Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Xezer 5 yere gelen il bölünecek – FOTO

Xəzər 5 yerə gələn il bölünəcək - FOTO

12/08/2015

11:48

11:40 xeber – Türkmənistan paytaxtı Aşqabad şəhərində 2016-cı ildə Xəzərin hüquqi statusu ilə bağlı növbəti Sammit keçiriləcək. Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekun yekdil qərərın əldə olunacağı gözlənilir.

Bunu ANS PRESS-ə müsahibəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən, Qərərgah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov bildirib. O deyib ki, indi Xəzər dənizinin hüququ statusunun təyin olunması ilə bağlı bir çox problem var. Xəzərin statusunun təyin olunmaması hansısa qarşıdurmaya, münaqişəyə gətirib çıxarmır. Bu da bütün Xəzəryanı dövlətlərin hərbi dənizçilərinin təmkinli, səbrli, beynəlxalq təcrübədən istifadə edərək bir-birinə qarşı dostcasına münasibətindən irəli gələn məsələdir. Lakin Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı diplomatik kanallar işləyir. Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış işçı qrupu bu sahədə fəaliyyətini davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekdil qərəra gəlinsin.


Xəzryanı ölkəlrin dövlət başçıları

Xarici İşlər Nazirliyindən ANS PRESS-ə Sammitin hər il keçirildiyini, yekun sənədin imzalanması ilə bağlı qərarın imzalanıb-imzalanmamsı ilə bağlı isə fikir söyləməyin hələ tez olduğu bildirilib.

Ümumiyyətlə, Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.

Dünyada enerji ehtiyatlarına tələbatın artması, eləcə də Rusiya ilə Qərb arasında davam edən qarşıdurma fonunda Moskvanın Xəzər hövzəsi ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə və yekun qərarın əldə olunmasına sövq edir.

İndi Xəzərin yekun hüquqi statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılması məqsədi ilə işçi qrupların görüşü davam etdirilir. Xəzəryanı dövlət başçılarının növbəti zirvə toplantısının gələn il Aşqabadda keçirilməsi razılaşdırılıb.
Xatırlatmaq yerinə düşər ki, 2015-cü il martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mətbuata bildirib ki, bütün tərəflər anlaşmaya yaxındır. Biz Xəzər dənizinin statusuna aid problem kimi qalan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə başa çatdıracağıq. İşçi qrupu Xəzərin statusundan əlavə olaraq bioloji ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin imzalanmasını da başa çatdırmaq istəyir. Bura xüsusilə balıqçılıq zonasının müəyyən olunması daxildir.


Xələf Xələfov – Azərbaycanın xarici işlər nazirinin müavini

Azərbaycan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və Xəzər dənizində demilitarizasiyanın tərəfdarı kimi çıxış edir. Türkmənistan sahilyanı ölkələr arasında dənizin dibinin konkret hissələrində onların hüquqlarını müəyyənləşdirən razılaşma imzalanmadan birtərəfli şəkildə işlərin görülməsinə qarşıdır. Xəzər dənizinin statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi ilə razılaşmayan digər Xəzəryanı ölkə isə İrandır. İran Xəzərin statusu ilə bağlı Sovet İttifaqı ilə İran arasında imzalanmış müqavilələri bir kənara qoymağı təklif edir.

Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı mövqeləri belədir:

Azərbaycan – Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.

Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur. Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla “Kəpəz” yatağına görə mübahisə edir. Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.


Xəzər dənizi

Rusiya – Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər sahillərinin 16 faizi Rusiyaya məxsusdur.

İran – Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir. Xəzər dənizinin İran sahili 900 kilometrdir. Xəzəryanı ölkələr arasında ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edir.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana məxsusdur.

Qazaxıstan – Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən olunmasının tərəfdarıdır. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz sərhədini müəyyən edib. Rusiya ilə mübahisəli mövzusu olan Xvalınoe, Mərkəzi və Qurmanqazı neft yataqları iki ölkə tərəfindən birgə istismar olunur. Xəzər dənizinin 29 faizi Qazaxıstana məxsusdur.

Türkmənistan – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin “xüsusi vəziyyətlər” nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu “xüsusi vəziyyətlər” 1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.

Xəzərin hüquqi statusu ilə bağlı keçirilən sammitlərin tarixi:

– 2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı dövlət başçılarının I sammiti keçirilib. Prezidentlər Heydər Əliyev (Azərbaycan Respublikası), Saparmurad Niyazov (Türkmənistan Respublikası), Məhəmməd Xatəmi (İran İslam Respublikası), Nursultan Nazarbayev (Qazaxıstan Respublikası) və Vladimir Putinin (Rusiya Federasiyası) iştirakı ilə Aşqabadın “Ruhiyyət” sarayında keçirilən bu toplantı Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü idi.

– Xəzəryanı ölkələrin dövlət başçılarının II sammiti 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib. Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçirilən II sammitinin yekunu olaraq Bəyannamə imzalanıb. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin imzaladığı sənəd 25 bənddən ibarət olub.

– 2010-cu il noyabrın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitriy Medvedyevin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, İran Prezidenti Mahmud Əhmədinejadın və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə Xəzəryanı Ölkələrin Dövlət Başçılarının III Zirvə Görüşü keçirilib.

– 2014- cü il sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Xəzər sammiti keçirilib. Sammitdə Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin müzakirə olunub, çoxtərəfli sənədlər imzalanıb.


Xəzəryanı ölkələrin Həştərxan Sammiti

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qədər gələn ilin birinci rübündə xarici işlər nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Həmin toplantıda sammitdə müzakirə olunacaq layihələr üzrə müzakirələr aparılacaq. İşçi qrupunun gündəliyində əsas məsələ Xəzərin statusu ilə bağlı yekun sənədin imzalanmasıdır.

Bir sözlə, 5 Xəzəryanı dövlətdən üçü Xəzər dənizinin orta xəttinin müəyyənləşdirilməsinin və onun sektorlara bölünməsinin bir metodunu, iki dövlət isə başqa metodunu təklif edir. Formal baxımdan yanaşdıqda, Azərbaycanın çoxluqda olan cinahda qərar tutmasının ona müəyyən üstünlüklər yaratdığını demək olar. Enerji daşıyıcılarının müxtəlif nəql marşrutlarının təklif olunması, mübahisəli yataqlar üzrə tərəflərdən bəzilərinin qeyri-konstruktiv mövqeyi Xəzərin statusu ilə bağlı müzakirələrin yaxın perspektivdə Konvensiyanın imzalanması ilə nəticələnəcəyini deməyi çətinləşdirir. Amma bütün bunlara baxmayaraq, Xəzərin dostcasına bölünməsinin vaxtı çatıb. Çünki Xəzər dənizi münaqişə məkanı yox, sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır.

Həmçinin oxuyun:

Azərbaycanda hərbi gəmilərin inşasına başlanılır

Xəzərin statusu həllini tapır

Xələf Xələfov: “Xəzərin statusu ilə bağlı irəliləyişə nail olunub”

Xeber

Xeber

Xeber

Xeber

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles