyabrın əvvəli girov düşdük, axırına yaxın qaytardılar. Bir aya yaxın qaldıq. Nə kökdə idik qaytarılanda… Məni çimizdirəndə başımdan daşlar çıxırdı. Hər dəfə maşında aşağı atanda elə zərblə düşmüşəm, çır-çınqıl batıb başıma, bədənimə, elə də qalıb… İkimizi də xəstəxanaya yerləşdirdilər, müalicə olunduq. Özümə gələndən sonra yenidən könüllü döyüşməyə yollandım. Rəhmətlik Şirin Mirzəyevin batalyonunda döyüşürdüm.

 

– Həkimlər durumunuzu necə qiymətləndirirdi?

 

– O vaxtlar indiki qədər müasir aparatlar yox idi, həm də rayon yeri idi. Elə olan imkanları ilə müalicə etdilər bir neçə ay. Sonra bədənimdə qıcolmalar başladı, ağrılar yarandı. Həkim başa düşmədi o vaxt. Qolum, ayağım tutulmağa başladı, hərəkət çətinləşdi. Bədən güclü idi, ona görə də düşünmürdüm ki, mənə nə isə ola bilər. Dedim yəqin əzilibdir, dubinka ilə vurublar deyə belədir. Sən demə, girovluqda olanda onurğam zədələnib, sinir sistemi düz işləmir. Başladı əlim, ayağım uçunmağa. 1993-cü ildə gördülər artıq əlim silah tutmur, ayağım məni saxlamır, ordudan birdəfəlik tərxis olub, gəldim xəstəxanaya. Belə…

 

Təsbehini stolun üstünə atıb, susur. Son iyirmi iki ili bütün həyatına şahid olan qonşu qadınlar dillənir:

 

– Nə qədər Şıxovda yatdı…

 

– Sonra neyrocərrahiyyədə boyun hissəsindən əməliyyat etdilər…

 

– Xeyli Əlillərin Bərpa Mərkəzində yatdı…

 

– Sağ əli işləmir. Ayaqlarını da görürsünüz…

 

– Onkologiyada ayaq barmağını kəsdilər, qanqren eləmişdi. Girovluqda o qədər bağlı saxlamışdılar ki, qan işləmirdi…

 

Sol əli ilə çətinliklə şalvarının balağını yuxarı qaldırıb, ayağını göstərir:

 

– Hələ də qan işləmir. Görürsünüz necə şişib…

 

Yenə qonşular əlavə edir:

 

– Hələ indi yaxşıdır, birdən ayaqları elə şişir, adam qorxur ki, bu saat partlayıb dağılacaq.

 

– Eh, qızım, mənim yaşamağım yaşamaq deyil… Allaha qurban olum, belə yaşamaqdansa yaşamamaq yaxşıdır.

 

– Həkimə müraciət etmisiniz?

 

– İndiki durumumda müalicəyə getsəm, gərək yoldaşım da mənimlə getsin, ona da imkanımız yoxdur. Elə halım pisləşəndə təcili yardım çağırıram, resept yazırlar. Son vaxtlar da lap tez-tez çağırıb, ağrıkəsici vurdururam. Axır vaxtlar ağrım kəsmir ki, kəsmir… Nə bilim nə məsələdi… Girovluqda olanda özümdə olmamışam. Allah bilir nə ediblər, nə vurublar, bilməmişəm. Gələndən sonra ayaqlarım tutuldu, indi də belə… Ağrılarım kəsmir.

 

Qonşu qadınlar:

 

– Biz görürük ki, haralara məktub yazıb, birinə də cavab verən yoxdur…

 

– Heç olmasa Qarabağ əlili olsa, bəlkə xəstəxanada güzəşt edərdilər…

 

– Qarabağ əlili deyilsiniz?

 

– O vaxt yazdılar ki, guya mən mülki adamam, müharibədə zədə almışam. Özüm Qarabağ veteranıyam, amma Qarabağ əlili sənədi vermədilər… Məhkəməyə müraciət etdim, indi məhkəmə qərarı var ki, bu kişi ağacdan yıxılmayıb, girovluqdan qayıdıb belə olub. Ona da baxan yoxdur… İndi də deyirlər o sənədi gətir, bu sənədi gətir…

 

– Nə sənədi istəyirlər?

 

– Ağdamda hərbi hospitalda yatdığını sübut edən sənəd gətir deyirlər. Axı mən girov düşəndə hərbi hospital yox idi. Ağdamın mərkəzi xəstəxanasında yatmışam, Xocalı hadisəsindən sonra da bomba atıb oranı dağıtdılar. Xocalı əsirləri dəyişəndə hamısını ora gətirirdilər, ona görə dağıtdılar xəstəxananı. Arxivlər yandı. Deyirəm, deyir yox, get tap gətir… Qəbul eləmir xəstəxananın yandığını… İşğaldan öncə ermənilər girib kənddə neçə evi yandırdılar, biri də bizim evimiz idi. Özümdə olan sənədlər isə orda yandı… Nə bilim qızım, o vaxt Ağdamda rəhmətlik Xuraman xanım gəlib vəziyyətimi gördü. Dedi gəl tapşırım “sobesə”, səni təqaüdə çıxartsınlar. Acığıma gəldi ki, nə təqaüd? Hamı mənə gülər ki, erməni bunu əsir götürüb, bu da gəlib təqaüdə çıxır. Öz adıma sığışdırmadım bunu. Əyilməz insan idim…

 

Qonşular:

 

– İndi də elədir. Evdə çörəkləri olmasa, bir adama bildirməzlər. Oğlu fəhlə işi olanda gedib işləyir, olmayanda otururlar.

 

– Ailədə işləyən var?

 

– Mən birinci, yoldaşım isə ikinci qrup əlildir, işləmirik. Qızım ailə qurub gedib. Oğlum isə işsizdir. Arada fəhləlik işi olanda gedir, o da daimi olmur… Uşaqları oxuda bilmədim… Elə oğlumu sürücülük oxutdum… O vaxtdan ancaq təqaüdlə dolanıram, başqa gəlirimiz yoxdur. 183 manat mən alıram, 100 manat da yoldaşım. Bir də qaçqın kimi çörək pulu alırıq, bu qədər… Elə 1994-cü ildə bir təhər əlimdə-ovcumda olanla bu arabanı güclə aldım… Nə bilim, həyatdır də, Allah beş gün ömür verdi, o da qapqara…

 

Söhbətə davam edə bilmirəm. Ağdamdan olan başqa girovlarla da görüşmək istəyirəm.

 

– Bayram dayı, Ağdamdan başqa kimlər girov düşüb?

 

– Bizim kəddən ilk əsir düşən mən idim. Məndən sonra Qasımov Xalid, Bəbir kişi, Abbas… Hamısı əlli-ayaqlı getdilər… Heç birindən xəbər yoxdur…

 

Qadınlar:

 

– Fəqan Əliyev… Əsir düşdü, amma qaytarmadılar…

 

– Quliyev Məsum oğlu Azərlə birlikdə… Bağbanlar kəndindən idi… İtkindilər…

 

– Ruhi xəstəxanadan yeddi xəstə götürmüşdülər… Onlardan cəmi birini qaytardılar…

 

– Ağsaqqal Səməd kişi… Nə öldüsü var, nə qaldısı…

 

– Turab var idi, hələ də xəbəri yoxdu…

 

– Yusifcanlıdan Kəklik var idi, ona nə zülmlər vermişdilər… Kəlbətinlə on altı dişini çəkmişdilər…

 

– Rayonu işğal edən gün Şərqiyyə arvadı evindən götürmüşdülər. Yaşlı, kimsəsiz qadın idi deyə çıxmamışdı. Qayıdanda nə kökdə idi… Bunları gecə səhərə qədər soyuq suda saxlayır, armaturla döyürmüşlər…

 

– Bədənində siqaret söndürürmüşlər… Qayıdanda başını yarmışdılar, bədəni çapıq-çapıq idi… Səkkiz qızıl dişini çəkibmişlər… 

 

– Xaqani var idi, bütün ailəsini girov götürdülər. Gözünün qabağında yoldaşını yarımcan elədilər, körpə oğlunun isə ayağını kəsdilər…

 

Ayaqları kəsilən körpənin çığırtısı qulaqlarımı tutdu, qadınların daha nələr dediklərini eşidə bilmədim…

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website