Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
27/02/2019

Əbdürrəhman Vəzirov 29 ildən sonra ortaya çıxdı VƏ danışdı:“Azərbaycana bir neçə dəfə gəlib-getmişəm…”

Əbdürrəhman Vəzirov 29 ildən sonra ortaya çıxdı VƏ danışdı:“Azərbaycana bir neçə dəfə gəlib-getmişəm…”


Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına geniş müsahibə verib.

Strateq.az bildirir ki, bu, son 29 il ərzində Ə. Vəzirovun KİV-ə verdiyi ilk müsahibədir.

“Soyadımızı Mirzə Fətəli Axundov bizə verib”

Ə. Vəzirov müsahibədə uşaqlığından, valideynlərindən söhbət açıb: “Mən Bakıda anadan olmuşam. Valideynlərim isə Qarabağda doğulub. Babam Qarabağ xanının vəzirinin nəvəsidir. Qarabağ xanlığının vəziri Camal Cavanşir xalqımızın tarixində böyük rol oynayıb və mən bununla fəxr edirəm. Mən həmişə bu şəcərəyə layiq yaşamağa çalışmışam. Daşıdığım Vəzirov soyadını götürməyi babama böyük maarifçi yazıçımız Mirzə Fətəli Axundov təklif edib. Vəzir adını saxlamaq üçün…”.

Ə. Vəzirov valideynlərinin necə ailə qurmasından da danışıb: “Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji məktəbində oxuyub. O, Qaryagin (indiki Fizuli-red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Dudukçu kəndinin sahibi olub. Bu kənd vaxtıilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb. Bu evin yaxınlığında dayımın evi yerləşirdi. Anam yay tətilində bu evə tətilə gələrdi. Atam neftçi idi və Qaryaginə məzuniyyətə gəlibmiş. Nənəm oğluna fikir verib görüb ki, gənc qıza diqqət yetirir. Nəticədə belə alınır ki, partiyanın birinci katibinin bacısı bəy oğlu ilə Bakıya qaçır. Dayım mən dünyaya gələndən sonra bacısı ilə barışıb. Çox firavan uşaqlığım olub. Beş oğlu olan babam məni çox himayə edirdi. O həmişə deyirdi: “Hamısı sənə qurban!” Bağçaya getməmişəm. Atam və anam bizim bütün qayğımızı çəkiblər. Onlar əmək adamları idi. Uşaqlığım çöx sayda millətlərin yaşadığı məkanda keçib”.

“Qorbaçov 1985-ci ildə mənə Azərbaycana rəhbərlik etməyi təklif eləmişdi”

Müsahibədə müharibədən, Stalindən, komsomol fəaliyətindən, Qaqarinlə dostluğundan danışan Ə. Vəzirov daha sonra Azərbaycana rəhbərlik etməsi ilə bağlı tarixə toxunub. Onun sözlərinə görə, SSRİ rəhbəri Mixail Qorbaçov baş katib seçildikdən az sonra ona Azərbaycana rəhbərlik etməyi təklif edib: “Hələ 1985-ci ildə Qorbaçov mənə Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Digər tərəfdən respublikada keçmişdən necə ağır miras qaldığını bilirdim. Başa düşürdüm ki, mən Azərbaycanda əvvəlki siyasət nəticəsində formalaşmış hakimiyyətdəki qüvvələrlə bacara bilmərəm. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi”.

Daha sonra Ə. Vəzirov Azərbaycana necə rəhbər təyinatı almağından söz açıb: “1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və yenidən Azərbaycana rəhbərlik etməyi təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir. Qorbaçov mənə dedi: “Rəhman, partiyaya kömək etmək lazımdır”. İlk vaxtlar kömək etməyə çalışdım. Sonra Qorbaçov hər şeyi yerlə-yeksan etdi. Mən o dövrün yeganə vəzifəli adamlarındanam ki, Qorbaçov haqqında pis heç nə danışmamışam. Çünki ali mərtəbədə olmağın nə olduğunu yaxşı bilirəm. Orada hansı küləklərin, hardan hara əsdiyini bilirdim”.

“Ermənilər zəlzələ zamanı ölmüş xilasedici itə başsağlığı verdilər, bizə yox!”

Ə.Vəzirov Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən, Azərbaycanın ora necə yardım göndərdiyindən də danışıb. Onun sözlərinə görə, zəlzələ baş verdikdən 1 saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb: “Dedim ki, yardım prosesində iştirak etməliyik. Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq. Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.

Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib: “ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu. Dedi“hər şeyi bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, “düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar”. Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər. Yerevana gəldik. Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, oturduğu mikroavtobusa mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə “Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. Yerevana gəlmiş yüksək sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, Yerevanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. Yerevandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə “çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq”.

“Ermənistandan gələn qaçqınlar Qarabağda yerləşdirilmək təklifini rədd etdilər”

Ə. Vəzirov uzun illər mübahisə doğuran bir sualı da cavablandırıb. O dövrdə əsas ittihamlardan biri Ermənistandan qovulmuş qaçqınların nə üçün Dağlıq Qarabağda yerləşdirilməməsi idi. Ə.Vəzirov deyib ki, bu deyilənlərin heç bir əsası yoxdur: “Biz Ermənistandan qovulmuş azərbaycanlıları harada yerləşdirilməsi ilə bağlı məsələni müzakirə edirdik. Bu, çox ağır məsələ idi. Biz çıxış yolunu tapdıq. Bu köçkünləri Qarabağa göndərmək təklifi çox kəskin reaksiya doğurdu. Qaçqınların ağsaqqaları ilə görüşdə onlar dedilər ki, biz canımızı onlardan güclə qurtarmışıq, siz yenə onların yanına göndərirsiniz. Mən hesab edirəm ki, bu qərar çöx böyük toqquşmalara səbəb ola bilərdi. Ona görə qərara alındı ki, bu adamları müxtəlif rayonlarda yerləşdirək. Bakıda isə bir sıra qüvvələr onları öz yanlarına çəkməyə başladılar. Azərbaycan Xalq Cəbhəsinin nufuzu elə həddə düşdü ki, onların mitinqlərinə daha gələn olmurdu. Mitinqə Ermənistandan qovulmuş qaçqınları gətirməyə başladılar. Odur ki, qaçqınların Dağlıq Qarabağda yerləşdirilməməsi səhv deyildi. Mən köçkünlərin ağsaqqalları ilə görüşdüm. Onlar bu təklifdən qətiyyətlə imtina etdilər. Biz Ağdam və Şuşa partiya komitələrinin rəhbərləri ilə – Şuşa partiya komitəsinin rəhbəri Vaqif Cəfərovla – danışdıq və Ermənistandan qovulmuş qaçqınlarn bu ərazilərdə yerləşdirilməsini istədik. Lakin onları aparmaq üçün ayrılmış avtobuslara minmək üçün heç kim gəlmədi. AXC və bizi istəməyən digər qüvvələr onları şəhərdə saxlaya bildilər”.

“18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim”

Ə. Vəzirov 20 yanvar 1990-cı il Bakıda baş vermiş qanlı qırğınla bağlı danışmaqdan yayınıb. O, yalnız bildirib ki, ordunun Bakıya yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub.

Ə.Vəzirov deyib ki, Moskva ilk vaxtlar Qarabağla bağlı yaxşı mövqe tutmuşdu: “Sonra hərcmərclik başlandı. Sözdə bir şey deyirdilər, əməldə başqa addım atırdılar. Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim. 18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da XİN-ə qayıdım. Mən isə bəyan etdim ki, sizinlə daha işləmək istəmirəm. Bundan sonra mən Qorbaçovla heç vaxt görüşmədim. Belə arzum da yoxdur. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim”.

Daha sonra Ə. Vəzirov maraqlı etiraf edib. O bildirib ki, 90-cı illərdə Azərbaycana gəlib: “Bu illər ərzində bir neçə dəfə Azərbaycana getmişəm. Dəqiq neçə dəfə olduğumu deyə bilmərəm. Anam vəfat edəndə Bakıya gəldim. Digər tədbirlərdə də iştirak etmək üçün Azərbaycana gəlmişəm. Amma bu, çoxdan – 90-cı illərdə olub”

Xatırladaq ki, Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Vəzirov həmişə Bakıya ordunun çağırılmasında ittiham edilib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 89 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Hazırladı: Xaqani SƏFƏROĞLU

Strateq.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti