Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
04/02/2019

Zənginləri aldadan şirkətlə bağlı ŞOK məlumatlar! – DİN – dən əməliyyatla bağlı Açıqlama (Yeniləndi)

Zənginləri aldadan şirkətlə bağlı ŞOK məlumatlar! – DİN – dən əməliyyatla bağlı Açıqlama (Yeniləndi)




Mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış!
Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxslərinin həbs edildiyi məlum olub. Bu haqda afn.az-a məlumat verən mənbə bildirib ki, həbslərə səbəb mağazalar şəbəkəsində satışa saxta etiketlərlə mal çıxarılmasıdır.

Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.

Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım isə xəbəri təsdiqləsə də, mediaya ətraflı məlumat verməkdən imtina edib. O, bildirib ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam, gəlib haqq-hesabımızı çəkəcəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Mətbuata məlumat verən mənbə isə Aybəniz xanımın sadəcə işlərin başında dayandığını, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğunu söyləyib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.

“AzPolitika.info” həm mağazalar şəbəkəsinin əsl sahibləri, həm də bu həbsin təfərrüatları ilə bağlı əlavə məlumatlar əldə edib. Özəl mənbələrdən saytımıza verilən məlumatlarda hüquq-mühafizə orqanlarının “Lady Sharm”da uzun illərdir baş verən bir çox cinayət faktlarını ortaya çıxardığını bildirilir.

Bu məlumatlara keçməzdən əvvəl qeyd edək ki, “Lady Sharm” şirkətinin özü ilə bağlı yaydığı məlumata görə, 1998-ci ildən etibarən topdan geyim mağazası kimi fəaliyyətə başlayıb. 2012-ci ildən etibarən öz mağazalar şəbəkəsini yaratmağa start verib. Əvvəlcə 2 mağaza ilə fəaliyyətə başlayan “Lady Sharm” şirkəti qısa bir zamanda inkişaf edərək artıq 2014- cü ildə paytaxt ərazindəki mağazalarının sayını 12- yə çatdırıb.
2016-cı ildə regionlarda da mağazalar açmağa başlayan “Lady Sharm”ın hazırda 16 geyim mağazasının olduğu bildirilir. Şirkət Türkiyə, İtaliya, Fransa, İspaniya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq etdiyini, xarici ölkələrdən keyfiyyətli məhsullar gətirib satdığını elan edib.

Ancaq hüquq-mühafizə orqanlarının “Lady Sharm”da həyata keçirdiyi əməliyyatlardan sonra məlum olub ki, şirkətin mağazalarında əsasən tanınmış xarici brendlər deyil, onların etiketləri vurulmuş saxta sex məhsulları və Çindən gətirilmiş mallar satılıb. Daha dəqiqi, “Lady Sharm”ın mağazalarında məşhur brendlərin ziyafət, gündəlik, kokteyl, işgüzar geyimləri, kostyumlar, frençlər, paltolar, dəri və müxtəlif materiallardan kombinasiya olunmuş üst geyimləri, xəzlər, çantalar və ayaqqabıların əsasən Türkiyədən, Fransadan, İspaniyadan, İtaliyadan və dünyanın bir çox ölkələrindən gətirildiyi deyilsə də, həmin malların əksəriyyətinin ya Bakıda, ya da Çində hazırlandığı məlum olub.

Bununla da şirkətin sahibləri mağazalarından mütəmadi alver edən tanınmış şəxsləri, varlı təbəqəni aldadaraq külli miqdarda qanunsuz qazanc əldə ediblər.

“Azpolitika.info”ya verilən məlumata görə, bu fakt mağazadan daimi alver edən nüfuzlu bir neçə ailənin üzvləri tərəfindən ortaya çıxarılıb. Onlar İtaliya və Türkiyənin tanınmış geyim brendləri adı ilə çox baha qiymətə aldıqları məhsulların saxta olduğunu öyrəndikdən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bu şikayətləri araşdıran Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel”) “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığnı, sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Bununla əlaqədar müafiq maddələrlə cinayət işi açılıb, istintaq başlayıb.
İstintaq çərçivəsində şirkətin 6 əməkdaşının saxlanıldığı, dindirildikdən sonra onların sərbəst buraxıldıqları bildirilir. Ancaq həbs edilənlərin də olacağı gözlənilir.

Belə ki, araşdırmalar zamanı şirkətin “Binə” Ticarət Mərkəzində böyük bir sexi aşkarlanıb. “Lady Sharm”ın mağazalarında tanınmış brend adı ilə satılan məhsulların müəyyən hissəsinin bu sexdə hazırlandığı məlum olub.

Məlumata görə “Binə”də sexdə istehsal olunan məhsulların üzərinə müxtəlif bahalı brendlərin etiketlərini yapışdırıblar, altından “Made in İtaly”, “Made in Turkey” və yaxud Avropanın başqa bir ölkəsinin adı yazıllaraq öz mağazalarında satışa çıxarıblar. Buna görə də oxşar məhşul şirkətin mərkəzi mağazalarında çox baha qiymətdən, kənarda və regionlarda olan mağazalarında isə bir qədər ucuz satılıb.

Mağazalarda satılan məhsulların digər hissəsinin isə Çində sexlərdə ucuz qiymətə hazırlatdırılaraq Bakıya gətirildiyi, burada etiketləri dəyişdirilərək tanınmış brendlərin məhsulları kimi satışa çıxarıldığı bildirilir. Şirkətin sahiblərinin gömrükdə yüksək rüsum ödəməmək üçün məşhur brendlərin etiketlərini Çində deyil, Bakıda vurduqları ehtimal olunur.

Bundan əlavə şirkətin bəzi orta səviyyəli brendlərin keyfiyyətsiz – “defekt” məhsullarını gətirib satdığına dair də iddialar var. Hansı ki, həmin mallar firmaların fabriklərində “düzgün tikilməyən mallar” adı altında toplanaraq, ucuz qiymətə istəyənlərə satılır…
Qısası, “Lady Sharm” mağazalar şəbəkəsində vətəndaşlar kütləvi şəkildə aldadılıb. Brend mal həvəskarları, xüsusən də tanınmış müğənnilər, məmurların xanımları, xüsusi günlər üçün ziyafət paltarı alanlar şirkətin toruna düşərək, çox uzuz qiymətə olan məhsullara iri məbləğdə vəsaitlər ödəyiblər. Məsələn, normalda 150-200 manat dəyəri olan bir üst geyimi brend məhsul adı ilə 1500-2000 manata satılıb. Bunun nəticəsində şirkətin külli miqdarda qazanc əldə etdiyi bildirilir. Ancaq bu gəlir saxta məhsullar sataraq əldə edildiyindən, rəsmi qeydiyyatdan yayındırılıb. Yəni, müştərilərə brend adı ilə 3000-5000 manata satılan məhsulun real dəyəri 300-400 manat olduğundan, vergi də aşağı məbləğdən ödənilib… Eləcə də, bəzi “brend” geyimlər Çində hazırlatdırılaraq gətirildiyindən, yəni ucuz məhsullar olduğundan gömrük rüsumu da buna uyğun ödənilib.

Bununla da yalnız istehlakçıları, müştərilərini deyil, həm də dövləti aldadıblar.

“AzPolitika.info”ya verilən məlumata görə, şirkətin “qara kassası” ilə bağlı ilkin araşdırmalar təxminən 5 milyon dolların vergidən yayındırıldığını ortaya çıxarıb.

Eyni zamanda şirkətdə çalışanların əksəriyyəti ilə əmək müqaviləsinin bağlanmadığı, ötən illər ərzində dövlət büdcəsinə çatmalı külli miqdarda sosial ödənişlərin də mənimsənildiyi vurgulanır.
Yuxarıda qeyd etdiyimiz kimi, mətbuata açıqlama verən Aybəniz xanım adlı biri özünü şirkətin sahibi kimi təqdim etsə də, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğu bildirilib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.

“AzPolitika.info” bu haqda da məlumatlar əldə edib. Saytımız dəqiqləşdirib ki, “Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri Emin və Rövşən İsmayılov qardaşlarıdır. İşlərin əsas təşkilatçısı kimi isə Rövşən İsmayılovun adı çəkilir (şəkildəki Rövşən İsmayılovdur-müəl.). Bu qardaşların hazırda Türkiyədə olduqları, hüquq-mühafizə orqanlarının çağırışlarına baxmayaraq, ölkəyə qayıtmadıqları bildirilir.

Hətta qardaşların hansısa vasitə ilə “Lady Sharm”ın mağazalarında əməliyyat aparılacağını əvvəlcədən bilərək Türkiyəyə qaçdıqlarını söyləyənlər də var. Hər halda sahibi olduqları şirkətin xeyli sayda əməkdaşının bir həfətəyə yaxın həbsdə qalmasına, özlərinin dəfələrlə Bakıya çağırılmalarına baxmayaraq, Azərbaycana qayıtmamaları bu qardaşların məsuliyyətdən yayınmağa cəhd etdiklərini ehtimal etməyə əsas verir. Bir başqa ehtimal isə budur ki, xərçəng xəstəliyinə tutulduğunu deyən Aybəniz xanımın özünü şirkətin sahibi kimi təqdim etməsi, bütün məsuliyyəti sadə əməkdaşların üzərinə atması Emin və Rövşən İsmayılov qardaşlarının planıdır. Bununla məsələni “sakitcə” həll etməyə çalışırlar. Bacaracaqlarmı, zaman göstərəcək…

Qeyd olunan iddialarla bağlı Emin və Rövşən İsmayılov qardaşlarının mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Təbii ki, “Bandotdel”in tapa bilmədiyi qardaşlarla əlaqə qurmaq o qədər də asan olmadığından…

*****

Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov (“Lady Sharm”-ın sahiblərinin kişik qardaşıdıtr – “AzPolitika.info”), həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti