Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
21/02/2019

“Ali Məclis sədri Naxçıvanın rəhbəri ola bilməz!” – Qüdrət Həsənquliyevdən Naxçıvanla bağlı ŞOK açıqlamalar

“Ali Məclis sədri Naxçıvanın rəhbəri ola bilməz!” – Qüdrət Həsənquliyevdən Naxçıvanla bağlı ŞOK açıqlamalar




“Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb”
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə Naxçıvan Muxtar Respublika rəsmiləri arasında son vaxtlar soyuq yellərin əsməsi müxtəlif suallara yol açır: Bu kəskin polemikalar hakimiyyətdaxili ziddiyyətlərin inikasıdırmı? Naxçıvan rəhbərliyinin deputatdan gözləntisi nədir və Qüdrət Həsənquliyev hansı məqamlarda bu gözləntilərə qaneedici cavab verməyib?

Q.Həsənquliyev jurnalist Heydər Oğuza müsahibəsində hər kəsi maraqlandıran bu və bənzər sualları cavablandırıb.

“NƏZARƏTSİZ HAKİMİYYƏT SİYASİ İDDİALARI ARTIRIR…” – “Əvvəllər Vasif Talıbovla görüşürdük…”

– Qüdrət bəy, bir müddət əvvəl ADP-nin qərargahında bir sıra siyasi partiyaların seçki taktikaları müzakirə edildi. Məlum oldu ki, əksər siyasi təşkilatlar ölkədə demokratik şəraitin mövcud olmadığını əsas gətirib seçkidə iştiraka həvəsli yanaşmırlar. Bəs, BAXCP-nin seçki ilə bağlı planı necə olacaq? Erkən keçirilməsi gözlənilən seçkilərə qatılacaqsınızmı?

– Hesab edirəm ki, siyasi partiyalar hər bir halda seçkilərdə iştirak etməlidir. Əgər siyasi partiyalar səsvermənin nəticələrinin saxtalaşdırılacağını düşünüb seçkilərdə iştirak etmirlərsə, bəri başdan məğlubiyyətlə razılaşırlar. Seçkilərin saxtalaşdırılıb-saxtalaşdırılmayacağını yalnız prosesdə iştirak etməklə müəyyənləşdirmək olar.
İkincisi, hər hansı siyasi partiya xalqın dəstəyi ilə hakimiyyətə gəlmək istəyirsə, məntiqlə, seçkilərin saxtalaşdırılacağından çəkinməməlidir. Saxtalaşdırma ehtimalında belə, xalq səs verdiyi siyasi qüvvəni hakimiyyətə gətirməyin yolunu tapar.

Ümumiyyətlə, seçkilərdən kənar yollarla hakimiyyət uğrunda mübarizə aparmaq yanlışdır. Onda ya gərək silahlı üsyan yoluyla hakimiyyəti ələ keçirəsən, ya da hansısa hakimiyyətdaxili qruplaşmalarla əlbir olub çevriliş edəsən. Hesab edirəm ki, hər iki yol ölkəmiz üçün çox ağır fəsadlar törədə bilər. Ona görə də qeyri-demokratik yollarla hakimiyyətə gəlmək bizim üçün qəbuledilməzdir və biz hər zaman bu yolu seçən siyasi qüvvələrə qarşı olmuşuq və olacağıq.

– Seçki saxtalaşdırılacağı təqdirdə belə, xalqın öz seçdiyi qüvvələri hakimiyyətə gətirəcəyini qeyd edirsiniz. Bu da mahiyyət etibarilə, sizin qarşı çıxdığınız üsyan yolu deyilmi?

– Xeyr, bu, üsyan yolu deyil. Bu, xalqın öz səsi uğrunda dinc mübarizəsidir və iqtidarı məcbur edir ki, seçkinin nəticələrini tanısın.

– Bu, nəticə etibarilə üsyan deyil?

-Ümumxalq etirazı seçki prosesilə bağlı olarsa, üsyan yox, xalqın öz səsi uğrunda demokratik mübarizəsi sayılır. Bütün siyasi proseslər legitim əsaslara söykənməlidir. Üstəlik, xalq müxalifətə səs verərsə, iqtidar seçkini saxtalaşdıra bilməz. Hesab edirəm ki, bu gün seçkiyə qarşı çıxan siyasi təşkilatlar arxalarında ciddi xalq dəstəyinin olmadığını düşündükləri üçün boykot yolunu tuturlar. Onlar hiss etsələr ki, geniş xalq kütlələrinin rəğbətini qazanıblar, seçkilərə qatılmaqdan çəkinməzlər.

Yeri gəlmişkən, seçkilərdə namizədliyinizi hardan irəli sürməyi düşünürsünüz? Son zamanlar görünən budur ki, sizin Naxçıvan rəhbərliyi ilə münasibətləriniz gərginləşir. Belə çıxır ki, növbəti seçkiyə Naxçıvandan qatılmayacaqsınız.

– Biz bu barədə hələ qərar qəbul etməmişik. Siz bilirsiniz ki, Naxçıvandan namizədliyimi irəli sürdüyüm hər iki seçkidə YAP mənim qarşıma öz namizədini çıxarmayıb. Əlbəttə, mən bunu hər zaman yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, indi də real vəziyyəti yalnız seçki zamanı müəyyənləşdirmək olar. Mən də müvafiq qərarımı seçki prosesi zamanı verəcəyəm. Ordubaddan da namizədliyimi təkrar irəli sürəcəyimi istisna etmirəm.

– Yəni, bu da mümkündür.

– Əlbəttə.

– Yəqin razılaşarsınız ki, hər hansı konfliktin bir bəhanəsi, bir də səbəbi olur. Naxçıvanla konfliktinizin kökündə, ilk baxışdan, Muxtar Respublikadakı ictimai-siyasi vəziyyəti tənqid etməyiniz dayanır. Bəziləri isə bunu bəhanə sayır və hesab edirlər ki, konfliktin əsl səbəbi hakimiyyətdaxili parçalanmalardır. Bu görüşə görə, siz hakimiyyətin digər qanadına meylli siyasətə üstünlük verirsiniz, bu da Naxçıvanda narazılıqla qarşılanır. İddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə, hakimiyyətin daxilində parçalanmalar varmı?

– Hakimiyyətin daxilində iddialı insanlar var və bunu inkar etmək mümkün deyil. El arasında bir söz var: “Görünən dağa nə bələdçi?” Amma mənim hansısa hakimiyyətdaxili qruplaşmaya meyllənməyim barədə söyləntilərin ciddi əsası yoxdur. Açığını desəm, Naxçıvandan mənim müsahibəmə bu cür kəskin reaksiya veriləcəyini də gözləmirdim. Ona görə ki, mən dəfələrlə Naxçıvanla bağlı problemləri dilə gətirmişəm, hətta ordan deputat seçilməmişdən əvvəl də. Amma bu cür reaksiya ilə üzləşməmişəm.

Üstəlik, Naxçıvan haqqında fikirlərim həmişə tənqidi üslubda da olmayıb. Xatırlayırsınızsa, Vasif Talıbov təhqir olunanda onu ən səmimi şəkildə müdafiə edənlərdən biri də mən idim. İndi də bu mövqeyim dəyişilməyib və hesab edirəm ki, qeyrətsiz bir adamın Muxtar Respublikanın ali vəzifəli şəxsi haqqındakı fikirlərinə istinad edilərək, qara piar kampaniyası aparılması doğru deyil. Bu, o vaxt məni xeyli hiddətləndirmişdi və açıqlamamda bildirmişdim ki, mübarizəni gərək kişi kimi aparasan. Ona görə də Naxçıvanda bəzi rəsmilərin də iştirakı ilə mənə qarşı söyüş kampaniyası aparılanda xeyli təəcccübləndim. İnanmazdım ki, Muxtar Respublikada bu qədər dar düşüncəli, tərbiyəsiz adamlar nazir postu tuta bilərlər. Bir nazirin deputatı təhqir etməsi bir yana, üstəlik, ona irad tutur ki, sən niyə Naxçıvanın daxili işlərinə qarışırsan.

Əvvəla, heç bir qanunvericilik aktında yazılmayıb ki, deputat yalnız özünün seçildiyi dairənin problemləri ilə məşğul olmalıdır. Mən Goranboydan seçiləndə də Naxçıvanın problemlərini gündəmə gətirmişəm. İndi isə Naxçıvandan seçilmişəm və hər bir vicdanlı insan etiraf edər ki, qaçqınların problemini ən çox diqqət mərkəzində saxlayanlardan biri də mənəm.

İkincisi, Naxçıvan əhalisinin öz yurd-yuvasını tərk etməməsi üçün bu bölgəyə ciddi investisiya qoyulmasının vacibliyini dəfələrlə dilə gətirmişəm. Söhbət Naxçıvan MR-in büdcəsinə ayrılan dotasiyadan getmir. Naxçıvanın iqtisadiyyatını dirçəltmək üçün bölgəyə əlavə investisiyalar qoyulmalıdır…

– Amma nədənsə, bizim cəmiyyətdə tənqidi fikirlər daha çox gözə batır. Niyə, Sizcə, kimlərsə başqalarından ancaq xoş sözlər gözləyir və kiçik bir tənqid süngüylə qarşılanır? Nə üçün hesab edilir ki, münasibətdə olduğun adamın yeganə vəzifə borcu “bəy tərifi” söyləməkdir? Özü də “bəy tərifi” müxalifət partiyasının liderindən gözlənilir. Bu, Naxçıvansayağı demokratiyanın təzahürüdür, yoxsa, bilmədiyimiz başqa səbəblər var?

– Kimsənin demokratiya barədə anlayışından asılı olmayaraq, mənim hansısa məsələyə münasibətimdə məqsədim “bəy tərifi” demək və ya tənqid etmək deyil. Həmişə hansısa problemdən, xüsusilə regionlarımızın, o cümlədən Naxçıvanın dərdlərindən danışanda obyektiv olmağa çalışmışam. Yadınızdadırsa, bir dəfə mən parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil. Mən bu məsələni qaldıranda Zifayət Əsgərov cavab verdi ki, guya mən bu çıxışla Naxçıvanda separatizmi stimullaşdırmaq istəyirəm…

– Anlamadım, Naxçıvanda nə separatizm var ki, hansısa qanuni tələb onu stimullaşdırsın?

– Bunu Ziyafət Əsgərovun özündən soruşarsınız. Hər halda mənə belə cavab vermişdi. Deməyim odur ki, mən Naxçıvan rəhbərliyinin yaxşı tərəfləri ilə yanaşı, Muxtar Respublikanın problemlərini də gündəmə gətirmişəm. Çıxışlarımın birində demişdim ki, əvvəllər Ordubadda konserv zavodu, baramaçılıq fabriki, Yaycıda, Əbrəqunusda şərbaçılıq zavodları var idi, indisə onların heç biri işləmir. İnsanlar iş yerlərini itirib, ona görə də Naxçıvanı tərk edirlər. Bu köçlərin qarşısını almaq üçün Naxçıvana sərmayə qoyulmalıdır. Mən Naxçıvanın iqtisadi inkişafı barədə konkret təkliflər irəli sürmüşəm. Məsələn, demişəm ki, Naxçıvanda maşınqayırma zavodu olduğu halda, Neftçalada yeni avtomobil zavodu açmağa nə ehtiyac var? Yaxşı olar ki, Çin şirkətləri ilə (yeri gələndə Çin texnologiya baxımından İrandan qat-qat çox inkişaf etmiş ölkədir) danışıqlar aparıb Naxçıvana investisiya cəlbi üçün bölgədə minik avtomobili istehsal edən mərkəz yaradılsın. Gəncədə isə kənd təsərrüfatı texnikaları və yük avtomobilləri istehsalı müəssisələri qurmalıyıq. Mən bu fikirləri təkcə axırıncı müsahibəmdə deməmişəm. Ondan əvvəlki müsahibələrimdə dəfələrlə bu problemləri qaldırmışam. Hətta demişəm ki, biz Avropanın qabaqcıl avtomobil şirkətlərini bu işə cəlb etməyə çalışmalıyıq. Azərbaycanda elektrik mühərrikli avtomobillərin istehsalı müəssisələri yaratmalıyıq. Həmin avtomobillərin bir çox hissələri Naxçıvanda istehsal olunmalıdır. İstənilən vicdanlı jurnalist kiçik bir araşdırma aparıb mənim dediklərimi ortaya çıxara bilər. Dəfələrlə qaldırdığım bu kimi məsələlər heç bir qıcıq doğurmayıb. Son müsahibəmin qıcıq doğurmasının səbəbi isə mənə də aydın deyil və doğrudan da ictimaiyyətdə müxtəlif şübhələrin yaranmasına səbəb olur. Bəziləri düşünürlər ki, ölkədə nəsə baş verir. Mənim fikrimcə isə, heç nə baş vermir. Sonuncu müsahibəmdə sadəcə olaraq hökumətin bizə verdiyi statistik rəqəmləri açıqlamış və şərh etmişdim. Demişdim ki, Naxçıvan öz büdcəsinin cəmi 21.7%-ni daxili resurslar hesabına təmin edə bilir. Özü də gömrük orqanları vasitəsi ilə toplanan vəsaitlər bu yığımlara daxildir. Rəsmi statistik məlumatlara əsaslanıb Naxçıvan iqtisadiyyatının 83 milyon manat vergi ödəmək gücündə olduğunu vurğulamışdım. Görünür, düşünüblər ki, həmin rəqəmlərin mənim tərəfimdən təkrar səsləndirilməsi obrazı dağıdır və ona görə bu cür rezonans doğurub. Amma bu rəqəm gizli deyildi. Hökumətin özü tərəfindən bütün deputatlara paylanmışdı və rəsmi internet resurslarında da bu məlumatlar var. Sözləri varsa hökumətə desinlər. Həm də bir müsahibə obrazı dağıdırsa, deməli o real deyil və ciddi problemlər var. Mən Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində də saysız-hesabsız təkliflər verirəm, amma heç vaxt belə münasibətlə üzləşməmişəm.

– Özünüz də etiraf edirsiniz ki, fikrinizə cavabın aqressivliyi sizdə də təəccüb doğurub. Deməli, ictimaiyyətdə bu konfliktin hakimiyyətdaxili parçalanmalarının inikası, necə deyərlər, çölə sızıntısı kimi qəbul olunmasında haqlı məqamlar var. Siz hər şeyi təkcə öz arşınınızla ölçməyin. Ola bilər, Sizin mövqeyinizdən asılı olmayaraq, Naxçıvan rəhbərliyində doğrudan da belə bir qənaət formalaşıb ki, Qüdrət Həsənquliyev istiqamətini dəyişib.

– İstisna etmirəm. Açığını desəm, mən özümə qarşı münasibətin dəyişilməsinin əvvəllər də şahidi olmuşdum. İkinci dəfə mən ordan deputatlığa namizədliyimi irəli sürəndə hiss edirdim ki, Naxçıvan rəhbərliyi bundan narazıdır. Müsahibə münasibətin açıq ifadə olunmasına həm də bir bəhanə oldu. Məsələn, mən əvvəllər Naxçıvana gedəndə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşümüzdə heç bir problem olmurdu. Vasif Talıbovla görüşür, insanların problemlərini, arzu və xahişlərini ona çatdırır, öz fikirlərimi deyirdim. Amma sonradan hiss etdim ki, münasibətlərdə müəyyən soyuqluqlar yaranıb. Bununla belə, müsahibəyə bu formada aqressiv münasibəti gözləmirdim.

Qüdrət bəy, dərd burasındadır ki, Sizi Naxçıvandan deputat verməsələr, mürtəce birinə mandat verəcəklər. Belə deyək, küçə ritorikası ilə danışan nazir də sizi əvəz edə bilər. Məni ən çox bu problem narahat edir. Niyə Naxçıvandan çıxan siyasilər və məmurlar cəmiyyətimizə mürtəce qüvvə obrazında təqdim olunurlar və onlar da sanki bu rolu məmnuniyyətlə oynayırlar? Naxçıvanlıların üzərində mənfi obraz yaradılması nəyə hesablanıb və hansı nəticələr doğura bilər?

– Vallah, mən hesab etmirəm ki, naxçıvanlı məmurların hamısı mənfi obrazda cəmiyyətə təqdim olunurlar və mürtəce insanlardır. Onların içərisində Prezidentə və dövlətçiliyə sadiq çoxlu mütərəqqi insanlar var. Bundan başqa, əgər ordubadlılar özlərinə məndən daha hazırlıqlı, onların və ölkənin problemlərini məndən daha yaxşı ictimaiyyətin və siyasi rəhbərliyin diqqətinə çatdıra bilən millət vəkili seçsələr, mən bu seçimə hörmətlə yanaşaram. Mən burda da bir problem görmürəm və millət vəkili olmaq mənim alnıma yazılmayıb.

Siyasətdə mənfi obrazların meydana çıxmasına gəldikdə isə, bu hansısa bölgənin insanlarına deyil, bütün regionlara xasdır və bir çox hallarda insanların imkanları ilə gözləntiləri arasındakı fərqdən doğur. Bilirsiniz ki, zamanla bəzi insanlar böyük sərvət toplayırlar. Hədsiz sərvət, mütləq və nəzarətsiz hakimiyyət siyasi iddiaları artırır, insanlara da münasibəti dəyişir. Bəziləri görəndə ki, gözləntiləri özünü döğrultmur, əsəb gərginliyi keçirir, aqressivləşirlər. Öz məqsədlərinə çatmaq üçün onlar həm daxili, həm xarici qüvvələrlə müəyyən işlər aparır, ziyalıları öz ətraflarına cəlb edib siyasi təsir dairələrini genişləndirməyə can atırlar. Bunun üçün böyük pullar xərcləyirlər, görəndə ki, səyləri istənilən effekti vermir, daha qabiliyyətli biri önə çıxır, onun gələcəklə bağlı bütün ümidlərini puç edir, o zaman acıqlarını çıxmağa, mənfi enerjilərini tökməyə adam axtarırlar. Adətən, belə vəziyyətlərdə nifrinlərin töküldüyü ünvan daha konstruktiv insanlar olur. Fikirləşirlər ki, mənfi enerjilərini bu cür insanların üstünə tökməklə rahatlaşarlar. Hesab edirəm ki, bu məsələdə hikkəni, cəsarəti, qətiyyəti, təkəbbürlülüyü mənə göstərmək lazım deyil. Kimin nə iddiası varsa, Prezidentin dediyi kimi açıq şəkildə ortaya qoysun. Amma bütün bu hoqqabazlıqlardansa tərbiyəli və savadlı insanları toplayıb səsləndirilən təklifləri top-tüfənglə qarşılamaq əvəzinə onlar öyrənilərsə və real iş görülərsə iddiaları daha rahat həyata keçirmək olar.

– Aydındır, demək istəyirsiniz ki, başqasına duyulan etiraz Sizə yönəldilib. Amma niyə məhz Sizə? Açığı, bunu yalnız Sizin daha zəif siyasi dəstəyinizlə əsaslandırılması inandırıcı görünmür. Qəzəbin töküləcəyi daha zəif ünvanlar da var…

– Mənim üçün də bu anlaşılmazdır. Sizə açıq deyim ki, mən ilk dəfə deyil belə vəziyyətlə qarşılaşıram. Mən siyasi fəaliyyətlə məşğul olmağa başlayandan bir neçə dəfə bənzər hallarla üzləşmişəm və həmişə öz-özümə fikirləşmişəm ki, kiminsə ölkənin siyasi rəhbərliyi ilə problemi varsa, nifrinlərini niyə mənim üstümə tökürlər? Mən ki, Prezidentin qardaşı deyiləm, əmisi oğlu deyiləm. Görünür, onlar mənim siyasi mövqeyimin, məsələlərə münasibətimin necə olduğunu bildiklərindən üstümə gəlirlər. Mən dövlətçiliyimizə, ölkəmizin gələcəyinə təhlükə hesab etdiyim məsələlərə qarşı qətiyyətli mövqe sərgiləyən adamlardan biriyəm. Yəqin bunu nəzərə alıb mənimlə uğraşırlar. Mən zamanında “yox” deməklə çoxlarını gələcək fəlakətlərdən qurtarmışam. Amma olsun, insan doğulanda Allah hər kəsə bir tale bəxş edir. Hər bir siyasətçinin də öz taleyi var. Görünür, mənim də taleyim, missiyam budur.(Davamı var)















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti