Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Müxalifet liderlerinin ekseriyyeti tenbelleşib, qorxaqlaşıb, bacarıqsızlaşıb” – MÜSAHİBƏ

“Müxalifət liderlərinin əksəriyyəti tənbəlləşib, qorxaqlaşıb, bacarıqsızlaşıb” - MÜSAHİBƏ

25/07/2015

08:46


28.11.2008 / 12:32 xeber –

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu hesab edir ki, Müsavat funksionerləri Əli Kərimlidən on dəfə qabiliyyətlidir

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “525-ci qəzet”ə ölkə siyasətində səs-küyə səbb olacaq müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– MƏM vahid bir qüvvə kimi formalaşa bilmədi. Bu məsələdə Müsavat günahkar bilinir. Ümumiyyətlə. Müsavatın AXCP ilə əməkdaşlığa üstünlük verməsini necə qiymətləndirirsiniz?

– Bir daha təəssüf edirəm ki, müxalifət düşərgəsinin liderləri barədə son vaxtlar irəli sürdüyüm proqnozlar özünü doğrultmaqdadır. Avqust ayında Müsavat seçkilərdə iştirak etməməklə bağlı qərar verib AXCP ilə yaxınlaşmağa başlayanda demişdim ki, mövcud olmayan hədəf uğrunda hansısa birliyin əldə edilməsi qeyri-mümkündü və bu, baş tutmayacaq. Gözlədik, belə də oldu.

AXCP ilə Müsavatın əməkdaşlığına gəlincə, iki ilə yaxındır “Azadlıq” bloku adlanan qurumun rəhbərləri Müsavatı vətənə, millətə xəyanətdə, müxalifətin maraqlarını satmaqda suçlayırlar. Sözün bütün mənalarında söyüş söyməklə məşğuldurlar. Müsavat bunları mümkün olan və olmayanla cavab verib. Biz qəzet olaraq partiyanın üstünə gələn böhtan və çirkab kampaniyasına sipər olmağa çalışmışıq. Lalə Şövkətin də daxil olduğu “Azadlıq” bloku həmin qurumun liderlərinin dediyini söyləməyən hər kəsi xəyanətdə suçlayıb, vətən, millət xaini elan edir. Bu taktika ilə ətrafına qüvvə yığmaq qeyri-mümkündü. Müsavatı iki il xəyanətdə suçlayıb, sonra da “gəl, birləşək” demək sağlam məntiqə sığmır. Təəssüf ki, həmin proses hələ də davam edir. “Azadlıq” qəzetində və digər media orqanlarında Müsavatı söyürlər, Lalə Şövkət, Əli Əliyev, Əli Kərimli tərəfindən də bu söyüşlərə rəvac verilir. Bəzən bilavasitə özləri də baş rolun ifaçısına çevrilirlər. Sonra deyirlər ki, Müsavat müxalifətin birliyinə mane olur. Müxalifətin elektoral bazası bir yerdədir. Rayonlarda da AXCP ilə Müsavatın strukturlarının təmsilçiləri bir yerdə çay içib, xeyir işlərdə iştirak edirlər. Yəni heç bir problem yoxdu. Lalə Şövkətin və Əli Əliyevin partiyası faktiki olaraq mövcud deyil. Yuridik olaraq var, amma nə ALP, nə də adını belə xatırlamadığım Əli Əliyevin partiyasının iddiaları istənilən böyük partiyaların iddialarından daha yüksəkdir. Bu iddialar isə müxalifətin birliyinə çox ciddi mane olur. Müsavatın AXCP ilə əməkdaşlıq etmək təklifinə gəldikdə, mən bunu haqlı sayıram. Çünki real qüvvələr və Azərbaycanı əhatə etmək qabiliyyətində olan partiyalar bir araya gəlməlidir. Onların ətrafına yığılan partiyalar, o cümlədən fərdlər müxalif düşərgənin birliyini təşkil edə bilərlər.

– Konkret müxalifət partiyalarının əməkdaşlıq modelini necə görürsünüz?

– Azərbaycanı əhatə edən cəmi bir neçə partiya var. AXCP və KXCP qismən əhatə edir. İkisi birgə bir təşkilat formulu verə bilər. Bir də Müsavat Partiyası. Mən seçkidən əvvəl də bu formulu təklif etmişdim. Bu birlik bütövlükdə müxalifətin və klassik cəbhənin birləşməsi, Azərbaycanın narazı elektoratının bir araya gətirilməsi demək olardı. AXCP rəhbərliyinin bizə şər atdığı vaxtda bu təklifi irəli sürdüm. Hələ ki, dediyim təşkilatlardan başqa heç bir partiya Azərbaycanı tam, yaxud qismən əhatə edə bilmir.

– MƏM-də əməkdaşlıq barədə müzakirələrin hələ davam etdiyi bildirilir. Bunun sonunda həmin qüvvələr bir araya gələ bilərmi?

– Xeyr. Mən təcrübəyə və reallığa əsaslanıb öz fikirlərimi deyirəm. Belə birliyin varlığını istisna edirəm. MƏM sözdə mövcuddu. Sadəcə məsləhətləşmələr prosesi başlamışdı və bu bitmədən MƏM iflasa uğradı. Yenidən söyüşmə mərhələsi başlayıb. AXCP rəhbərliyinin dözümsüzlüyü, səbirsizliyi və onların dedikləri ilə razılaşmayanları düşmən görmələri vəziyyəti tamamilə dəyişdi və nəticə olmadan münasibətlər pozuldu.

– Belə çıxır ki, birlik alınmasa, “Azadlıq” bloku fəaliyyətini davam etdirəcək. AXCP-nin Müsavatın əməkdaşlıq təklifini qəbul etməməsi ikincinin siyasi meydanda müttəfiqsiz qalması demək olacaq?

– “Azadlıq” blokunda təmsil olunan, bayaq adını çəkdiyim iki partiyanın üzvlərinin sayı “Yeni Müsavat” qəzeti kollektivinin sayı qədər deyil. Blokda bir partiya və iki “çetvert” partiya var. Onlar da müttəfiqsiz kimi bir şeydir. Ona qalsa İsa Qəmbərin ətrafında heç də Lalə Şövkətin, Əli Əliyevin partiyasından zəif olmayan, üzvlərinin sayı daha çox olan xeyli sayda kiçik partiya var. Onların adlarını saymağa ehtiyac yoxdu. Bütövlükdə birlik modeli real güclərin bir araya gəlməsindən ibarətdir. Müsavat öz gücünə və imkanlarına görə müxalifət düşərgəsində birincidir. Heç başqalarına ehtiyacı da yoxdur. “Azadlıq” blokuna daxil olan qüvvələr isə çökür və parçalanma mərhələsi başlayıb. Əli Kərimlinin ətrafında demək olar ki, adam qalmayıb. Bizdə olan dəqiq məlumata görə, AXCP-dən süzülmələr daha da artacaq. İnsanlar liderlərinin yanlış yapdığını görürlər və orda qalıb özlərini də batırmaq istəmirlər. Əli Kərimlinin son aylarda doğru etdiyi bir hərəkət İsa Qəmbərə yaxınlaşması idi. Bu da onu qoruyurdu və hansısa perspektiv haqqında təsəvvür yaradırdı. İsa Qəmbərin yanından aralanan kimi AXCP-nin nəyi varsa darmadağın olacaq və bu proses başlayıb. Əli Kərimli də çox təəssüf ki, həmin addımı atmaqdadı. İki il ərzində Müsavatı çamura tutmaq siyasəti davam edir. Bu da onların zərəri ilə yekunlaşacaq.

– Müsavatla AXCP-nin idelogiyası, elektoratı eynidir. Bu mənada, iki partiyanın birləşməsinin daha effektli olması fikirləri indi də mövcuddu. Bu nə dərəcədə real ola bilər?

– Doğrudanda ideologiya, bütün yanaşmalar eynidir. Amma nə qədər ki, AXCP-nin indiki rəhbərliyi var, onlar buna imkan verməyəcək. Çünki İsa Qəmbərin komandası ulduzlar komandasıdır və ətrafındakı hər bir partiya funksioneri Əli Kərimlidən on dəfə qabiliyyətlidir. Ona görə də Müsavat güclüdür. Əli Kərimli isə ətrafında kim varsa, hamısını dağıdır. Son illər nə qədər insan ondan uzaqlaşıb. Məhz bu şəxsin və ətrafındakı bir neçə adamın günahı ucbatından bizim təklif etdiyimiz super partiya – AXCP və Müsavatın, daha sonra isə KXCP-nin birliyindən ibarət super partiyanın yaradılması baş tutmur. Müsavat bir neçə il əvvəl Elçibəy komandasının birləşməsi ideyasını irəli sürmüşdü. Biz də bunu təbliğ etmişik. Təəssüf ki, buna imkan vermirlər. Deyirlər ki, balaca olsun, ancaq özümüz olaq. Narahatdılar ki, super partiya yaransa, AXCP ilə Müsavat birləşsə, bəziləri İsa Qəmbərin ulduzlar komandasına nisbətdə kölgədə qalacaqlar.

– KXCP-nin hazırda MƏM-də olan partiyalarla əməkdaşlıq etməməsinə bir səbəb seçkilərlə bağlı boykotçu partiyaların mövqeyini qəbul etməməsi göstərilir. Ümumiyyətlə, şərtlə əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Deməli, bir-birlərinə güvənmirlər. Bir-birilərinə o qədər “atıblar” ki, ona görə şərtlər irəli sürürlər. Əvvəllər dövlətin, millətin taleyində ortaq qərarlar vermiş şəxslər bu gün düşmən vəziyyətindədilər. KXCP-nin də əvvəlki partiya yoldaşlarına inanmamaqda haqqı var. Mirmahmud bəyə AXCP-dən də, digər partiyalardan da kifayət qədər “atanlar” olub. Mirmahmud bəy dediyinin arxasında durub. Amma hesab edirəm ki, bu gün KXCP-nin kiçilməsində, fraqmental rola keçməsində Mirmahmud bəyin böyük günahı var. Amma o, sözünün adamıdır. Bəzi “dostlarını” da tanıyır. Ona görə şərt irəli sürür. Onu yazılı qəbul etməyəndə də təmsilçiliyini reallaşdırmır.

– Əgər MƏM bir qüvvə kimi formalaşa bilməsə, AXCP-Müsavat əməkdaşlığı alınmasa, müxalifətin vəziyyəti necə olacaq? Nəzərə almaq lazımdır ki, qarşıdan bələdiyyə seçkiləri gəlir.

– Necə olacaq, çox gülməli sualdır. Sizə görə demirəm. Çünki müxalifət çox pis vəziyyətə gəlib çatıb. Bundan o tərəfi yoxdur ki. Müxalifət Azərbaycan siyasətində və həyatında indiyə kimi oynadığı rolunu itirib. Hər zaman müxalifət hakimiyyətin qərarlar verməsinə mövcudluğu ilə təsir göstərirdi. Artıq belə bir təsir yoxdu. Çünki seçkilərdə iştirak etməməsi, bir araya gələ bilməməsi, yanlış siyasət yeritməsi, bir-birinə çamur atması, bir-birlərini düşmən obrazı ilə cəmiyyətin içində biabır etməsi özünü çox pis günə qoyub. Bununla isə onlar həm özlərini, həm də müxalifəti bitiriblər. İnsanların həyatlarını qaraldıblar. Çünki xeyli insan həyatının 10-15 ilini bu şəxslərin rəhbərliyi altında aparılan prosesə həsr etmişdi. Yekunda isə məlum olur ki, aparılan proses nəticəsizdir. Onun başında duran insanların böyük əksəriyyəti bacarıqsız, qabiliyyətsiz imiş. Sadəcə ümumi axında hamıdan qabaqda düzülürlərmiş, buna görə də lider adlandırılıblar. İndi lider üçün ən münbit bir mühitin gəldiyi, yəni fərdi nümunələrin ortaya çıxdığı zamanda məlum olur ki, müxalifət liderlərinin əksəriyyəti “Yeni Müsavat” qəzetinin köşə yazarlarından da siyasətə az təsir edə bilirlər. Tənbəlləşiblər, qorxaqlaşıblar, bacarıqsızlaşıblar. Bu səbəbdən müxalifət çox pis vəziyyətə düşüb. Bundan da pis vəziyyətə düşə bilər. Mən bunu da gözləyirəm. Heç bir nəticə əldə olunmasa – böyük ehtimalla da olmayacaq – müxalifətin indiki modeli məzmun və şəkil dəyişikliyinə məruz qalacaq.

– Bütün bunların fonunda AXCP-nin Müsavatın əməkdaşlıq təklifini qəbul etməsi baş verə bilərmi?

– Bu, çox lazımdı. Amma təəssüf ki, AXCP-nin rəhbərliyi buna imkan verməyəcək. Bu, bəri başdan görünür. Çünki Əli Kərimli öz təsərrüfatını az da olsa qorumaq, əlində saxlamaq niyyəti ilə çıxış edir. Eyni zamanda da böyük səhvlərə yol verir. Onun siyasəti illərdir ki, yanlışdı. Bu adamın yanlış siyasəti nəticəsində müxalifət illərdir ki, bir araya gələ bilmir. Elçibəy rəhmətə gedəndən bəri müxalifət qüvvələrinin bir araya gəlməsi imkanı nə vaxt yaranıbsa, Əli Kərimli başqa cəbhədə olub. Xüsusilə 2003-cü ildə seçkilərdə bütün düşərgənin Elçibəyin varisi hesab olunan İsa Qəmbərə səs verdiyi vaxtda Əli Kərimli öz cəbhəsi ilə Elçibəyi devirən və millətin taleyində tarixi cinayətə imza atan Etibar Məmmədovun namizədliyini dəstəklədi. Bu antielçibəy, antimüsavat, antibirlik xətti davam edir. Mən bunu yanlış siyasət, eqoizm və xəstə iddianın məhsulu hesab edirəm.

– Əli Kərimlinin söylədiyiniz yanlış siyasətinə korrektələr edəcəyinə necə, inanırsınız?

– Xeyr, o müxalifətə zərər vurmaqda davam edəcək.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website