03:56 xeber – ABŞ Dövlət Departamenti Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusa hökm oxunmasına münasibət bildirib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dövlət departamentinin sözçüsü Con Kirbi açıqlamasında bildirib ki, ABŞ hüquq müdafiəçiləri haqqında verilən məhkəmə qərarından narahatdır.
“Birləşmiş Ştatlar məhkəmənin Leyla Yunusa 8 il 5 ay, Arif Yunusa isə 7 il azadlıqdan məhrum etmə qərarının verməsindən narahatdır. Onlar 1 ildən artıqdır ki, həbsdə saxlanılır.”
Kibri həmçinin qeyd edib ki, ABŞ hüquqi proses zamanı qanun pozuntuları ilə bağlı yayılan xəbərlərə görə ciddi narahatdır. Biz xüsusi ilə onların sağlamlığına görə narahatlıq hissi keçiririk və hakimiyəti dərhal onları hümanitar əsaslarla sərbəst buraxmalarına çağırırıq. Bütün vətəndaşların hüquqlarına riayət edilməsi haqqında qəbul edilmiş beynəlxaq öhdəlikərin icrası Azərbaycanın maraqlarına cavab verir”.
Avqustun 13-də Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidinqtonun Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərinə münasibət bildirərkən qeyd etmişdi ki, onlar barəsində birinci instansiya məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi və mahiyyətinin təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz hesab edirik.
“Leyla Yunus Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub”, – Hacıyev bildirib.
Hikmət Hacıyev-Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin rəhbəri
Məhkəmə prosesinin izlənilməsi üçün məhdudiyyətlərin tətbiq edilməsi barəsində iddia əsassızdır. Məhkəmə prosesi açıq və sərbəst mühitdə keçirilib. Məhkəmənin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələr və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqı üzv ölkələrinin diplomatları tərəfindən izlənilməsinə tam şərait yaradılıb.
Leyla və Arif Yunusun istintaq dövründə səhhəti ilə əlaqədar iddiaya gəlincə isə yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın Charite xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Prof.Dr. Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcək.
Azərbaycan Respublikasında məhkəmələrin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Qanuna uyğun olaraq, hər bir vətəndaşın apelyasiya qaydasında məhkəməyə müraciət etmək hüququ vardır.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun dünən keçirilən məhkəmə prosesində hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Yunus və Leyla Yunus
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə iclasına hakim Əfqan Hacıyevin sədrlik edib. Məhkəmə iclasında Leyla və Arif Yunusun vəkilləri çıxış edərək onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildiriblər və təqsirləndirilən şəxslərin azad edilməsini istəyiblər.
Ötən həftə dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Avqustun 10-da baş tutmuş məhkəmə prosesində isə Leyla Yunus tərcüməçiyə etiraz etdiyinə görə iclas təxirə salınmışdı.
Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Həmçinin oxuyun: Yunuslara hökm oxundu (YENİLƏNİB)
mənbə :
anspress
Şərh yaz.