13.08.2015 / 11:10 xeber –
Moskvada baş vermiş yanğın zamanı 3 azyaşlı ölüb.
Lent.az-ın TASS-a istinadən xəbərinə görə, hadisə dünən gecə saatlarında Moskva vilayətinin İstra rayonunda baş verib. Beşmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən evdə baş vermiş yanğın zamanı 4 uşaq və uşaqların atası olub.
Yanğın zamanı ancaq nənə, ata və uşaqlardan biri xilas ola bilib. Üç azyaşlı diri-diri yanıb.
Yanğının səbəbləri araşdırılır.
mənbə :
lent.az
Şərh yaz.