19:14 xeber – Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə (hərbi həkim işi ixtisası üzrə) müsabiqə zamanı boş qalmış plan yerlərinə əlavə qəbul həyata keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, əlavə müsabiqə 20 plan yeri üzrə aparılır. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək müraciət etməlidirlər.
Həmçinin oxuyun: TQDK keçid ballarını açıqladı
mənbə :
anspress
Şərh yaz.