Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Mehemmed Peyğemberin soykökü: bitmeyen suallar, heyrete salan cavablar… – ARAŞDIRMA

Məhəmməd Peyğəmbərin soykökü: bitməyən suallar, heyrətə salan cavablar... - ARAŞDIRMA

03/08/2015

17:30


03.08.2015 / 17:27 xeber –

 

 

İslam elçisinin türklərə yazdığı məktubun Vatikanda tapılan surəti Lent.az-da

 

 

“Əgər araşdırsanız, Peyğəmbərimizin

Türk olduğunu sübut edə bilərsiz”

ATATÜRK

 

 

Həzrəti Məhəmmədin soykökü haqqında müzakirə və mübahisəli məqamlar onun dövründən üzübəri hər zaman olub. Əlbəttə, istənilən bir şəxsə yaxınlaşıb soruşsaq, cavabı eyni olacaq: Həzrəti peyğəmbər ərəb idi. Ərəbistanda islam dinini yayıb. Qısa olaraq qeyd edək ki, Hz.Məhəmmədin anadan olduğu il eramızın 570-ci ili sayılır. Hz.Məhəmmədin uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Bizə məlum olan ancaq budur ki, o, uşaq vaxtından  yetim qalıb: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Hz.Məhəmməd altı yaşında olarkən ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Hz.Məhəmmədə babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlayır. Hz.Məhəmməd onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.

 

***

 

Hər bir tarixin görünməyən tərəfi də var. Bəzən bu cür məqamlar bilərəkdən gizlədilib, ictimaiyyətdən uzaq tutulub. Məlumdur ki, tarixi təhrif edənlər öz maraqlarını güdüblər. Bizim üzərimizə düşən isə bu müzakirələri davam etdirməklə, , necə deyərlər, Ayın görünməyən tərəfinə işıq salmaqdır.

 

***

 

İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının beşiyi sayılır. İngilis alimləri S.Lloyd və Q.Çayldın fikrincə, bu yerlərdə türklər çox qədim dövrlərdən məskən salmış, qonşuların həsəd apardığı yüksək mədəniyyət yaratmışlar. Şumerlərin ilk dövləti Dəclə və Fərat çaylarının cənub axarı arasında əmələ gəlmişdir. O vaxtlar bu çaylar ayrı-ayrılıqda İran körfəzinə axırmış. Çayların arasındakı düzənliyə yunanlar Mesopotamiya demişlər. Ərəblər isə eyni mənalı Beyn əl Nəhreyn sözünü işlədirlər. (В.И. Уколова, Л.П. Маринович. История Древнего Мира. Издательство «Просвящение» 2009. С. 301)

 

İlk zamanlar bütün şumerdilli ərazilərdə əhalinin özünüadlandırması yox idi, “Ur adamı”, “Uruk adamı” və s. deyilirdi.

 

Məhəmməd peyğəmbərin 11-ci babası Qüreyşin adından irəli gələrək, onun mənsub olduğu tayfa qureyşlər adlandırılmışdı. (Michael Cook, Muhammad, Oxford University Press, 1983, s.12)

 

Şumerlərin məlum olan iqtisadi-mədəni və hərbi baxımdan inkişaf etmiş iki böyük Ur və Uruk şəhərlərinin adları ilə bağlı Mesopotamiyada və qədim Misirdə çoxsaylı toponim, hidronimlər indiki dövrə qədər gəlib çatmışdır. Afrikanı Asiya ilə ayıran Qırmızı dənizin şərq sahilində yerləşən Sina, Tur dağları Misirlə Mesopotamiyanın qədim sərhədləri olmuşdur. Misirlilər Tur dağını belə adlandırmaqla, yəni “Tu-Ur”- şərq tərəfdəki Ur dövlətini nəzərdə tutmuşlar: burada yaşayan əhalini də “tuureyş” – turlular adlandırmışlar. “Assuriya” sözü də misirlilər tərəfindən verilən ad olmaqla “as” , şumerlilərdə “az”-azman, cəsur, igid, “ur” – ərazi, dövlət, xalq: şumerlilər ölkələrini “Azuriya” adlandırırdılar. (Зарождение первых цивилизаций. Кто такие шумеры? http://www.e-reading.club/chapter.php/144986/3/Mironov_-_Drevnie_civilizacii.html )

 

Qeyd etdiyimiz kimi, ümumi tayfa adlarının şəxs adlarına çevrilməsi də tarixi xüsusiyyətilə ənənəvi halda yayılmışdır. İndiki Uyğur türklərinin keçmiş tayfa adı “Türeyşi” olmuş və sonradan “uyğur” adlanması Bilgə xaqan tərəfindən yaradılmış dövlətin adı ilə bağlıdır: “uyğur-uyuşan-ittifaq” deməkdir… Məhəmməd peyğəmbərin babası Qüreyşə verilən ad da təsadüfi deyil, həmin ad mənsub olduğu tayfa şəcərəsi ilə bağlıdır. (Abu’l-Farac Tarihi, c. 1, çev. Ömer Rıza Doğrul, TTK, Ankara 1999, s. 79)

 

Bu günün özündə də Buxaranın yanında Qüreyş kənd və tayfa vardır. Türkiyədə Kureyşan Ocağı var ki, Xorasandan gələrək Anadoluya yerləşən On iki tayfanın bağlı olduğu bir ocaqdır.

 

Namik Kemal Zeybek, “Halka ve Olaylara Tercüman” qəzetinin 6 fevral 2005 tarixli nömrəsində “Hazreti İbrahim Sümerli mi?” adlı məqaləsində yazır: “Ərəb mənbələrində Həzrət Məhəmmədə və ailəsinə Arab-ı Müsta’ribe”, ya da “Arab-ı Mütearribe” deyilir. Yəni "qərib ərəb, xarici ərəb, sonradan ərəbləşəm" mənalarına gəlir. Bundan irəli gələrək ən ali insan olan Həzrəti Məhəmməd, Həzrəti İbrahimin oğlu Həzrəti İsmayılın nəslindəndir. Həzrəti İbrahim, bir Şumerdir. Şumerlər Türkdür. Elə isə, Həzrəti Məhəmməd nəsil olaraq Türkdür…”

 

Peyğəmbərimiz Məhəmmədin atası Abdülmuttalibin oğlu Abdullah, anası isə Sifətin qızı Amənədir. Atası Abdullah, Qüreyş Qəbiləsinin Haşimoğulları qolundan, anası Amənə isə Zühreoğullarından idi. Hər ikisi də Məkkəlidir. Bu barədə Buxarı “Səhih Hədislər”də Peyğəmbərin dilindən ətraflı məlumat verərək yazır: "Allah, Həzrət İbrahimin oğullarından Həzrət İsmayılı, İsmailoğullarından Kənanoğullarını, Kənanoğullarından Qüreyşi, Haşimoğullarını, Haşimoğullarından da məni seçmişdir" (Sahihi Buhari Muhtasarı Tecridi Sarih Tercemesi ve Şerhi, 6. C. s:16).

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” rədifli qəzəlinin

 

“Gərçi bu gün Nəsimiyəm,

Haşimiyəm, qüreyşiyəm,

Məndən uludur ayətim,

Ayətə, şanə sığmazam”

 

beyti də dəlil, sübut kimi bu iddialara əlavə olaraq göstərilir.

 

Məhəmməd peyğəmbərin soyunun türk olduğunu iddia edənlərə görə, Peyğəmbər Əfəndimiz “mən o ərəblərdən deyiləm” deyəndə, zaman-zaman tarixi proseslə bağlı ərəb dilini qəbul etmiş türeyşilərdən olduğunu vurğulamışdır. Hətta XIII əsrdə yaşamış görkəmli islam filosofu Qutbuddin Ravəndi yazır: “O (peyğəmbər), … qıyıqgözlü bir türk idi…” (Ravandi. Rahət al-sudur wa ayat al surur. Editor. Muhammad İqbal. G. M. S, London, 1921.)

 

Həzrəti Məhəmmədin türklərlə genetik bağlılığını iddia edənlərin əsas dəlillərindən biri də onun türk damğalarından istifadə etməsidir. Peyğəmbərin qılıncı türk kökənli ustalar tərəfindən hazırlanmışdı.

 

Bütün ərəb mənbələrində Süreyc qəbiləsindən bəhs edilir. Süreyclilerin Orta Asiyadan gələn türklər olduğu ərəb tarixçilərinin əsərlərində də keçir. "Ubeydullah Türk" deyirlər. Ubeydullah Süreyc tayfasındandır. Bu sülalənin peşəsi qılınc ustalığıdır. Bu ailə Orta Asiyadan Anadoluya, oradan da Məkkəyə karvanlarla gediblər və Məkkəyə məskunlaşmışlar. (Sıhhaül Arabia, Tali.a.attar.Mısır 1956 1.sh. 322)

 

Bu qılınc, hələ Osmanlı Dövləti qurulmazdan əvvəl, Həzrət Osman dövründən, Ərtoğrul Qazının əlinə Şeyx Edebali vasitəsilə "müqəddəs bir işarə" olaraq təslim edilmişdir. (İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.8,s.370; Dar Alam al-Kutub, ər-Riyad, 1424/2003)

 

Rəsmə diqqətlə baxaq: Həzrəti Məhəmmədin qılıncı üzərində Oğuzların Bozox qolundan boya məxsus Damğa var. (Bax foto 1) Qayı kəlməsi; "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. (Bax: foto 2). Oğuz boyundan Qayı boyunun damğası kimi tanıdığımız “IYI” damğası Erkən Tunc dövründən başlayaraq Avrasiya qitəsində qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilməkdədir. “Göy Tanrı” işarəsidir. Günümüzdə bu adət Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi yaşamını sürdürməkdədir.

 

Bir faktı da qeyd edək ki, bu gün muzeylərdə saxlanılan Ağqoyunlu dönəminə aid olunan döyüş dəbilqələrinin üzərində həkk edilmiş qayı boyu damğası “IYI” və onunla bərabər ərəb yazısı ilə 6 (۶) rəqəminin yanaşı həkk olunması da maraq doğurur.

 

Oğuz Xan oğlu Gök Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Bu səbəblə Qayı boyu Oğuz boyları arasında ilk sırada göstərilməkdədir. Dədə Qorqud gələcəkdə xanlığın yenidən Qayıya dönəcəyini bildirərək Osmanlılara xəbər vermişdi. (Osman Turan. Doğu Anadolu türk devletleri tarihi. Türkiye, 1973, s.195.)

 

Türk tarixçisi İhsan Oğuz “İslamda Mübarək Günlər və Gecələr” adlı kitabında yazır: “Peyğəmbərlərin sonuncusu olan şanlı Peyğəmbərimiz, anası cəhətdən saf ərəb, atası tərəfindən də saf türk nəslindən gəlmiş olurlar. Buna görə də bütün ərəblərin və türklərin Peyğəmbərimizlə öyünməyə və şərəf duymağa haqları vardır”.

 

Həzrəti Peyğəmbəri Mədinəyə dəvət edən Evs və Hazreç qəbilələri Şumer əsilli idilər, Şumerin dağıldığı zamanlar Yəmənə köçmüşdülər. Mədinəyə sonra köçüblər. Əqəbədə “Məhəmməd bizdəndir” deyiblər və buna cavab olaraq da Həzrəti Peyğəmbər onlara cavab verib: “Qanınız qanımdandır” (Ali Bulaç, Medine Vesikası Üzerine Tartışmalar; I ve II, (Birikim Dergisi, Mart-1993, Sayı: 47, s. 40-46 ve Nisan-1993, Sayı: 48, s. 48-58)

 

Bu qəbilələr barədə Mecma-ul Bəyan təfsirində İmam Sadiqin dilindən belə yazılır:  "Bunun üzərinə Sad bin Muaz və Evs qəbiləsindən digərləri ayağa qalxaraq, belə dedilər: “Ya Rəsulullah, biz bütə tapınan müşrikkən heç bir ərəb bizə diş batırmağa cəhd etmədi. İndi sən aramızdaykən necə bizə diş batırmağa cəhd edə bilər? Xeyr! Mədinədən çıxıb üzərlərinə gedək və onlarla döyüşək. Hansımız ölsə, şəhid olarıq. Xilas olanlarımız isə Allah yolunda cihad etmiş olarlar”. (Təfsir-ul Ayyaşi, c. 1, s. 257, h: 194)

 

Hazrec və Evs qəbilələri iki qardaş və dost qəbilə olmalarına baxmayaraq, zaman-zaman aralarında müharibələr meydana gəlmişdir. Ən mühümlərindən biri Rasulullahın Mədinəyə hicrətindən əvvəl meydana gələn Buas döyüşüdür. Bu iki qəbilənin münasibətlərini yəhudilər pozsa da, biri digərinə qarşı güc qazanmaq üçün Mədinədəki digər yəhudi qəbilələri ilə ittifaq da qurmuşdular. Belə ki, Hazreclilər Kaynukaoğulları, Evsliler isə Nadir və Kureyzaoğulları ilə müttəfiq idilər. Hazreç qəbiləsi dörd ana qola ayrılır. Bunlar, Sahib, Adiyy, Keçmişin və Dinar oğullarıdır. Ancaq bunların hamısı Neccar oğulları adlandırılır. Hazreç qəbiləsi Peyğəmbərin nəsli olan Haşimoğuları ilə qohum idilər. (İsmail Hakkı Bursevi, Ruhu’l-Beyan Tefsiri, Fatih Yayınevi: 3/659-660.)

Hazreç qəbiləsi, Evs qəbiləsi ilə Rasulullah Mədinəyə hicrət etdikdən sonra müsəlmanları və Həzrət Peyğəmbəri qoruyublar, müsəlmanlarla kafir və müşriklər arasında meydana gələn bütün müharibələrə qatılmışlar.

 

Qüreyş qəbiləsi ilə Həzrət Əlinin atası və Həzrət Məhəmmədin əmisi Əbu Talib arasında keçən dialoqa nəzər salaq: “Ey Əbu Talib! Ya qardaşoğlunu susdurub iddiasından əl çəkdir! Ya da Türk yurdlarına çıxıb gedin”.

 

Əbu Talib, bu təhdid dolu tələbə, 94 beytdən ibarət olan "Qəsidə Lamiyye" ilə cavab verdi. Qəsidədən bəzi hissələri təqdim edirik:

 

"Düşmən bizim gücümüzə boyun əyib, rədd olur. Halbuki onlar bizim türk və aftalitlər qapılarına aparmağımızı istəyirlər. Allahın evinə and olsun ki, sizlər yalan deyirsiz. İşləri yoluna qoymadan nə Məkkəni tərk edəcəyik, nə də buralardan türk yurdlarına gedəcəyik". (Ebu Hafs Zeynüddin Ömer bin Muzaffer bin Ömer İbnü'l-Verdi “Feyz-i yezdan: “Kaside-i Lamiye tercümesi”. İstanbul. Marmara Üniversitesi İlahiyat Fakültesi Vakfı, 2006, 167 s)

Türk tədqiqatçısı Halit Durucan “Hz. Muhammed Türk mü? Arap mı? Hz. Muhammed Nereliydi?” adlı məqaləsində yazır: “Bir gün Peyğəmbərimiz əshabı oturarkən, məlum olmayan bir dillə “Nə gözəl üzüm” – dedi. Səhabə anlamayaraq, “Ya Məhəmməd, ərəb dilində danış” – dedilər. Uca Peyğəmbər: “Dayanın, mən köküm olan Həzrət İbrahimin dili ilə danışıram. Ərəb məndən, amma mən ərəb deyiləm” – deyə cavab verdi”. (http://www.makalemarketi.com)

 

Prof. Dr. Zekeriya Kitapçı "Peyğəmbərin Hədislərində Türklər və Türklərlə Bağlı Hədislərin Ortaya Qoyduğu Yeni Hekayələr" adlı əsərində yazır: “Ərəblərin arasında yaşadığı üçün ərəb dilində danışmaq məcburiyyətində qalan və ərəbcə gələn bir vəhyi ilk olaraq ərəblərə təbliğ etdiyi üçün Həzrət Məhəmmədə "ərəb" deyildiyi məlumdur. Belə olduqda; Şumer və Hitit arasında yaşadığı üçün Arami, İbrani və ya Süryani dilində danışmaq məcburiyyətində qalan və özünə yəqin ki, bu dillərdən birində gələn vəhyi, bu dillərdən birini istifadə edərək təbliğ edən Həzrət İbrahimi, "Şumer" və ya "Hitit" saymamaq nə qədər doğrudur?”

 

Həzrəti Məhəmmədin türklər haqqında dediklərinə baxaq: “Mənim türk adlı bir ordum vardır”, “türklər sizə toxunmayınca, siz də onlara toxunmayın”, “Türk dilini öyrənin! Onların hakimiyyəti uzun sürəcək…”

 

 

Peyğəmbərin soykökü barədə bu cür iddiada olanlar belə bir sual da qoyurlar: islam elçisi Ərəbistanda yaşayıbsa və türklərlə heç bir ünsiyyəti olmayıbsa, necə onlar haqqında belə sözlər deyə bilərdi? Bu sözlərdən aydın olur ki, Həzrət Peyğəmbər türklərin genetikasını və gücünü yaxşı bilir, onlarla ünsiyyətdə olurdu. Ticarəti türklərlə daha çox quran Həzrət Peyğəmbərin türklər haqqında dediyi başqa bir hədis isə belədir: “Qırmızı sifətli və üzləri sanki zindan üstündə döyülmüş və dəri örtüklü qalxanlar kimi (sağlam, geniş və heybətli) TÜRKLƏRƏ müjdələr olsun! Allaha and içirəm ki, insanlar qəzəb kasası daşsa da Allah onlara həm bu dünyada və həm də o biri dünyada nə istəsələr verəcək və onları mükafatlandıracaq”. (Ebu Osman Amr bin Bahr El-Câhiz, Hilâfet Ordusunun Menkıbeleri ve Türkler’in Faziletleri, s,28, Çev. Ramazan Şeşen, Türk Kültürünü Araştırma Enstitüsü Yayını, Ankara, 1967.)

 

 

Tanınmış türk tarixçi Mustafa Asım Köksal “İslam Tarixi” adlı əsərində yazır: “627-ci ildə Xəndək döyüşündə peyğəmbərimizə qurulan çadıra Kubbetüttürki (Türk Çadırı) adı verilmişdir. Bu çadırı quranda peyğəmbərimiz də çalışmış, hətta İstanbulun fəth ediləcəyi xəbərini, İstanbulu fəth edən sərkərdəyə və əsgərlərinə tərifini bu çadırın kölgəsində söyləmişdir. Məşhur Hudeybiyə müqaviləsi bu çadırda imzalanmışdır. Məkkənin fəthi öncəsi mühasirədə Əbu Sufyanla bu çadırda görüşmüşdü Həzrət Peyğəmbər”.

 

 

Səhabə (Peyğəmbərin dostları) arasında türk əsillilərin də olduğu söylənilir. Məsələn, Əbu Bəkrin anasının türk əsilli bir xanım olduğu deyilir. Peyğəmbərin səhabələri içərisində Səlim adlı Quran bilicisi və Həzrət Məhəmmədin “Quranı ancaq bu dörd şəxsdən öyrənin” dediyi adamlardan biri olduğu yazılır. (Göde, Kemal, Hz. Peygamber Devrinde Göktürkler ve Türk Kültürü, III. Kutlu doğum sempozyumu: tebliğler 295 s., 2000, s. 83)

 

 

Burda bir haşiyə çıxaq: Məlumdur ki, İslam dini yaranandan sonra Həzrəti Peyğəmbər dinin yayılması üçün ətraf ölkələrə məktublar göndərirdi. Peyğəmbərin sağlığında Ərəb yarımadasında yerləşən bəzi qəbilə başçılarına, Həbəşistan başçısına, Misir hökmdarına, Bizansın o vaxtkı imperatoru Herakleosa (Bax, foto 3) və İrana (Bax foto 4) da məktub və elçilər göndərdiyi məlumdur. Məktub gələndən sonra Bizans imperatoru daim rəqabətdə olduğu türklərlə oxşar inanc yayan şəxsi görmək istəyir. Lakin onun şəxsən getmək imkanı olmadığı üçün bir neçə şəxsi gizlin olaraq Məkkəyə göndərir və peyğəmbərin rəsmini çəkdirib gətizdirir. (Bax foto 6 – ehtimal edilir bu rəsmdir) Həmin rəsm hazırda Vatikanda qapalı arxivdə mühafizə altında saxlanılır.

 

 

628-ci ildə Həzrəti Məhəmməd türk xaqanlarına da məktub göndərir. O dövrə qədər Qərbi Göytürklərin başında Çəkinin kiçik nəvəsi Tong Yabgu Xaqan dururdu. Onun 628-ci ildə vəfatından sonra Göytürk parçalanıb zəifləməyə başlamışdılar, amma bu arada Türgişler və Karluklar güclənməyə başlamışdılar. Sasanilərin sərhəd qonşusu olan Qərbi Göytürk və onun yerini almaqda olan Türgişleri və Karlukları görməməzliyə vurması düşünülə bilməzdi! (Hilmi, Aydın (2004). The Sacred Trusts. Somerset, New Jersey: The Light, Inc. p. 352 pages. ISBN 1-932099-72-7.)

 

 

Məlumdur ki, Vatikan özündə çox sirləri saxlayan qədim bir kitabxanaya sahibdir. Burada Həzrəti Peyğəmbərin türklərə yazdığı məktubla yanaşı, Kutbüddin İznik tərəfindən qələmə alınmış ibadətlə bağlı Müqəddimə, Həzrəti Məhəmmədin qızı Fatiməyə qadınların vəzifələri haqqındakı vəsiyyəti, Rəcəb və Şaban aylarının əhəmiyyəti haqqında yazılar da vardır.

 

 

Hazırda Vatikanda saxlanılan və Həzrəti Peyğəmbərin türklərə yazdığı məktuba (bax foto 5) yazılanlardan bəzilərini qeyd edək: “Ənənəvi Türk dini içərisində yer alan məhəbbətin Allah inancı, ölümün Tanrının əlində olduğu inancı, bu dünya həyatının yanında başqa həyata inanma, cənnət-cəhənnəm, tale, qurban, dua, yoğ aşı kimi dini mərasimlər Allahın göndərdiyi İslamda vardır. Sizləri bu dinə dəvət edirəm, İslamın gözəlliklərini hiss etməyinizə inanıram”.

 

 

Bu məktubun Qərb Göy Türklərinin (bunlar Xəzər dənizin qərb tərəfində, Azərbaycan ərazisində yaşayan türklərdir. Xəzər türkləri olduğu qeyd edilir) anladığı dildə yazılması bir daha sübut edir ki, Həzrəti Peyğəmbər bunu qədim türk dilində yazmışdır. Əlbəttə, Peyğəmbərin “Hudeybiyə Müqaviləsi”nə imza atmasından sonra yazı yazması heç bir yerdə qeyd edilmir. Onun köməkçiləri yazırdılar. Çünki Peyğəmbər ərəb dilində yaza bilmirdi. Lakin 40 yaşına qədər ticarətlə məşğul olan bir şəxs necə ola bilərdi yazı-pozu bilmədən xarici ölkələrə səfərə gedirdi?

 

 

Son olaraq qeyd edək ki, Peyğəmbər Hz.Məhəmmədin türk və ya ərəb olması onun bəşəriyyət üçün olan dəyərini nə artırır, nə də azaldır. Bu məsələdəki bütün mübahisə və iddialar tarixin özündə gizlətdiyi bir sirrin üstünü açmaq, həqiqətin öz yerini tapması məqsədi daşıyır.

 

 

Hz.Məhəmmədin nəsil-nəsəbi haqqında yazdığımız məlumatlar əsassız, emosional, sensasiyalı fikirlər toplusu deyil, elmi-məntiqi araşdırmadır və yazıda da göstərildiyi kimi, konkret mənbələrə söykənir.

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

AMEA Fəlsəfə və Hüquq İnstitutu

 

 

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles