Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Neft quyularının sayı artır, hasilat ise azalır – FOTO

Neft quyularının sayı artır, hasilat isə azalır - FOTO

15/08/2015

15:32

15:26 xeber – Bu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə təqribən 359 milyon dollar əməliyyat məsrəfləri və 949 milyon dollar əsaslı məsrəflər xərclənib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə “BP-Azərbaycan” şirkətinin 2015-ci ilin 1-ci yarısında həyata keçirilən biznes əməliyyatlarının nəticələri barədə yaydığı məlumatda bildirilir. Hesabatda Azəri-Çıraq-Günəşli (AÇG) yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited”, “Şahdəniz” yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited”, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri şirkətlərinin layihələrinə aid məlumatlar yer alıb.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

2015-ci ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 359 milyon dollar əməliyyat məsrəfləri və 949 milyon dollar əsaslı məsrəflər xərclənib. AÇG-də stabil hasilat davam edib. Altı ayda AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (157 000), Qərbi Azəri (107 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (145 000) və Qərbi Çıraq (106 000) platformalarından birlikdə – gündə orta hesabla 641 000 barel və ya ümumilikdə 116 milyon barel, yəni təqribən 16 milyon ton təşkil edib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq biz may ayında “Qərbi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirilib. Plana əsasən may ayında “Qərbi Azəri” platformasından hasilat təxminən 22 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmiş bu işlər tam təhlükəsiz şəkildə başa çatdırıldı.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 87 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda idi. 2015-ci ilin birinci yarısında AÇG-də doqquz neft hasilat quyusu və bir suvurma quyusu qazılıb.

AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 milyon kubmetr, ümumilkdə isə 2,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Birinci yarım il ərzində terminal təqribən 154 milyon barel neft və kondensat, o cümlədən təqribən 135 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16,3 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə ixrac edib. Həmçinin birinci yarım ildə terminaldan gündəlik orta hesabla 28,8 milyon standart kubmetr (1 milyard 17 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.

Bakı-Tbilisi-Ceyhanın (BTC) səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Birinci yarım il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 73 milyon dollar, əsaslı xərclərə isə 15 milyon dollar xərclənib.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Uzunluğu 1 768km olan BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümümilikdə təqribən 2,23 milyard barel (298 milyon ton) xam neft Ceyhanda təxminən 2 940 tankerə yüklənmiş və dünya bazarlarına göndərilib.

BTC vasitəsilə təqribən 18 milyon ton (135 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 188 tankerə yüklənib. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

“Şahdəniz” layihəsində iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Altı ayda “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 0,25 milyard dollar əməliyyat xərcləri və 2,26 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir. Hasilata gəlincə, “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. Bu dövr ərzində yataqdan 5,2 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,8 milyon barel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.

Birinci yarım ildə mövcud “Şahdəniz-1” platforması bir hasilat quyusunu –SDA07-ni, tamamlamış və daha bir hasilat quyusunun qazılmasını davam etdirib. “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları isə “Şahdəniz-2” layihəsinin öncəqazma proqramına dəstək vermək üçün qazma əməliyyatlarını davam etdirib. İyul ayında İstiqlal qazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilib, “Heydər Əliyev” qazma qurğusu isə qazma əməliyyatlarını davam etdirir. Bu iki qazma qurğusu ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 8 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Birinci yarımildə “Şahdəniz-2” qrafik üzrə irəliləyişə davam edərək bir sıra hədəflərə vaxtından əvvəl nail oldu. Hazırda layihə sürətlə irəliləyir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər gedir. Xüsusilə də platforma üst modulları və dayaq blokları uyğun olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur. Mühüm nailiyyətlərdən biri də layihənin ilk bərkitmə payalarının təhlükəsiz şəkildə daşınaraq quraşdırılması olub. Platformalar üçün ilk sabit qurğular olan bu səkkiz bərkitmə payası indi dəniz dibində yerləşdirilib. Layihə artıq mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 11 milyard dollar dəyərində əsas müqavilələri imzalayıb. 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçün daha iki müqavilə iyun ayında imzalanıb.

“Cənubi Qafqaz Boru Kəməri” (CQBK) şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

Birinci yarımildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat xərcləri və 559 milyon dollar əsaslı xərclər sərf edilib. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. İlk altı ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 20,34 milyon kubmetr qaz olub.

BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. Əldə olunmuş mühüm bir nailiyyət də iyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanması olub. O vaxtdan bəri tikinti işləri artmaqda davam etmiş və 10 km uzunluğunda boru kəməri qaynaq edilib, daha 7 km məsafədə boru seqmentləri vaxtından əvvəl marşrut boyu yerləşdirilib.


Geoloji kəşfiyyat

2015-ci ilin birinci yarısı ərzində BP Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyasını başa çatdırdı. Bu işlərin tamamlanması üçün təqribən 18 ay tələb olundu. Bundan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur. Bundan əlavə, BP 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında SOCAR-la yeni haziların pay bölgüsü sazişi də imzaladı.

Azərbaycanda 15 mindən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. İkinci rübün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 866 nəfər idi. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.

Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

Xəzərdə BP-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2015-ci ilin birinci yarısı ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 2,56 milyon dollar xərcləyib. Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles