04:05 xeber – Ukrayna Rusiya mədəniyyət xadimlərinin “qara siyahısını” açıqlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Kiyevin dərc etdiyi siyahıda adları əks olunmuş 14 rusiyalı mədəniyyət xadiminin “dövlət təhlükəsizliyinə hədə” olduğu bildirilir.
Mədəniyyət Nazirliyinin hazırladığı sənəddə Oleq Qazmanov, İosif Kobzon, Nikolay Rastorquyev, Valeriya və Mixail Boyarski ilə yanaşı 2013-cü ildə Rusiya vətəndaşlığını almış fransız aktyoru Jerar Depardiyenin adını da görmək olar.
“Qara siyahı”ya düşənlər
Bildirilir ki, Ukraynada arzuolunmaz şəxslər sayılan rusiyalı mədəniyyət xadimləri vaxtilə Krımın ilhaqı və müstəqilliyini elan etmiş Donetsk və Luhansk bölgələrinə dəstək bildiriblər.
Belə bir sənədin hazırlandığı əvvəl də məlum olub. Lakin ona daxil edilmiş adların tam siyahısı ilk dəfədir ki, açıqlanır.
Təhlükəsizlik Xidmətində tərtib edilən sənəd, informasiya teleradioməkanının qorunması barədə qanunun tələblərinə uyğun olaraq Mədəniyyət Nazirliyinə təqdim olunub.
Müvafiq təkliflərin daxil olduğu təqdirdə siyahının genişləndiriləcəyi bildirilir. Fevral ayında Xarici İşlər Nazirliyinə Ukraynaya girişi müvəqqəti yasaqlanacaq 115 adamdan ibarət siyahının verildiyi bildirilib.
“Qara siyahı” ilə yanaşı “ağ siyahı”da mövcuddur. Belə ki, ötən ay Mədəniyyət Nazirliyi Ukraynaya gəlməsi tövsiyyə edilən xarici mədəniyyət və incəsənət xadimlərindən ibarət əlavə bir siyahı dərc edib.
Andrey Makareviç, Liya Axecakova, Boris Akunin və Eldar Ryazanov-da daxil olmaqla həmin siyahıda 34 nəfərin adı var. Siyahıya həmçinin Pedro Almodovar və Arnold Schwarzenegger-in adları da daxil edilib.
“Ağ siyahının” hazırlanması həqiqət, ədalət və sadəcə insan vicdanı tərəfini tutmaqdan qorxmayan xarici ölkələrin vətəndaşlarına minnətdarlıq və ehtiram əlamətidir”, deyə Mədəniyyət Nazirliyinin bəyanatında deyilir.
mənbə :
anspress
Şərh yaz.