13:34 xeber – Bakıda polis bir neçə böyük oğurluq hadisəsinin üstünü açıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi avqustun 2-də baş verib.
Paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlamışdı.
Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin üstünü açmaq mümkün olub.
Hadisəni törətməkdə ittiham edilən Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulub.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də daha bir oğurluğun üstü açılıb. İyulun 8-də Anvarjon Xamzayevin evindən 3700 manat və 18000 rubl oğurlanıb. Hadisədə şübhəli bilinən Yevlax rayon sakini Seyran Nadirova tutulub.
mənbə :
anspress
Şərh yaz.