29.07.2015 / 14:34 xeber –
Türkiyədə neft boru xətti partladılıb.
APA-nın xəbərinə görə, ölkənin enerji və təbii sərvətlər naziri Tamer Yıldız partlayışın bu gün səhər saatlarında Şırnak vilayətinin Cizrə rayonu ərazisində törədildiyini bildirib. Nazir deyib ki, Kərkük-Yumurtalıq neft boru xəttindəki partlayış qəsdən törədilib: “Terror aktından dərhal sonra boru xəttindən neftin nəqli dayandırılıb. Bu səbəbdən yanacaq itkisi qeydə alınmayıb”.
mənbə :
lent.az
Şərh yaz.