Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azerbaycanın görkemli hekiminin 120 yaşı tamam olur

Azərbaycanın görkəmli həkiminin 120 yaşı tamam olur

05/08/2015

04:32

04:25 xeber – Bəzən biz xalqa xidməti sayəsində onun hörmət və məhəbbətini qazanan insanların həyatda keçdiyi sınaqlardan bixəbər olaraq qalırıq. Əslində isə biz həmin insanları yaxından tanıyandan sonra onlara olan hörmətimiz daha da artır. Bu gün virtuoz cərrah, təbib Mustafa bəy Topçubaşovun dünyaya gəlməsinin 120 ili tamam olur.

Tibb elmində bir sıra mötəşəm yeniliklər bu görkəmli alim-cərrahın adı ilə bağlıdır. Onun yüksək peşəkarlıq səviyyəsi, yaradıcıllığı və elmi əməyi haqqında yerli və xarici ədəbiyyatda bir çox məqalələr işıq üzü görüb. O həyatda qarşısına qoyduğu məqsədlərə çatmaq üçün rastlaşdığı bütün çətinliklərin öhdəsindən gələ bilirdi. Onun üzərinə düşən sınaqlardan Mustafa bəyin qızı Zemfira Topçubaşovun atasının xatirələrində qeyd etdikləri ilə oxucularımızı tanış etmək istəyirik: (tam versiya “El” jurnalın 2010-ci ilin 81-ci nəşrində)

“Atamın 1895-ci ildə dünyaya gəldiyi Göykümbət kəndi Topçubaşovların ata-baba malikanəsi imiş. Babamgilin İrəvan şəhərində də mülkləri olub. Həmin mülkdə yaşayıblar.

Ata babam Ağa bəy olduqca sakit, təmkinli insan idi. Ondan fərqli olaraq, ata nənəm Fatma xanım hökmlü, sərt idi. Onların dörd oğlanları olub – Rza bəy, Mustafa bəy, Mehdi bəy və Məhəmməd bəy. Dördü də uşaqlıqdan bacarıqlı oxumağa meyilli uşaqlar olub. Ailənin ikinci oğlu olan atam – Mustafa bəy də qardaşları kimi ilk təhsilini İrəvanda alıb. Tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə oranı başa vurub, gimnaziyaya daxil olub.

1914-cü ildə də gimnaziyanı bitirib və Rusiyada ali təhsil almaq istəyib. Valideynlərinin, xüsusilə anasının Mustafa bəyi dünyanın qarışıq vaxtında uzaq məmləkətə göndərməyə ürəyi gəlməyib. Onları çətinliklə razı salıb. Rusiyaya yollanıb. 1914-cü ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunub.


Kiyev Dövlət Universiteti

O, çox gənc yaşından yaxşı həkim olmaq istəyib. Buna görə bəziləri kimi oxumağı ikinci plana keçirib, vaxtını əyləncələrə həsr etməyib. Ata-anasının onun yolunda əziyyət çəkmələrinə də qıymayıb. Onların göndərdikləri cib xərcliklərini tətillərdə evə gələndə geri qaytarıb. «Mən orada təkəm, aldığım təqaüdlə dolanaram» – deyib.

Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Atamgil üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiya imperiyasının başqa şəhərləri kimi Kiyevdə də qalmaq təhlükəli idi.

Atamla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də atam olub. Dəhşətli günlər bir-birini əvəz edib. Hər tərəfdə üsyançılar dağıntılar törədib, çörək mağazalarını ələ keçiriblər. Bir parça qara çörək tapmaq müşkülə dönüb. Bir gün atam yolla gedirmiş. Klinikanın yaxınlığında birdən atəş səsi eşidilib. Güllə ondan irəlidə gedən professora dəyib. Atam düşünüb: «İndicə burada güllə yarasından can verən mən də ola bilərdim…». Bu cür çətinliklərə dözüb, səylə dövlət imtahanlara hazırlaşıb.

Nə aclıq, nə ölüm qorxusu onu yolundan döndərə bilib. Dövlət imtahanlarını verib, diplom alıb. Amma çətini hələ bundan beləymiş. Vətənə geri dönmək üçün hərc-mərcliyin, qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçməli olub. Gah qatarla, gah gəmi ilə yol gəlib. Yollarda, şəhərlərdə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Özü də aclıq çəkib, iki dəfə həbs edilib. O çətin günlərdə taleyi atama yar olub. O qədər zülmə-zillətə tab gətirə bilib. Axır ki, Vətəninə yetişib. Onu böyük həyəcanla gözləyən doğmaları ilə görüşüb. 1919-cu il imiş. Atam Bakıya gəlib. Burada da siyasi vəziyyət mürəkkəb imiş.


Bakı 1919-cu il

Böyük ümidlə özünə iş axtarıb. Kiyev Universtetinin məzunu özünə iş axtara-axtara xeyli problemlə qarşılaşıb. 15-20 həkimin olduğu şəhərdə ona iş tapılmayıb. Ac, pulsuz qaldığı günlərdə keçmiş tələb yoldaşlarından birinə rast gəlib. Varlı bir adamın oğlu olan tanışı atasının mehmanxanasında ona yer verib.

Atamda ən çox xoşuma gələn cəhətlərdən biri də bu idi: o, heç vaxt iradəsini çətinliklərə təslim etməz, məqsədindən dönməzdi. O zaman da belə olub. Yeni açılmış Azərbaycan Dövlət Universitetində işləməyə gəlmiş professor Arkadiy Oşmanla görüşüb. Onun göndərişi ilə universitetin cərrahiyyə kafedrasında ordinator kimi işə qəbul edilib. Tezliklə universitetin tibb fakültəsinin klinikası açılıb. Klinikanın dördüncü mərtəbəsində yaşamaq üçün atama balaca otaq da verilib. Bir müddət sonra o, Respublika Səhiyyə Komissarlığı tərəfindən Naxçıvana ezam olunub. Bacarıqlı həkim kimi orada tez tanınıb.

Bir neçə ay sonra Naxçıvan Xalq Səhiyyə Komissarlığından aldığı tələbnamə ilə Bakıya dönüb. Atam ailəsini də bu şəhərə gətirib. Yas içindəymişlər. İtkiləri böyük imiş…

Atam həmişə deyirdi, ora bizim torpağımızdır, İrəvanda ermənilər bir zurnaçılar idi, bir də faytonçular. Ancaq erməni fitnəkarlığı onun ailəsini də doğma İrəvanda yaşamaqdan məhrum edib.

…Ermənilərin növbəti hücumu onların ailəsinə də müsibət gətirmişdi. Bir gün atına minib gedən Rza bəy geri qayıtmamışdı. Ermənilər onu tutublar, vəhşicəsinə qətlə yetiriblər, sonra atına bağlayıblar. Vəfalı atı birbaşa evə gəlib. Bu mənzərəni görən nənəm böyük sarsınıtı keçirib… Əmimi dəfn ediblər. Əliqanlı ermənilər növbəti qurbanlar axtarırmışlar. Onda məcburiyyət qarşısında qalıb İrəvandan köçüblər. Atam onları Naxçıvana aparıb. Əmimin faciəsi hamısını için-için qovururmuş. Nənəmi isə sakitləşdirmək mümkün deyilmiş. Atam bacardığı qədər onlara dayaq olmaq istəyib. Bakıya dönəndə anasıgili özü ilə gətirib.

O zaman atam təzə ailə qurubmuş. Evləndiyi xanımla – Reyhan xanımla tanışlıqlarının səbəbkarı keçmiş tələbə yoldaşı Yusif bəy olub. Yusif bəy bir dəfə bibisigilə qonaq gedəndə onu da aparıb. Mustaya bəy orda gördüyü gözəllər gözəli Reyhan xanıma aşiq olub. Bir müddət sonra evləniblər. Universitetin klinikasındakı kiçik bir otaqda yaşayıblar.

İllər keçirdi. Artıq evdə onun yolunu yalnız həyat yoldaşı yox, həm də üç övladı gözləyirdi. Ailəmizin ilk övladı İbrahim bəy ana babamızın adını daşıyırdı. Biz əkiz qızlar – mən Zemfira və bacım Elmira ondan üç yaş kiçik idik.


Mustafa bəy oğlu İbrahim bəy və yoldaşı Reyhan xanımla


Mustafa bəyin yolunu gözləyən xəstələr, təbabət elminin onu maraqlandıran hələ açılmamış sirləri çox idi

1941-ci ildə müharibə başlayanda atamın işi daha da artdı. Onu bəzən günlərlə görmür, harada olduğundan belə xəbər tuta bilmirdik. Atamın hələ mübaribədən əvvəl yaratdığı yeni növlü ağrıkəsici efir-yağ qarışığı o dövrdə çox döyüşçünü ölümün pəncəsindən xilas etdi.

Azərbaycan Tibb Universitetinin fiziologiya kafedrasının professoru Qəhrəman Qəhrəmanov xatırlayır ki, 1977-ci ildə Beynəlxalq Nobel Mükafatları Komitəsindən Bakıya Mustafa Topçubaşovun ünvanına məktub gəldi. Özləri və əsərləri barədə məlumat göndərmələri xahiş olunurdu. Komitədən ikinci məktub gələndən sonra “Bakinski raboçi” qəzetinin iki sayında Alfred Nobelin əleyhihə irihəcmli məqalə dərc edildi. Həmin il – 1978-ci ildə tibb və fiziologiya sahəsində nəzərdə tutulan mükafat heç kimə verilimədi. Beləcə, Azərbaycan alimlərinin timsalında bizə yetəcək dünyaşöhrətli Nobel mükafatının verilməsinin qarşısı alındı.

Atam yenə sınmadı. Onun güclü iradəsi, zəngin mənəvi aləmi var idi.
Valideynlərimizin, xüsusilə də atamın təbabətə və musiqiyə sevgisi, deyəsən, qeyri-ixtiyari biz övladlarının sənət seçiminə həlledici təsir göstərdi. Mən həkim, bacım musiqiçi oldu. Qardaşımız İbrahim bəy isə həm istedadlı həkim idi, həm də neçə-neçə unudulmaz mahnıların müəllifi oldu. İbrahim bəyin ömür payı az oldu. Qırx beş il yaşadı. O da insanları vaxtsız ayrılıqlardan, erkən ölümlərdən xilas etmək istəyirdi. Ancaq…

1969-cu ildə o, ürək xəstəliyindən vəfat etdi. Atam təkcə yeganə oğlunu yox, həm də tələbəsini, həmkarını itirdi. Şəkər xəstəliyindən əziyyət çəkən anamın vəziyyəti ağır idi. Ondan İbrahim bəyin dünyasını dəyişdiyini gizlətmək istədik. Ancaq həssas ana qəlbini aldatmaq olardı mı? İbrahim bəyin yeddisini verdik. Səhəri gün anam dünyadan köçdü. Həmişə düşünürəm, o, İbrahim bəysiz yaşaya bilməzdi.


Mustafa bəy və İbrahim bəy

Atama onlarsız çox ağır oldu. Düzdür, yenə içinə qapanar, dərdləri ilə beləcə baş-başa qalırdı. Nə etsək də, faydasız idi. Sanki o, həyatının hər anında yenə anamla, qardaşımla birlikdəydi. Bir də özünü sənəti ilə istəkli nəvələri ilə ovudurdu. Atam yenə anamın bir zamanlar tanıdığı, “Xatirələr”ində hər kəsə tanıtmaq istədiyi həmin Mustafa bəy idi: “…ətrafında hər zaman onlarca insan dolaşır, amma o, içinə qapanan biri kimi düşüncə və planlarını daim özündə saxlayar. Öyünülməyə nifrət edər. Vətənə və millətə sevgi və xidmət haqqında danışmaz, bununla birlikdə bütün həyatı sevgidən ibarətdir”. Mustafa bəy həyatının son gününə – 1981-ci ilin 22 noyabrınadək də belə yaşadı…”


Mustafa bəy nəvələri və nəticələri arasında. Şəki şəhəri, 1972-ci il.

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website