14:16 xeber – Çinin sənaye sahəsi olan Tianjin limanında partlayış nəticəsində ölənlərin sayı durmadan artır. İndi onların sayı 85, yaralananların sayı isə 700 nəfərdən çoxdur.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Çinin səlahiyyətli nümayəndələri təklükəli və partlayıcı maddələrin olduğu bütün sahələrin yoxlanışına başlayıb.
Partlayışın baş verdiyi anbar Ruihai Logistiks şirkətinə məxsusdur ki, bu şirkət zəhərli kimyəvi maddələrin daşınması üzrə ixtisaslaşıb.
Güman edilir ki, partlayış zamanı anbarda 700 ton natrium sianid kimyəvi maddəsi olub.
Sənaye bölgəsini idarə edən şirkət təhlükəsizlik qaydalarının “kobud şəkildə pozulması”na görə ittiham olunur. Tianjin sənaye sahəsindəki yanğın o qədər güclü olub ki, onu söndürmək üçün hadisə yerinə 1000-dən çox canlı qüvvə və 140 yanğın söndürmə briqadası cəlb olunub.
Çinin Tianjin limanında baş verən partlayış
mənbə :
anspress
Şərh yaz.