21:43 xeber – Xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovdan yeni xəbər var.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Almaniyada müalicə alan sevilən aparıcı şəxsi “Facebook” səhifəsində xəstəxanada çəkdirdiyi rəsmini paylaşaraq, bunları yazıb:
“Bu gün həkimlərdən pis xəbər gəldi: ağır kimyaterapiya mualicələri bitən kimi, mənə transplantasiya etməlidilər… Yenə bir müddət xəstəxanada olmalıyam… İrəllidə yenə dözülməz ve ağır müalicələr… Allaha şükürlər olsun….”
Hacı Nuran
Hacı Nuran hazırda Almaniyanın Dusseldorf şəhərində yerləşən Uniklinikanın onkologiya şöbəsində mualicəsini davam etdirir.
Hacı Nuran “Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.
Həmçinin oxuyun: Daha bir erməni əsgər öldürüldü
mənbə :
anspress