Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Abid Şerifov yanan binadan danışdı

Abid Şərifov yanan binadan danışdı

26/07/2015

22:24

22:11 xeber – Son zamanlar ölkənin müxtəlif media orqanlarinda Azadlıq prospektində yanan bina ilə bağli müxtəlif fikirlər dolaşir. Kütləvi informasiya vasitələrində binanin təmirinin əslində heç də baha başa gəlmədiyi, qiymətlərin şişirdilməsi haqqinda yazilara rast gəlmək olur. Medianin gündəmini zəbt edən digər bir mövzu isə rayon qeydiyyatinda olan maşinlarin paytaxta buraxilmamasi ilə bağli fikirlərdir. Əhalini narahat edən bütün bu suallari Mir Şahin Ağayev baş nazirin müavininə ünvanlayib. Mir Şahin Ağayevin Abid Şərifovla olan müsahibəsini təqdim edirik.

– Abid müəllim, gəlin söhbətimizə Binəqəqdi rayon ərazisində yanmış binanın aqibəti ilə bağlı görülən işlərdən başlayaq. Sonra isə söhbətimizin gedişində digər məsələlərə çıxacayıq.

– Bəli.

– Əvvəlcə başlayaq ki, yanmış binanın belə desək, külünün altından nə çıxdı? Günahkarlar, müqəssirlər həmin o yaxalananlarmı oldu, yoxsa əlavələrdəmi çıxdı ortalığa? Bir sədr olaraq bildirərdiz, komissiya nə nəticələrə gəldi?

-Yanan bina ilə əlaqədar, vallah, hələ istintaq sona çatmayıb. Hələ son nəticə yoxdur. Yəqin ki, yaxın günlərdə bu məlum olasıdır. Son nəticə, səbəb və kimlərinsə təqsirləndirilməsi… Bu barədə mən əlavə deyə bilərəm? Indi hələ istintaq gedir, ona görə də, hələ ki, iki-üç gün bundan qabaq üçün məlumat belədir.

-İstintaq gedirsə onda hələlik onda bunun terror aktı olub-olmaması da hələlik araşdırılır?

-Yox, bu barədə söhbət yoxdur. Xeyr. Amma son nəticə, yəqin ki, gələn həftə, 10 gün ərzində tamamilə bitməlidir. Yəni son nəticə. O ki, qaldı digər məsələlərlə əlaqədar, inşaatla əlaqədar, biz çox çalışırıq ki, yəni inşaatçılar və biz də belə bir tapşırıq almışıq ki, bu bina 15 sentyabra kimi qurtarsın.

Nə üçün 15 sentyabr? Yəni dərslər başlanana qədər qurtarsın ki, orada yaşayan insanların balaları üçün, övladları üçün məktəb problemi, institut problemi yaşanmasın. Çünki bu insanlar ayrı-ayrı yerlərdə yaşayırlar. Bəziləri şəhərdən kənarda yaşayır, bəziləri uzaqda yaşayır, həmin o rayonda yaşamır. Ona görə bir problem olmasın deyə, əsas məqsədimiz bundan ibarətdir ki, 15 sentyabra kimi bu binanı qurtaraq. Düzdür bu, çox çətin məsələdir. Çox adam, ayrı-ayrı qəzetlıərdə mətbuatda, danışıqlarda araşdırmadan öz fikirlərini söyləyirlər. Ona görə mən istərdim bəzi məsələlərə aydınlıq gətirim.

– Əvvəl yuvarlaqlaşdıraq o deyilən fikirləri ki, sizin cavab verməyiniz üçün şərait yaradaq. Bəli mətbuatda məlumatlar yayılır ki, hətta, guya işlərin müəyyən bir hissəsi baha başa gəlir. Hətta deyirlər ki, guya camaatın orada yaşayacaq hissəsi nədənsə narazıdır. Yəni mən istiqaməti müəyyənləşdirirəm, sizi də bu istiqamətdə cavab verməyə dəvət edirəm.

– Mir Şahin müəllim, mən sizə onu deyə bilərəm ki, əvvəla biz baxmayaraq ki, yanğın söndürüləndən sonra (inşaataı təmin edəcək) podratçı təşkilat vətəndaşların, ev sahiblərinin iştrakı ilə, mənim xahişim və tapşırığım ilə və icra hakimiyyətinin nümayəndələri bütün o yanmış mənzilləri bir-bir gəziblər. Bir-bir və aktaşdırılıb. Yəni biz əvvəlcədən, sökməmişdən qabaq bilmişik ki, filan nömrəli mənzildə kafel nədir, hansı divar kağızıdur… Təxmini. Yəni divar kağızı yana bilərdi, tüstüdən rəngi gedə bilərdi, amma prinsipcə, aboy hansı rəngdədir, hansı ölkənin istehsalıdır və qiyməti nədir, bunu təxmini bilirdik.

-Əlbəttə, onu aydınlaşdırmaq olar.

– Yəni tam yananlardan söhbət getmir, prinsipcə, əksəriyyətini biz öyrənmişik. Ona görə də biz burada mənzilləri seçə bilmərik, biz mənzillərin hamısında cənab prezidentin göstərişinə uyğun olaraq, ən yüksək keyfiyyətli istər kafel, metlax aboy olsun, bunlar hamısı qoyulasıdır. Burada seçicilik söhbəti ola bilməz ki, kiminkində ucuz olub və ya baha olub. Hamısı ən yüksək keyfiyyətli- bu bir. İkincisi isə cənab prezidentin göstərişinə uyğun olaraq bütün mənzilləri biz mebellə təmin edəsiyik. Burada yalnız yataq mebeli yox, eyni zamanda mətbəx mebeli də təmin olunasıdır. Bütün mənzillər.
Bir də ki, bəzi adamlar təmirlə bütün yanmış evin bərpasını qarışdırır. Misal üçün bunu biz müqayisə edək indiki müasir vaxtda tikilən evlərlə. Deyirlər satırlar bir metrə kvadratını filan qədərə – min iki yüzə, min üç yüzə… Yerindən asılı olaraq amma təmirsiz. Elədirmi?

– Elədir.

– Yəni içərisində onun yalnız santexnika işləri görülür, kanalizasiya, istilik sistemi çəkilir, hər bir şey. Yalnız divar kağızıu vurmaq. rəngini aparmaq, döşəməni vurmaq, pəncərələr də yerində olur. Amma, bu evdə heç nə yoxdur. Bu evdə karkasdan başqa, hansı ki, o da 6-cı mərtəbədən möhkəmləndirilib, bütün fasad tamamilə sökülüb, pəncərələr, qapılar hamısı yanıb. Ona görə də bunu kimsə deyir ki, bu ucuzdu və ya bahadır… Bu, əsaslandırılmamış söhbətlərdir. Yəni bir də mən sözü təkrar edirəm ki. göstərişə uyğun olaraq ən yüksək səviyyədə bərpa olunur. Bundan əlavə demək istəyirəm ki, o sahədə istilik sistemi çox zəifdir. Ümumiyyətlə o 7-8 evdə belədir. Ona görə də yeni qazanxana tikilir. Tikilir yox, daha doğrusu, orada qazanxana yox idi, istilik mərkəzi idi. Onu çeviririk qazanxanaya ki, bu insanlar istər isti su, istər istilik olaraq yararlansın. O evlərdə ümumiyyətlə isti su məsələsi yoxdur. Bilirsiz ki,16 mərtəbəli evlərdə ümumiyyətlə qaz məsələsi yoxdur. Hamısı elektrik təchizatı ilədir. Amma təəsüflə qeyd edirəm, bunu ehtiyyatla danışıram. Mən bildiyim qədər, məndə olan məlumata görə, o 16 mərtəbəli evlərdə evin içərisində balon qazı istifadə olunur. Bu odla oynamaq kimi bir şeydir. Daha bir az qeyri-normal danışmış olsam, ölümlə oynamaq kimi bir şeydir. Evin içərisinə balon qazı gətirib, mətbəxdə və yaxud da isti su kimi və başqa prinsiplərə görə, istifadə etmək bu çox-çox xatalı bir məsələdir. Biz ona görə, bundan istifadə edib istəyirik ki, bu evin isti su problemini də mərkəzləşdirilmiş halda həll edək. Eyni zamanda bu evin su problemi. Burada yulnız bu evdən söhbət getmir. Biz o sistemi düzəltdikdə bütün ətrafdakı evlərin su sistemi yaxşılaşacaq. Eyni zamanda elektrik təchizatı. Belə ki, hər bir şey sıradan çıxıb. Burada istər birinci mərtəbə, istər beşinci, istər ofislər tamamilə sıradan çıxıb. Bütün fasad da o cür. Yəni, demək istəyirəm ki, çox ağır işdir bu, həqiqətən. İşin əvvəla həcmi çoxdur və tapşırıq ciddi tapşırıqdır ki, 15 sentyabradək, özü də, yüksək keyfiyyətlə öz həllini tapsın. Bir şeyi də nəzərə alın ki, bu 16 mərtəbəli evdə bir kran yox, bir şey yoxdur. Hamısı əllə görülmə işdir, məsələ burdadır. Mən sizə sadəcə bir misal söyləyəcəm. Binanın lifti… orada yəni belə bir balaca 50 kiloqramlıq qaldırıcı qoyulub. Onun maksimum qaldırma gücü 50 kiloqramdır. Amma iki dənə lift montaj olunmalıdır orada, lift qalxmalıdır 16-cı mərtəbənin damına. İndi düşünün. Ora 50-70 metr hündürlüyə qalxan kran da yoxdur.

– Yəni bu tikinti işlərini görməkdən ötrü lazımdır?

– Tikinti işləri çox çətindir. Yəni o müddətə görə deyirəm. Ona görə də liftlər də dəyişilir, məsələ bundadır. Ona görə də bəzi adamlar, bu bahalı məsələsinə görə, gəlsinlər. Bizə hər zaman inşaatçılar, sifarişçi, layihə institutu bütün sənədləri göstərə bilər. Artıq-əskik söhbətlərə yol verməmək məqsədi ilə. Əsas məsələ ondan ibarətdir ki. biz insanlarımızı razı salmalıyıq. Orada yaşan adamlarımızı. Ona görə də tapşırıq belədir ki, yüksək keyfiyyət olsun. Təkrar edirəm bir də, istər mətbəx, istər evdə bütün mebellə təmin olunmalıdır.

– Abid müəllim bu insanların dərdinə böyük hörmət. böyük sayğı ilə yanaşırıq. Bu gün fürsətdən istifadə edib bir də o binada yanmış, xəsarət almış, həlak olmuş insanların dərdinə şərik oluruq, ölənlərə baş sağlığı arzu edirik.

– Allah rəhmət eləsin!

– Bunlar öz yerində, amma biz bilirik ki, insanın naturasında bir az fürsətçilik var.

– Bəli.

– Onlar yaranmış fürsətdən istifadə edib həmişə bir-iki addım irəli düşmək istəyirlər. İndi təbii ki, kimsə evini, kimsə mənzilini itirib. Sizin dediyinizdən də belə başa düşdüm ki, bəziləri bu yaranmış fürsətdən istifadə edib daha çox əldə eləmək istəyirlər. Belə şeylərin şahidi olmursuz ki?

– Vallah, mən hazıram bir komissiyanın bir sədri kimi, hər bir vətəndaşı, mən gələn həftə gedərəm, məlumat verərəm İcra hakimiyyətinə, görüşərəm bir başa yerində. Bəlkə camaatın hansı sa bir istəyi var. Hələ mən bu günə qədər, yalnız bir məsələni biz sona çatdırmamışıq, o yanan maşınlarla əlaqədar. Ancaq mən adətən, məndə necə deyərlər bu poçtaya baxmaq məsələsi çox ciddi qoyulub. Belə bir məsələ və ya digər məsələlərlə əlaqədar mən özüm elə bir şey eşitməmişəm. Mən yığaram camaatı, xahiş edərəm görüşə gəlsinlər, kimin sualı varsa baxarıq. Bu yerdə mən hazıram baxmağa. Ancaq o deyilən çərçivə-çərçivəsində. Biz təkrar etmək istəmirəm…biz o Rəhmətə gedənlərə mən də qoşuluram, hamısının ailələrinə bir daha…Allah Rəhmət eləsin, Allah səbr versin. Amma biz lazımı işi lazımı keyfiyyətlə görəcəyik. Əyər kiminsə hansısa bir şikayəti varsa mən hazıram qulaq asmağa və baxılmağına.

– Bu binaların üzdüklərinin dəyişdirilməsi prosesi tam başa çatdı?

– Yox hələ, davam edir, bu yaxınlarda başa çatacaq.

– Bu hansı təşkilat edir? Adın da demişdiz siz keçən dəfə jurnalistlərimizə. Üzlüklərin dəyişdirilməsi ilə məşğul olan təşkilatın adını.

– Onlar (təşkilatlar) çoxdu.

– Yox. Alabala demişdiz, Əlibala demişdiz o şirkət.

– Yox o məndən soruşmuşdular ki, yanan evdə kim təmin edəsidir, kim məşğul olasıdır. Mən də o suala dedim ki, ay balam sənin üçün nə fərqi var kimdir? Sən guya bütün şirkətləri tanıyırsanmı? Bunu ciddi bir problemə döndərdilər.

– Bilirəm. Elə ona görə də qayıdıram, bir az yarı-zarafat gəldim bura.

– Orada işləyir “Aqrartikinti” şirkəti. “Aqrartikinti” şirkəti istər Bakıda, istər Bakıdan uzaqlarda, Azərbaycanın ayrı-ayrı bölgələrində, istər məktəb tikintisində, istər yaşayış evlərinin tikintisində təcrübəli bir şirkətdir. Mən bu şirkətin mütəxəssislərini tanıyıram, 50 ildən çoxdur ki, inşaata (sahəsində) işləyirəm, elə o müddətdə də onları tanıyıram.

– Yəni zəmanət var onların fəaliyyətinin keyfiyyətinə.

– İndi mən bir neçə misal çəkə bilərəm o şirkət haqqında, heç başqa şeyləri demədən. Heydər Əliyev sarayını yenidən təmir edən şirkətdir.

– Aydındır.

– Hacı Zeynalabdin Tağıyevin ev muzeyini restavrasiya edən şirkət. Bununla hər şey deyilir.

– Aydındır, aydındır.

– Yaşayış evlərindən, məktəblərdən danışmağa heç ehtiyac yoxdur. Elə bilirəm ki, bu hər bir ən aparıcı şirkətlər üçün də misal ola bilər. Yəni burada o keyfiyyətdən (ayrı) söhbət ola bilməz. Yəni zəmanət verilir. Düzdü təkrar etməyim amma, (yanan binanın) çoxmərtəbəli olmasından işin çətinlikləri əmələ gəlir.

– Abid müəllim nəzərə alsaq bu bizim bu yanmış bina ətrafında sizinlə yekun söhbətimizdir, indi siz özününz məsləhət bildiyiniz bir halda mətbuata açıqlama verəcəksiz, bu təbii ki sizin işinizdir.

– Sözsüz, bəli-bəli.
– Amma yekun söhbət olduğu üçün mən bu sualı vermiyə bilmərəm. Hökümət baş verən bu hadisədən hansı dərsi çıxartdı? Bundan sonra nələri başqa cür eləmək lazım gələcək?

– Əvvəla cənab prezident tərəfindən ciddi tapşırıq verilib və ayrı-ayrı qurumlara, o cümlədən də mənə. Biz tapşırıq veririk, otapşırıqların əsasında. Yeni qaydaların tətbiq olunması, cəzaların ciddilənməsi, ola bilsin bəzi dəyişikliklər olasıdır ki, mən onu indidən deyə bilmərəm. Soz söz, qərar qəbul olunasıdır. son nəticədə. Yəqin ki, buna vaxt lazımdır, çünki bu elə-belə xırda məsələ deyil. Ona görə də biz tapşırığa uyğun olaraq, ayrı-ayrı ölkələrin bir daha və bir daha…istər Avropa, istər Yaponiya, istər Amerika və digər aparıcı dövlətlərin, qonşu bizə qardaş dövlətlərin təcrübələrini öyrənirik, onlarda (olan) qanunlarını öyrənirik. İndi hesab ediz, 10-15 ölkənin yüzlərlə qanun-qaydalarını qaldırmaq…

– Bəli.

– Minlərlə vərəq.

– Böyük işdir.

– Onları almaq, çatdırmaq,öyrənmək, müqayisə etmək..

– Vaxt aparan işdir.

– Kiçik məsələ deyil. Ona görə də buna vaxt lazımdır. Biz belə bir tapşırıq almışıq. Yəni elə bilirəm ki, cənab prezidentin tapşırığına uyğun olaraq biz öz təkliflərimizi hazırlayıb təqdim edəsiyik.
– Və sonuncu sualım bu Nazirlər kabinetinin Bakıya müxtəlif rayonlardan gələn maşınların buraxılması ilə bağlı verdiyi qərarla bağlıdır. Bu qərar mətbuatda müxtəlif şəkildə təfsir olunur. Bəziləri hətta belə bəyanat verirdilər ki, guya rayon qeydiyyatında olan maşınlar şəhərə buraxılmayacaq. Bunun üçün aydınlaşdıraq.

– Çox sağolun bu suala görə Şahin müəllim. Başlamışıq biz hamımız şəhərə buraxmırlar və s. Mən sizə bir şey deyim də, əvvəla elə bir anlayış yoxdur. Biz şəhərə rayondan gələn vətəndaşlarımızı buraxmırıq…necə yəni buraxmırıq? Kim deyir onu buraxmırıq?
Biz deyirik ki, yəni biz belə bir rəyə, nəticəyə gəlmişik ki, şəhərə girən avtomobillər 5 tondan yuxarı, gün ərzində, saat 9-10 kimi buraxılmır. Yəni hansı ölkəyə getmiş olsaz bu qayda-qanun var.
5 tonacan fərq etməz. Gəlir, şəhərdə- girir, çıxır işləyir- problem yoxdur. 5 tondan yuxarı, gün ərzində şəhərin mərkəzinə girmək olmaz. İstər bu inşaatla əlaqədar olsun, istər bizim şirkətlər olsun, şəhər, istər digər fərq etməz. Yalnız axşam saat 10-dan səhər 7-yə kimi işləmək olar. Bütün ölkələrdə bu qəbul olunmuş qaydadır. İctimai nəqliyyatdan söhbət yoxdur ümumiyyətlə. Yəni Azərbaycanın istənilən bölgəsindən şəhər istiqamətində gələn avtobuslar, dövlət maşınları, xüsusi maşınlar, yəni xüsusi təyyinatlı maşınlar…heç bir problem yoxdur.

– Bu xüsusi təyyinatlı nələr daxildir? Təcili yardım maşınları, inkasator maşınları…

– Təcili yardım, yanğın maşınları, texniki yardım maşınları və s. Avtobuslar…heç bir problem yoxdur. Avtobuslar avtovağzalacan, taksi- avtovağzalacan…rayondan gəlir lisenziyası ilə…heç bir problem yoxdur. Amma gəlib şəhərin içində, hesab ediz də…

– Hesab ediz nədi, görürdükdə. Şəhərin mərkəzinə qədər çıxırdılar.

– O minik maşınları ilə gələnlər, hansılar ki, gəlirlər şəhərə,biz deyirik axşam gəlin. Bəzi adamlar deyirlər ki, bəzi bizim mütəxəssislər və ya ekspertlərimiz…eşidirəm, oxuyuram bəzi qəzetlərdə ki, axşam ən çox qəza vaxtıdır. Axşam bu şəhərə gələn şəhərdə oynamağa gəlmir ki, bu hansısa məqsəd üçün gəlir. Ya evinə gəlir, ya qonşusuna gəlir, ya bir iş dalınca gəlir…çox gözəl. Gəlir-gəlsin. Xoş gəlib. Gözümüz üstə yeri var. Əgər günüz vaxtı gəlirsə oturub gözləməlidir həmən o duracaqda.

– Bəli.

– Maşını qoyub gələ bilər avtobusla, ya taksi ilə. Maşını orda, necə deyərlər ödənişsiz dayanacaqdır, bütün orda şərait yaradılıb insanlar üçün. Yəni söhbət avtomobildən gedir, insanlardan getmir. Kim istəyir gəlsin.

– Təbii-təbii.

– Oradan da şəhərin istənilən istiqamətlərində avtobus marşurutları olasıdır, taksilər olasıdır. Və orda əyər kim istəsə bir saat, iki saat, üç saat oturmaq üçün bütün şərait yaradılasıdı. O ki, qaldı kimsə xüsusi maşında gəlir. Deyirik axşam gəl. Deyirlər ki. guya axşam-üstü ən çox qəza…hardadı o uçot? O uçota ən çox baxan mənəm, o bir komissiyanın sədri kimi. Biz əksinə deyirik ki, götürək bir komissiya kimi yox, vətəndaş kimi. Götürək bu jiqulidə yayın bu istisində, günün altında, nə kondisioneri var, nə bir şeyi var…40-45 dərəcə istinin altında, arvad, uşaq, bala, ana, “jiquli”də gəlir, ya bir “volqa”-da gəlir, ya başqa bir maşında gəlir. Bir də var ki axşam tərəfi gəlir, rahat gedir şəhərdə işini görür, maşınla gəzir, hara istəyir gedir, hara istəyir çıxır, sonra qayıdır çıxır gedir…qayıtmağa heç bir mərhələ yoxdur. Burada nə problem ola bilər, mən heç bir problem görmürəm. Sadəcə vətəndaşlarımıza deyirik ki, siz o minik maşınları ilə… yəni xəstələrdən söhbət gedə bilməz, kəndə təsərrüfatı məhsullarından gedə bilməz. 24 saat ərzində şəhərə girən bütün növ nəqliyyatlar, kənd təsərrüfatı məhsulları ilə buraxılırlar. O barədə söhbət ola bilməz. o cürə də qərar qəbul olunub.
Yalnız şəhərdə də biz xüsusi tələblər qoyasıyıq. Çünki şəhərdə istər işləyənlər üçün, yaşayanlar üçün normal şərait olmalıdır. Hər bir vətəndaşımızı narahat edən, Bakı sakinlərini…birinci şəhərdə olan bu nəqliyyatla əlaqədar problemlərdir. Məktəblərimizin yanından səhər keçmək olmur- doğrudurmu?

– Bəli-bəli.

– Hamı balasını uşağını maşınla gətirir, maşınla aparır. Yollar bağlanılır. Məktəblərin adını çəkmək istəmirəm.

– Təbii ki, hamısının ətrafı belədir.

– İkincisi. Bizdə Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır. Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necəsir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada…və bu başlayır birinci Amerikada. Biz ona görə də yazmışıq. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyati qurumlarımızdan xahiş edirik, tövsiyyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sistemi…sığorta, o biri, bu biri- 10-dan başlamalıdır işə. Hətta bu iş adamları üçün istər bankla əlaqədar, sığorta ilə əlaqədar adamlar üçün ki, işdən qurtardı saat 6-da gedib bankda öz işini görə bilər, o şirkətdə öz işini görə bilər. Yəni bu insanlara vaxt da qazandırır? elədirmi?

– Bəli-bəli.

– Və yaxud da götürək başqa bir misalı. Bizim universitetlərimizin, xəstəxanalarımızın böyük bir sahəsi var. Adlarını çəkmirəm, göz qabağındadır. Hamımız bu şəhərin sakinləriyik və bilirik. Amma heç kim, heç bir avtomobili içəriyə buraxmırıq. Niyə..? Niyə?
Bütün yollar bağlanılır. Yollarda müəllimlərin, tələbələrin avtomobilləri bütün yol ətrafı (düzülür). İstənilən universiteti götürmüş olsaz həmin bu vəziyyətdir elədirmi?

– Elədir.

– Biz deyirik ki, yaxşı həyətin varsa, zəhmət olmasa aidiyyati üzrə nazirlik, aidiyyəti üzrə təşkilat…bu avtomobillər içəridə dayanmalıdır. Və yaxud da ki, get “stoyanka”da dur.
Götürək bir başqa misal. Əvvəlcə deyirdilər ki, şəhərin mərkəzində parklanma yeri yoxdur. Götürək Azadlıq meydadında və ya Heydər Əliyev adına sarayın ətrafında, o boyda parklar tikilib. Gedir yolda saxlayır, amma…

– Ora getmir

– Hər bir avtomobil üçün bəyəm xüsusi bir post yaranmalıdır ki, balam yolda dayanmaq olmaz? Birinci növbədə biz bu şəhərdə, küçələrdə dayanan avtomobillərər qarşı xahiş edirik, tələb edəsiyik ki, bunlara qarşı nəzarət ciddiləşsin, bunlar yolların hərəkətini çətinləşdirməsinlər. Götürək bir başqa misal Sumqayıt…Mən bir başqa misal çəkim sizə. Mən bu yaxınlarda iki günlüyə İsrailə getmişdim işlə əlaqədar. Mən orada mənlə olan, orada İsraildə tanınmış adamdan soruşuram ki, İsraildə bir ildə avtomobil qəzasında nə qədər insan tələf olur? Deyir 190-220 arasında.
İsrailin 8 milyon 500 min əhalisi var. Bizdə bu günə 9 milyon 650 min. İndi heç kimə də sirr deyil bunun beş-altı yüz mini istər tələbə kimi xaricdə oxuyur, istər bir iş adamı kimi ayrı-ayrı respublikalarda çalışırlar, amma adı Azərbaycandadır, gəlir-gedir.

– Bəli-bəli.

– Demək olar ki, əhalimizin sayı uyğundur.

– Bəli-bəli.

– Bizdə amma, bir ildə 6-7 dəfə İsraildən çox insan Rəhmətə gedir, dünyasını dəyişdirir, 1200-1300 arasında. Bir üç-dörd dəfə də çox insanlar şikəst olur. Mən o biri hələ cəhətlərini demirəm. İndi baxın. Avtomobilin sayı da bizdən çoxdur (İsraildə) istər ölçü üzrə, istər adam başına düşən. Necə edək ki, bu nədən əmələ gəlir? Biz bundan heç vaxt danışmırıq ki, necə edək ki, bu bədbəxtçilikdir ki, bir il ərzində baxın 1260-1300 insanı, özdə əksəriyyəti də cavan-cavan uşaqlar itiririk. Bir 4 dəfə də, 3 dəfə yarımdan da artıq insanları şikəst edirik. Biz bundan danışmırıq, bunun səbəbini araşdırmırıq ki, nə üçün biz içmiş və yaxud da ki, belə insan kimi maşın sürə bilmirik ki, bu insanlarımızı itiririk. Bundan danışmırıq. Amma biz deyəndə ki, ehtiyyatlı ol, belə vaxtı şəhərdə “probka” yaratmayaq, insanları incitməyək, minlərlə insan stres keçirməsin, bir beş-on nəfər, ya əlli nəfər, ya yüz nəfər gəlib bir iki saat dayansın orda…biz bunu həmən problemə döndəririk. Mən sözün doğrusu necə deyim çətinlik çəkirəm belə məsələlərdə. Amma ürək yanğısı ilə danışıram ki, mən çox istərdim ki, çox arzulardım ki, biz hamımız eyni mənada bunu dərk edək. Azərbaycanda olan qəzaların ən çoxu Bakı şəhərindədir. Nə üçün? Elə bu səbəbdən. Hansı səbəbdən qəzalar baş verir, mən bunu açıqlayasa deyiləm. Onu mütəxəssislər, tez-tez ayrı-ayrı televiziya kanallarında dövlət yol polisinin işçiləri son zamanlar deyirlər. Ona görə də istəyimiz nədir. Birinci növbədə ayrı-ayrı məhdudiyyətlər qoyduqda. Bakıda yaşayan iki milyon yarımdan çox əhali bunlar stress içərisində yaşamasınlar. İşə getmək problem-işdən qayıtmaq problem. 20 dəqiqəlik yolu bir saata gedirlər. İndi hesab elə bu insanlar nə yaşayırlar. Ona görə biz istəyirik ki, camaat üçün, camaatımız üçün, insanlarımız üçün normal şərait olsun. İstəyimiz budur, başqa bir şey deyil.

– Aydındır. Abid müəllim indi buradan çıxan iki sual var. Mən bunları da mütləq verməliyəm. Əvvəla biz dedik ki, günün belə deyək də, işıqlı saatlarında onlar şəhərə girməkdə məhdudiyyətlərlə üzləşəcəklər, konkret adlarını çəkdiyimiz sahələrdə, hamıya şamil olunmur bu, amma axşam oların şəhərə daxil olması sərbəst olacaq.

– Özü girsin də, avtobusla minsin gəlrsin, taksiylə gəlsin.

– Yox-yox, onu bitirdik. Amma onun maşınının içəri girməsi, şəhərə girməsi mümkün olacaq axşam.

– Axşam gəlsin, nə vaxt istəyir .

– İndi sizə elə gəlmirmi ki, gündüz bir problemi şəhərdən qırağa çıxarırıq, axşam o problemi dəvət eliyirik Bakıya

– Niyə?

– Tıxaclar olacaq Bakıda axşamlar

– Yox-yox. Əvvəla siz gündüzlə gecə sızlığını, axşam sıxlığını müqayisə etmək qeyri mümkündür. Bu ayrı-ayrı şeydir. Yox.

– Bu belə olmayacaq?

– Yox-yox, yox-yox

– Yəni araşdırmalar zamanı bunu müəyyən etmisiz?

– Hər yerdə, əksər ölkələr də olan şeydi. Yəni biz, necə deyərlər, samovar deyirlər də icad etmək fikrində deyilik.

– İndi biz nəqliyyatdan danışırırqsa yəqin velosiped daha yaxşı olardı da, velosiped icad etmək…

– Tamamilə doğrudur

– Abid müəllim bilirsiz nə üçün soruşuram? Tutaq ki. bu adam gündüz gəlməyib, axşam gəlib şəhərə, düzdür- fərq var, gündüz və axşam şəhərə daxil olan avtomobillərin sayında da fərq var, gəzintinin, maşınla gəzintinin də tezliyində fərq var. Amma Nazirlər kabinetinin qərarının verilməsi zamanı araşdırmalar yəqin aparılıb və biz müəyyənləşdirə bilmişik də, şəhərdə tıxac yaradan nəqliyyat vasitələrinin hansı hissəsi rayondan gələnlərdir?

– Yox onu siz düz sual verirsiz. Şəhərdə tıxac yaradan rayondan gələn əyər say hesabı saysaq, hardasa 60-80 min arasıdır. Yəni bura Sumqayıt da, Bakının ətraf qəsəbələrindən söhbət getmir. Bu Azərbaycanın ayrı-ayrı rayonlarından gələn maşınlardır. 60-80 ayrı-ayrı vaxtlarda yəni qış-yay vaxtlarında bu dəyişilir. 60-80 bəzən 90 minə də çatır. Bu az rəqəm deyil.

– Böyük rəqəmdir bəli.

– İndi götürək Sumqayıtı. Yəqin ki, bilməmiş deyilsiz. Sumqayıtdan bura gəlir gündə 18-20 min maşın gəlir-gedir. Ona görə də cənab prezident tərəfindən qərar qəbul olunub, göstəriş verilib daha doğrusu, göstəriş verilib ki, Bakı-Sumqayıt arasında sürətli elektrik qatarı sentyabrın 15-nə kimi işə düşməlidir. Bundan ötəri qatarlar da alınıb, bura gəlməlidir. Böyük iş görülüb, çox ciddi iş. Yəni Bakıdan Sumqayıta qədər dəmir yolu tam təmir olunur, yenidən qurulur, elektrik işləri yenidən qurulur, avtovağzallar yenidən qurulur. Bu sözsüz ki, elektrik qatarının işə düşməsi işimizi asanlaşdırasıdır. Amma yalnız rayondan gələn avtomobillərlə bitmir iş. Söhbət, biz yalnız, bizim komissiyanın qərarı ilə tanış olan olmuş olsa, orada çoxlu-çoxlu ciddi məsələlər qoyulur. Mən sadəcə bir-ikisini sizə söylədim

– Yox, mən oxumuşam o sənədlə də tanışam.
– Söhbət eyni zamanda avtobuslardan gedir, söhbət eyni zamanda taksilərdən gedir, söhbət eyni zamanda lisenziyasız taksilərdən gedir, istər rayondan gələn, istər şəhərin özündəkilərdən, istər nizam-intizamdan gedir, istər avtobusların özbaşnalıqları, sürücülərinin dayanacaqlarda və yaxud da yollarda icazəli-icazəsiz, mən bir-ikisini söylədim də sizə…universitetlər, məktəblər, xəstəxanalar…bu cürə də dövlət idarələrindən də danışmaq olar, bu cürə də ayrı-ayrı özəl şirkətlərin hamısının qabağı bağlı, yollar daralı, bunun da nəticəsində problemlər yaranır. Mən yalnız, indi hamını maraqlandırır ki, bu məhdudiyyət nə üçündür, amma şəhər içərisində soruşan olmur. Biz bütün bu məsələləri öyrənib, araşdırıb, ətraflı, istər dövlət yol polisi işçiləri tərəfindən, istər Daxili işlər naziri, Nəqliyyat naziri, şəhər İcra hakimiyyəti, ayrı-ayrı ölkələrin təcrübəsin öyrənib biz bu nəticəyə gəlmişik.

– Və nəhayət sonuncu sual. Bu yəqin ki, bizim hər birimizi həmişə narahat edən məsələdir. İnsan faktoru nəzərə alınıbmı burada? Yəni bu qərarı icra edənlər xırda məmurlar da var iri çəkili məmurlar da olacaq…necə nəzarət edə biləcəyik ki, bizim qoyduğumuz, hökümətin qoyduğu bu qanun, bu qayda yerlərdə qüsursuz icra olunacaq? Kimsə (pul) alıb buraxmayacaq şəhərə. Necə nəzarət olunacaq?

– Bilirsiz yerlərdə əvvəla Daxili İşlər nazirliyi tərəfindən, yalnız Bakının, şəhərin girəcəyindən söhbət ola bilməz. Ayrı-ayrı rayonlarda, İcra Hakimiyyətlərinə tapşırılıb, ayrı-ayrı rayonlarda, şəhərin girəcəyində-çıxacağında, necə indi mövcud postlarda, danışıqlar aparılır vətəndaşlarımızla. Xahiş olunur ki, bu boyda yolu gəlib burada daynma, axşam tərəfi gəl. İndi hesab ediz 400 kilometr yol gəlir…400 kilometr çıxmasın saat 12-də, çıxsın saat 2-də 3-də fərqi varmı?
– Bəli, bəli.

– Sözsüz ki, əyər kimsə düşünürsə. kimsə yolda dayanasıdı, ver-keç məsələsi…bu artıq səhv düşüncədir. Bütün ölkə masştabında bu danışıqlar. bu işlər aparılasıdır və artıq bu işdə gedir. Siz bəyəm hiss etmirsiz ki, şəhərdə?

– Yox ümumiyyətlə hiss olunur

– Düzdü indi tələbələr yoxdu. İndi hesab ediz ki,artıq ali təhsil ocaqlarında 60 min uşaq, tələbələrimiz, balalarımız oxuyasıdır, gələsidirlər 15-sentyabrdan. 60 min…hələ mən məktəbləri demirəm, elədirmi?

– Bəli, bəli.

– Bunların bilmirəm nə qədəri rayondandır, nə qədəri şəhərdəndir, biz o uçotu aparmamışıq, bilmirik, təəssüflə qeyd edirəm. Ancaq buna baxmayaraq, elə Avropa oyunlarından qabaq şəhərdə nəfəs almaq olmurdu elədirmi?

– Elədir.

– İndi bu müddətdə həmən şəhərdə problem varmı bu gün?

– Yox çox rahatdır, bəli-bəli çox rahatdır.

– Biz bir problem yaratmamışıq ki?

– Yox.

– Sadəcə, ciddiləşib məsələ ki, insanlarımızla, vətəndaşlarımızla bütün bölgələrdə iş aparılır. Çünki bu camaataı, indi hesab ediz ki, mən 20 mindən 30 mindən danışmayım, 5 min…lap 5 min gəlib. 5 min saxlamaq olarmı? Bu ağla batan şey deyil. Kimsə o cür düşünürsə səhv düşünür.

– Yox indi bütün hallarda bu suallar cəmiyyətdə varsa biz onları verməliyik və təşəkkür edirəm ki, siz də cavab verdiz.

– Sağ olun.

– Bu günləri çox səmimi çox şəffaf bir söhbətimiz oldu

– Çox sağ olun.

– Çox sağ olun, Abid müəllim.

– Sağ olun.

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website