19:52 xeber – Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Seltik” – “Qarabağ” matçı Azərbaycan Televiziyası ilə canlı yayımlanmalı idi.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, иununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı.
Ancaq yayım baş tutmaya bilər. Bu barədə “İdman Azərbaycan”ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib:
“Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq “İdman Azərbaycan” kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə “Seltik” tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir”.
“Seltik Park” stadionu
“İdman Azərbaycan” kanalı hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdrir.
Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər “Seltik” rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq Az.TV-dən asılı olmayan səbəblər üzündən “Seltik” – “Qarabağ” matçı canlı göstərilməyəcək. Və bu yayımın baş tutmamasına görə, bütün məsuliyyət “Seltik” klubunun üzərinə düşür”.
Şotlandiyanın “Seltik” klubu
Həmçinin oxuyun: “Qarabağ” daha bir tarixi ilkin astanasında
mənbə :
anspress
Şərh yaz.