00:32 xeber – Çin bü gün dünyanı yenidən şoka saldı. Dünyanın ən böyük iqtisadiyyatlarından birinin milli valyutası yenidən devalvasiyaya uğradı. Çin ixracı bu prosesdən yararlansa da, yuana və Çin qiymətli kağızlarına investsiya qoyanlar, o cümlədən Azərbaycan itirir.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Çin ardıcıl iki gündün dünya iqtisadiyyatını silkələyir. Ötən gün Çin milli valyutası yuan təxminən 1,9% dəyərini itirmişdisə, bu gün Mərkəzi Bank yuanı daha 1,6% ucuzlaşdırıb.
Ümumilikdə iki gündə Çin pulu təxminən 3,5% dəyərsizləşib. İndi bir dollar 6,3 yuana bərabər olub. Bu addım ixracı stimullaşdırmaq, Çin mallarının dünyada daha rəqabətqabiliyyətli olmasını təmin etmək üçün atılıb.
Eyni zamanda yuana olan yatırımların itki ilə üzləşməsinə səbəb olub. Bu ilin iyulundan Azərbaycanın Dövlət Neft Fondu 3 milyard yuanlıq investisiya qoyulduğunu açıqlamışdı. Bu həmin vaxt təxminən 500 milyon dollar demək idi.
Onun dəyərinin 3,5% itirilməsi Neft Fonduna iki gündə 17,5 milyon dollar zərər deməkdir.
mənbə :
anspress
Şərh yaz.