23:27 xeber – ANS hər il olduğu kimi bu il də Media Akademiyasını təşkil etdi və jurnalistika sahəsində çalışmaq istəyən gənclərə şans yaratdı.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, fəqlənənlər, seçilənlər akademiyanı bitirib yeni iş həyatlarına başlamaq üçün imkan qazandılar. Artıq gələcəyini jurnalist kimi görənlərə diplomlar da təqdim olundu.
“ANS Media Akademiyasını indiyədək 250-dən artıq məzun bitirib. Akademiyanı bitirən məzunları nəyinki ANS TV-də, eləcə də ölkəmizdə fəaliyyət göstərən digər media orqanlarında da görmək mümkündür. ANS-in Azərbaycandan kənarda fəaliyyət göstərən bürolarında da məhz Media Akademiyasını məzunları çalışırlar. Həm Tükiyə, həm Amerika Birləşmiş Ştatları buna misal göstərmək olar. Mən özüm də ANS Media Akademiyasının məzunuyam. Belə ki, Media Akademiyanın məzunları üç ay boyunca gecə-gündüz çalışıblar. Onlar həm yerli, həm də xarici mütəxəssislər tərəfindən dərs alıblar. Eyni zamanda ANS TV, ANS ÇM və ANS PRESS yayım şirkətlərində təcrübə keçiblər”,– deyə Xanım Yadigarlı bildirib.
“ANS Media Akademiyasını artıq 8-ci buraxılışıdır. Bu gün həyəcanlı bir gündür. Mən də sizlərlə birlikdə həyəcan keçirirəm. Bu il 150 nəfərdən yalnız 20 nəfər seçdik. Ötən illə müqayisədə bu il seçim çox yüksək idi. Belə ki, mənzunların içərisində həm media sahəsində çalışanlar, həm də mediadan uzaq olan adamlar var idi. Amma bütün bunlara baxmayaraq, bu gün onların hər birinin bilik səviyyəsi eynidir. Artıq bu gənclər istənilən media sahəsində – radio, tv və yaxud pressdə çalışmağa hazırdırlar”, – deyə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev qeyd edib.
“Əməkdaşlıqdan danışarkən demək istəyirəm ki, ANS-lə 7-8 ildir ki, işbiliyimiz var. Və bu illər ərzində biz birgə peşəkarlar yetişdirməyə çalışırıq. Və deyərdim ki, bu bizim əsas məqsədimizdir”, – deyə Amerikanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Derek Hoqan bəyan edib.
“Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişəm. ANS isə mənim ikinci evim oldu. Sözün həqiqi mənasında bura bizim üçün əsil məktəb idi”, – deyə məzun Ülkər Məmmədova fikrini açıqlayıb.
“ANS-ə gəlmədən öncə, hər zaman söyləyirdilər ki, ANS-ə getmək mütləqdir. Çünki ilk məktəb ANS-dən başlayır. Fəxr edirəm ki, bu gün mən məhz ANS-in sıralarına daxil oldum”, – deyə məzun Anar İbrahimov söyləyib.
mənbə :
anspress
Şərh yaz.