21:17 xeber – Yay mövsümü başlayandan hər gün dənizdə batma hadisəsi qeydə alınır.
ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, bu gün Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Abşeron rayonunda da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bakı şəhəri, Sabunçu rayonunda isə 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Bundan başqa, Sumqayıt şəhərində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bütün hallarda vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Bu gün Sumqayıtda dənizdə batan iki gəncin həyatını isə xilas etmək mümkün olmayıb. Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub. E.Həmidovun və A.Tanrıverdiyevin meyiti “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun: 16 yaşlı gənc dənizdə boğuldu
mənbə :
anspress
Şərh yaz.