19:13 xeber – Fələstin milli administrasiyasının sədri Mahmud Abbas yaxın həftələr ərzində İrana səfər edəcək. Bu barədə razılıq Fələstin liderinin xüsusi elçisi Əhməd Məcalaninin Tehrana səfəri zamanı əldə edilib.
Səfər çərçivəsində Mahmud Abbasın nümayəndəsi İranın xarici işlər naziri Cavad Zəriflə danışıqlar aparıb. Danışıqlar zamanı siyasət, iqtisadiyyat və təhsil sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib.
Fələstin liderinin xüsusi elçisi Əhməd Məcalanini
Əhməd Məcalani İran xarici işlər nazirinə Fələstin administrasiyası rəhbərinin məktubunu çatdırıb. Məktubda Fələstinlilərin acınacaqlı vəziyyəti, yəhudi ekstremistlərinin müsəlmanlar üçün müqəddəs olan yerlərin təhqir edilməsi və Fələstin əhalisinə qarşı hücumların təşkil olunmasından söz açılıb.
Tərəflər həmçinin FƏTH və HƏMAS təşkilatları arasında danışıqları və Suriyada vəziyyəti müzakirə edib.
Fələstin administrasiyanın rəhbəri Mahmud Abbas sonuncu dəfə Tehrana 2005-ci ildə səfər edib.
Fələstin administrasiyanın rəhbəri Mahmud Abbas
İranın xarici işlər naziri Cavad Zərif
mənbə :
anspress
Şərh yaz.