Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Hemin abideleri maşınlara yığıb harasa apardılar” – ƏYALƏTDƏ KİM VAR, KİM YOX

“Həmin abidələri maşınlara yığıb harasa apardılar” - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

11/08/2015

11:42


11.08.2015 / 11:36 xeber –

Tovuz dağətəyi rayon sayılsa da, arada keçən sərt istilər bizdən də yan ötməmişdi. Hərdən Gədəbəydə yaşayan dostlarla zəngləşir, istidən şikayətlənirdim. Onlar da hər dəfə sərin meşəlikdə dincəldiklərini deyir, məni dağlara dəvət edirdilər.
Nəhayət, bir gün Gədəbəyə getməyi qərarlaşdırdım. Düşündüm ki, babalarımız demiş, həm ziyarət, həm də ticarət. Ticarətim bu ki, oradakı qədim abidələrə baş çəkib yazı yazmalı, maraqlı insanlarla tanış olmalı idim. Dostum Şəmsinin maşınında səhər tezdən Gədəbəyə yola düşdük.

Bizi qarşılayan Nizami müəllim dedi ki, əvvəlcə yaxınlıqdakı meşənin talasındakı abidəni ziyarət eləyək. Biz yolların imkan verdiyi qədər maşınla meşəliyin içinə getdik.  Sonra maşından düşüb məbədə tərəf xeyli piyada gedəsi olduq.
Nizami müəllim təklif elədi ki, məbədi ziyarət etdikdən sonra qayıdıb bu abidənin tarixi haqda Gədəbəydə yaşlı sakinlərdən sayılan tarixçi İkram müəllimlə söhbətləşərik.

Nəhayət, əcdadlarımızın yerli dağ daşları ilə tikib ucaltdığı abidənin yanına çatdıq. Biz, meşənin bir küncünə sıxaraq tarixin lazımsız bir tikili kimi xaraba qoyduğu bu qədim məbədin içərisinə daxil olduq.
Məbədin içində başımı qaldırıb qübbəsinə boylandım. Hündürlüyü ən azı 6 metr olardı. Qübbənin çox hissəsi uçulub töküldüyünə görə tikili üstü açıq kimi görünürdü. Məbəd dörd tağdan ibarət, dairəvi formada inşa olunub. Bu da sanki ruhani usta və şagirdlərin ocaq başına yığışmaları kimi, dairəvi oturub təlim keçmələri üçün nəzərdə tutulmuşdu. Abidənin təxminən ortalarında tağların yuxarıya doğru sıxılma yeri kimi ornament kəməri vardı.

Yerdən təxminən üç metr hündürlüyündə yerləşən arxa pəncərə qalalarda olduğu kimi çöldən dar, içəridən isə enlənən bucaq altında qurulmuşdu. Məbədin əsas girişi, iri heyvanların içəriyə daxil olmasının qarşısını almaq üçün, sonralar daş qalaqları ilə sementsiz hörülmüşdü.

Abidə çöl tərəfdən dairəvi görünsə də, dörd küncündə dördbucaqlı dayaqları var. Dayaqların ikisi qismən uçularaq dağıdılıb. Məbədin simmetrik quruluşu imkan verir ki, onun salamat qalmış yerləri ilə uçuq yerlərini səsləşdirib yenidən bərpa edəsən.

Biz bu sirli abidəni kədər içində tərk elədik. Bütün pisliklərə rəğmən yaşıllıqlar əhatəsində əzəmətlə dözüb dayanan bu tarixi abidədən uzaqlaşdıqca tez-tez arxaya boylanıb baxışımla onu təzədən oxşayırdım. O isə sanki mənə: “Get, narahat olma, tarix həmişə amansız olub!” deyirdi.

Nizami müəllimlə vədələşdiyinə görə 93 yaşlı İkram müəllim bizi yaxın dostu Katibli Ələkbərlə mərkəzi parkın çay süfrəsində gözləyirdi. (Şəxsi kitabxanasındakı kitabların sayı 2700-ü haqlamış Katibli Ələkbərlə söhbəti sonrakı yazıya saxlayırıq.)

Əzəmətli və duru səsini özündə saxlayan bu uzunömürlü qoca hərəkətlərindən və davranışından heç də 93 yaşlıya bənzəmirdi.

Söhbətə başlayırıq.

–         İkram müəllim, sözü gedən bu abidə neçənci əsrlərə aiddir, sizcə?

–         Taladakı bu kilsənin tarixi təxminən VIII-IX əsrlərə gedib çıxır. Oxşar abidələri tarixi kitablarda alban adlı millətin abidəsi kimi xarakterizə edirlər, ancaq qətiyyən belə deyil! “Dədə Qorqud” kitabında “alban evlər” sözü dəfələrlə keçir. Bilirsinizmi, biz türklər maldarlıq həyat tərzinə uyğun olaraq arandan yaylağa, yaylaqdan da arana köç eləmişik. Köç etdiyimiz yerlərdə yurd salmaq üçün yun keçə icad eləmişik. Həmin keçələri təbii otlarla müxtəlif rənglərə boyamışıq. Alban – qırmızı rəng atılmış yurtlara deyilirdi. Qədim türklər əlamətdar günləri, qalib orduları qırmızı ilə bəzəməyi sevib. Yəni “alban” sözünün indiki alban xalqı ilə heç bir əlaqəsi yoxdu. Al-qırmızı, Ban-uca deməkdi. Söhbət qırmızı və uca yurtdan gedir. Alban sözü buradan qidalanaraq türkün bir qoluna deyilmişdi. İslama qədərki dövrlərdə həmin alban tayfaları xristianlığı qəbul etmiş, oturaq həyata keçərək özlərinə məbədlər inşa etmişlər. Baxın, “Əsli və Kərəm” dastanındakı ibrət dərsinə. İndiki aşıqlar söyləyir ki, guya Əsli erməni qızı olub. Tamamilə yanlışdı! Tarix boyu erməni öz qızını türkə verməkdən ötrü sino gedib, xeyir ola, bu dastanda erməni türkə qız vermir? Məsələ başqa cürdü. Dastandakı qız, Əsli xristian türkü idi. Dastanın da mənası budu ki, ay türk, sən eyni millətsən, qəbul elədiyin dinə görə sevənləri biri-birindən ayırma! Ayırsan qəbirlərinin üstündə qaratikan kolu bitəcək!
Yəni, bu abidə öz babalarımızın tikib ucaltdığı məbədgahdı. O vaxtkı türklər xristianların kitabını qəbul eləyib onlarla ticarət əlaqələri qururdular. Xristianlar öz dinlərini yaymaq üçün türk dünyasına emissarlar göndərir, onların təklif elədiyi ilahi qüvvənin daha humanist olduğunu çatdırmağa çalışırdılar. Sonralar ərəblərin güclənməsi və üstümüzə qılıncla gəlməsi böyük bir əlaqəni və yenicə dirçəlmək istəyən türk mədəniyyətini darmadağın etdi. Ərəblər bütün məbədləri, ocaqları  kafər yuvası elan edərək qarşılarına çıxanı dağıtdılar. Həmin məbədlərdə ibadət edənləri edam etdilər. Ərəbin bu barbarlığından sonralar istifadə edən ermənilər həmin abidələri rahatca öz adlarına çıxmağa başladılar. Yeri gəlmişkən, bu taladakı məbədin girəcəyində, üstündə böyük alban xaçı olan sal daşı da sovet dövründə ermənilər bir vasitə ilə oğurlayıb aparmışdılar.
 

–         Tamamilə doğrudu! Nəhayət ki, bu alban kilsəsi məsələsinə bir aydınlıq gətirən adama rast gəldim. Oxşar kilsələr ölkəmizin hər yerində var. Di gəl ki, ərəbin keçmiş xofu ilə hələ də öz tariximizə yaxın düşə bilmirik.
 

–         Bəli! Bizim tərəflərdə olan abidələri öz tarixinə çevirmək üçün ermənilər çox iş gördülər. Məsələn, bax elə indi ziyarət elədiyiniz abidənin üstünə iskənə ilə erməni xaçı çəkən bir gədəbəyli ermənini yaxalamışdıq. Həmin erməniyə ağıldan az adam kimi baxır, adına Qidili deyirdik. Bir də xəbər yayıldı ki, Qidili kilsənin daşlarına erməni xaçı çəkirmiş. Bizimkilər isə əlinə lom alıb məbədin ora-burasını qazıb uçururdular ki, görüm qızıl varmı. El içində dəfələrlə  demişəm, ay camaat, o abidələrdə qızıl yoxdu, onlar insanların ruhi rahatlığını təmin eləmək üçün tikilib. Həmin abidələr əksinə, həmişə qızıldan, var-dövlətdən qaçmağı təlqin ediblər. Oralarda qızıl nə gəzir?
 

–         İkram müəllim, bəs ermənilər niyə yenidən xaç həkk edirlər, o kilsələrdəki xaçlarla erməni xaçının fərqi varmı, yəni?

–         Əlbəttə var! Həmin kilsələrin öz xaçları çox yerdə yanıüstə, qılınc kimi həkk olunub. Xətlərin kəsişmə yerləri bir növ qılınc dəstəyinə bənzəyir, ucluğu isə uzun olur. Erməni xaçı isə, əksinə, yuxarısı uzun, aşağısı gödək olur. Ona görə ermənilər həmin kilsələri özününküləşdirmək üçün xəlvətcə öz xaçlarını döyməli olurlar.
 

–         Çox acınacaqlı haldı ki, görün doğma tariximizə nə qədər laqeydik ki, balaca bir qonşu millət gəlib bizim abidəmizə sahib çıxmaq istəyir.
 

–         Mən 1988-ci ildən başlayaraq Gədəbəydə tarix diyarşünaslıq muzeyinin əsasını qoydum. Bu da haradan başladı? O vaxtlar rayonun müxtəlif yerlərində tikinti işləri aparıldıqca qazıntı işləri də olurdu. Qazılan yerlərin hamısında tarixi əşyalar tapılırdı. Mən əvvəlcə qədimi küpləri toplamağa başladım.
 

–         O küplər tarixdə hansı məqsədlə istifadə olunurmuş?
 

–         Qazıntıdan tapılan küplərin hamısında müxtəlif qida qalıqları və insan cəsədləri vardı. Bir zamanlar əcdadlarımız ölənlərini iri küplərdə dəfn edər, öz inanclarına görə isə yanına qida və müxtəlif bəzək əşyaları qoyarmışlar.

–         Belə qəbiristanlıqlar əsasən hansı bölgələrdə tapılırdı?
 

–         İlk qazıntı Arısuyu bölgəsində olmuşdu. Belə götürəndə, qədim əşyalar çox yerdən tapılıb. Cəfərlidən, Qızıl Torpaqdan, Nağılardan, Daryurddan, Şınıxdan. Qızıl Torpaqda üstündə Tundra meşələrinə aid olan sayqak (maral növü) şəkilləri həkk olunmuş metallar tapmışdıq. Topladığımız eksponatlar çoxaldıqdan sonra Nazirlər Kabinetinin qərarı ilə rayonumuzda tarix muzeyi yaratdıq.
 

–         Bəs bu bölgədə daş bitiklərə rast gəlinirmi?

–         Tarix deyir ki, islam yayılarkən qədim türk əlifbasında yazılan bütün daş bitiklər məhv edilib. Mənim yadımdadı, İkinci Dünya müharibəsi bitdikdən xeyli sonra Gəncədən milis forması geyinmiş adamlar gəlmişdi. Bizdə Kiçik Qaramuradla Çaldaş deyilən ərazinin arasında Çoban qəbiristanlığı adlandırdığımız bir yer var. Orada çoxlu sayda qoç şəkilli qəbirüstü abidələr vardı. Gələnlər həmin abidələri maşınlara yığıb harasa apardılar. Düşünürəm ki, burda da erməni əli vardı. Çünki, ermənilər bizim qoçşəkilli qədim daş abidələrimizi mənimsəyərək öz tarixlərinə yamamağı sevirlər.

–         Sizcə, niyə bizim millət öz tarixinə bu qədər laqeyddi?
 

–         Çünki insanların başı var-dövlət toplamağa, yağlı yeməyə qarışıb. Ümid edirəm ki, bir gün üzlərini mənəviyyata da döndərəcəklər.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website